Arxiv
4 Avqust 2021, 12:14 | MÜSAHİBƏ
Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri  yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün qətiyyətlə mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir.

 

Belə xanımlardan biri Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyevadır.

 

Şəhid xanımı Modern.az-a cəsur hərbçimizlə yaşadığı həyat hekayəsindən bəhs edib.

 

 

“Bizim münasibətimiz indiki sevgililər kimi olmayıb”

 

 - Həyat yoldaşınızla addımladığınız bu yarımçıq həyat hekayəsinin təməli necə qurulub?

 

-Yoldaşım kursant idi, mən tələbə. Bir gün eyni yolu gedərkən məni görüb bəyənib. Sonra hisslərini mənə dedi və iyun ayının 4-də münasibətimiz başladı. Tələbə olduğum üçün universiteti bitirdikdən sonra ailə qurduq.  Bizim 4 illik münasibətimiz indiki sevgilər kimi olmayıb, əzəldən dəyişik başlamışdıq. Mən Bakıda, o da Naxçıvanda olub, telefonla yox, məktublarla əlaqə saxlamışıq.

 

- Bir qadın üçün ömür-gün yoldaşı əvəzsiz varlıqdır. Sizin üçün əvəzsiz olan həyat yoldaşınız haqqında nə danışmaq istərdiniz? Necə bir insan kimi yaddaşınızda qalıb?

 

- Qadın üçün öz yoldaşı idealdır. Lakin Ruslan həqiqətən başqa cür insan idi. Özünə həmişə deyərdim, sanki sən bu dünyanın insanı deyilsən,  haradansa ilahi bir yerdən gəlmisən. Haqdan gəlmişdi haqqa da qayıtdı. Bizim məktublarımız, günlüyümüz var. Bir gün söhbətimiz zamanı dedi: “pensiyaya çıxım, ikimizin kitabını nəşr etdirəcəm. Qoy görsünlər ki, sevgi romanlarda olmur, həqiqətən var”.

 

Sevgini ifadə etmək üçün özəl günlər lazm deyil

 

Hər dəfə  ezamiyyətdən gələndə “sanki yeniyetmə oğlanam və ilk görüşümüzə tələsirəm” deyərdi mənim cənabım...

 

 

- Qəhrəmanımızın sizi duyğulandırdığı elə an varmı ki, heç vaxt bunu unutmayacaqsınız?

 

- Türkiyədə doktorantura üzrə hazırlaşdığı zaman müəllimə tapşırıq verib ki, sizin üçün həyatınızda önəmli olan bir fraqment hazırlayın.  Yoldaşım 4 illik uzaqdan sevgi münasibətimizi elə gözəl təqdim etmişdi ki, qeyri-ixtiyari şəkildə ağlamışdım. O çıxışı zamanı mənə heç vaxt demədiyi, içində saxladığı o dərin duyğuları ifadə etdiyi üçün çox kövrəlmişdim. Sanki ikimizdən deyil, bir roman qəhrəmanlarından danışırmış kimi çıxış etmişdi.

 

-Bu roman kimi sevginin nöqtəsi hansı cümlə ilə qoyuldu? 

- Son dəfə noyabrın 3-də danışmışdıq, saat 9 olardı. Döyüşdəki hər kəs kimi o da ehtiyyat edirdi, qısa danışırdı. Onun bir kəlmə “salam, yaxşıyam” deməyi kifayət edirdi. Səsini eşidirdim, sağ-salamat olduğunu bilirdim. Son zəngində “Bu, Allahın bir möcüzəsidir ki, mən indi səninlə danışa bilirəm” dedi.

 

Döyüşə gedən vaxtı “xəbərimi sənə atam verəcək” demişdi. Elə demə, elə olsun ki, son dəfə səsini eşidim demişdim. Ruslan isə “yox, Günay o mümkün deyil. Vurulduğun an şokda olursan, heç kimlə əlaqə saxlaya bilmirsən” dedi.

 

Həmin vaxt qəribə hadisə oldu. Biz Bakıda, qaynatamgil rayonda yaşayır. Təsadüf nəticəsində qaynatamgil bizə, uşaqları görməyə gəlmişdi. Bir neçə saat sonra Ruslanın xəbəri gəldi. Allahım elə planlaşdırdı ki, qaynatamla bərabər aldıq o acı xəbəri, yoxsa qaynatam mənə telefonla heç nə deyə bilməzdi.

 

Biz şəhid xanımları həm ata, həm də anayıq...

 

 

-  Sizə 3 yadigar övladınız qalıb. Övladlarınızla bağlı arzularından danışa bilərsiniz?

 

-Yoldaşım gənc olsa da, yetəri qədər savadlı idi. Pekin şəhərində təhsil almışdı, magistraturanı bitirmişdi. Azərbaycan ordusunda ilk və yeganə zabit idi ki, doktoranturaya qəbul olmuşdu, xaricdə təhsil almağa gedəcəkdi. 

 

Özü savadlı olduğu üçün uşaqlarının da təhsilinə çox önəm verirdi. Qarşıma qoyduğum məqsəd atalarının istədiyi kimi övlad böyütməkdir. Biz şəhid xanımları həm ata, həm anayıq.

 

 

-Şəhidimizin Vətən sevdası haqqında nə demək istərdiniz?

 

- İyun ayının 12-si idi, tanışlıqdan sonra ilk görüşümüz oldu. Ruslan israrla məhz həmin gün üçün görüşə çıxmağımı istədi və görüşdük.

 

“Bu gün mənim ad günümdür. Bu günü səninlə Şəhidlər Xiyabanında keçirmək istəyirəm” dedi. İlk görüş yerimiz və son vida yerimiz Şəhidlər Xiyabanı oldu. Ayın 4-ü tanış olub, 4-ü itirdim sevdiyimi...

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib 26 Sentyabr 2021, 00:52 Naftalanda kafedə yanğın oldu 26 Sentyabr 2021, 00:41 Ruanda soyqırımının icraçısı həbsxanada öldü 26 Sentyabr 2021, 00:39 Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?