Arxiv
26 Oktyabr 2021, 09:47 | DÜNYA
Putin Qərb-Türkiyə gərginliyindən sonadək istifadə edəcək

Türkiyəli ekspert: “Dollar bahalaşacaq deyə, digər ölkələrə baş əyə bilmərik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirini “persona non grata” elan etməyi tapşırmışdı. Qeyd olunan ölkələr isə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Bu ölkələrin Türkiyədəki səfirləri bir müddət əvvəl dövlət çevrilişinə cəhddə təqsirləndirilərək, həbs edilmiş hüquq müdafiəçisi Osman Kavalanın azad olunması üçün bəyanat yaymışdılar.

Diplomatların bu “həmrəyliyi” prezident Ərdoğanı qəzəbləndirib.

“Yatırlar, qalxırlar, Kavala, Kavala... Kavala Sorosun Türkiyə şöbəsidir. Onun üçün 10 səfir Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir? Bura Türkiyədir, Türkiyə! Bura düşündüyünüz kimi bir tayfa dövləti deyil. Bura şanlı Türkiyədir. Burada durub Xarici İşlər Nazirliyinə gedib göstəriş vermək olmaz”.

 

Maraqlıdır ki, Ankaranın qəzəbinə tuş gələn 10 ölkədən yeddisi NATO üzvüdür. Siyasi masada olan son hadisələr göstərir ki, Türkiyə və NATO əlaqələrində gərginliklər yaşanır. Bu hal Türkiyəni Rusiya ilə yaxınlaşdıra bilərmi?

 

Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlərin beynəlxalq səviyyəyə, siyasi masaya daşınması son dərəcə təhlükəlidir:

 

“Həm Türkiyə, həm də NATO tərəfindən bu məsələ çox ciddidir. Əslində Rusiya da belə bir gərginlik yaşamaq istəməz, çünki o da hadisələrin içinə daxil ola bilər. On səfirin ortaq açıqlaması ilk növbədə Türkiyə dövlətinin daxili məsələlərinə qarışmaqdır. Ölkələrin belə hərəkəti “bardağı daşıran son damla”dır. Belə olduqda da Ərdoğan həmin səfirlərə nota verdi, bu o deməkdir ki, həmin səfirlər ölkədə istənilmir. Məsələ çox böyük bir gərginlik mövzusu oldu. Dünyanın ən böyük media orqanları olayı manşetə daşıdı. Ancaq Türkiyə bu səfirlərə qarşı bir şey edəsi olmasaydı, o zaman onların hegemonluğunu qəbul etmiş olacaqdı. Ərdoğan Türkiyə tərəfindən lazım olanı etdi. Əslində bununla böyüklük haqqını istifadə edir.
Baş verən hadisələrin nəticələri dolların daha da bahalaşması, digər ölkələrin ağır basqıları ilə üzləşməyimiz olacaq. Amma dollar bahalaşacaq deyə, digər ölkələrə baş əyə bilmərik. Məsələ iqtisadi məsələ deyil, hegemonluqdur. Onlar üzr istəsələr, vəziyyət dəyişə bilər”.

 



Abdullah Ağar Türkiyə və Rusiya yaxınlaşmasına da toxunub.

 

 “Amma bir məsələ də var ki, Türkiyə ilə NATO arasındakı buzları Rusiya və Türkiyənin yaxınlaşması ilə əlaqələndirirlər. Bu, belə deyil. Bilərək və istəyərək, Türkiyəni çarəsiz buraxan müttəfiqləridir. Türkiyə havadan müdafiə sistemi almaq istədi, vermədilər. İndi Rusiyadan niyə aldı? Azərbaycan müharibə zamanı havadan müdafiə sistemi olmasaydı, nə edəcəkdi? Müharibəni qazanmaqda ən böyük şansı havadan müdafiə sistemidir. Bunlar Türkiyədə yoxdur, nə etməlidir? Burada məsələ Qərbin göstərmək istədiyi kimi deyil. Türkiyə və Rusiya yaxınlaşır, bundan Putin sonuna qədər istifadə edəcək. Qərb Türkiyə ilə bağlı boşluq buraxarsa, Şərq bunu doldurmağa çalışacaq. Putinin bu siyasətdən çox böyük qazancı ola bilər. Bu həqiqəti də görməyimiz lazımdır”,- deyə ekspert bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?