Modern.az

Ceyhun Bayramovdan erməni siyasətçilərə ÇAĞIRIŞ

Ceyhun Bayramovdan erməni siyasətçilərə ÇAĞIRIŞ

Müsahibə

17 Noyabr 2021, 14:12

“Üçtərəfli bəyanatda bir çox maddələrin yerinə yetirilməsinə baxmayaraq, bəzi məsələlər hələ də həllini tapmamış qalır”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya açıqlamasında deyib.


Nazir bildirib ki, Azərbaycan həllini gözləyən problemlərə də müsbət, konstruktiv yanaşır:


“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkə sərhədlərində beynəlxalq hüquq normalarına uyğun nəzarətin bərqərar olması müəyyən mənada Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hələlik iki tərəf arasında normallaşma prosesindən danışmaq olar. Azərbaycan buna hazırdır. Prezidentimiz də iki ölkə arasında sülhün və normallaşmanın təmin edilməsi üçün bəyanatlar verib. O mesaj verdi ki, Azərbaycan sülh yolunda atılacaq addımlara hazırdır”. 

 

Nazir deyib ki, Azərbaycan tərəfi erməni siyasətçiləri daha rasional hərəkət etməyə çağırır.

Ermənistanın Azərbaycana qarşı son hücumlarına toxunan C.Bayramov regionda sabitliyin və inkişafın təmin edilməsi ilə bağlı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın konstruktiv mesajlarını xatırladıb:

“İki liderin mesajları son dərəcə vacibdir. Sülhün və sabitliyin təmin olunmasına yönəlmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə İrəvan administrasiyasından asılıdır. Bu, indi Ermənistan siyasətinin üzərinə düşən məsələdir. Ümid edirik ki, düzgün seçim olacaq. Təəssüf ki, biz hələ də Ermənistanın revanşist bəyanatlarının şahidi oluruq. Yunanların torpaq iddiaları ilə bağlı açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli bəyanatlardır. Biz erməni siyasətçiləri daha rasional və daha məsuliyyətli hərəkət etməyə çağırırıq. Əgər hiss etsək ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmədən Azərbaycana qarşı hansısa təhlükəli addım atıb, biz çəkinmədən cavab verəcəyik. Bizim üstünlükümüz regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin edilməsidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır