Arxiv
13 Dekabr 2012, 15:12 | MÜSAHİBƏ
48 yaşı tamam olan Azər Zeynalov: “Həmişə haqqın tərəfində olmuşam” - MÜSAHİBƏ

Bu gün opera müğənnisi, Azərbaycanın və Dağıstanın xalq artisti, İncəsənət Universitetinin professoru Azər Zeynalovun 48 yaşı tamam olub. Modern.az xalq artistini təbrik edir və onun 48 illə bağlı ovqatını oxucularla bölüşür.

Doğum gününüz mübarək! Deyəsən, bu günü yenə də iş başında keçirirsiniz?

– Ay çox sağ olun. Hələ ki, çəkilişdəyəm, sonra baxaq görək necə olur .

– Deyirlər, kişinin yaşı onun var dövlətidir...

– Elədir, il üstünə il gəldikcə, insanın təcrübəsi də artır, həyata baxışı da dəyişir.

– 4 övladınızdan hansının təbriki və hədiyyəsi sizin diqqətinizi xüsusilə çəkib?

– Vallah elə hamısı mənim üçün bərabərdir. Övladlarım da, tələbələrim də mənim üçün Azərbaycanın bir oğludur və hər birinin təbriki mənim üçün əzizdir .

– Bəs ən yadda qalan doğum gününüz neçə yaşda olub?

– Bugünkü (gülür). İlk təbriki ailəm etdi. Heç bir hədiyyə gözləmirəm, onların yanımda olması, ailə üzvlərimin sağlam və gümrah olması ən böyük hədiyyədir.

Həyatınızın hansı bir yaş dövrü xüsusilə yadınızda qalıb ki, onun özəl bir xatirəsi var?

– Hərəsinin özünə layiq maraqlı bir cəhəti olub. Doğrusu, onları yadımda saxlaya bilməmişəm. Yadımda o qalıb ki, bütün doğum günlərimi xoş duyğularla keçirtmişəm.

– Hər il bir heyvanın üzərində təhvil olur və düşər-düşməzi olur. Siz necə, bunu sınamısınızmı? 

– Mənim inancım var. Çünki ötən il “Əjdaha ili” idi. Mən “Əjdaha ili”ndə müəyyən işlər həyata keçirtdim ki, bu da təhsillə bağlı idi. Məsələn, “Vokal ifaçılığı” adlı dərslik yazdım. Bu dərsliyin önəmi ondadır ki, hələ Azərbaycanda bu günə qədər vokal ifaçılığı dərsliyi olmamışdı. Bu xoşbəxtlik mənim qismətimə düşdü və mən onu həvəslə həyata keçirdim. Bax bunu həyatımda böyük bir hadisə kimi qiymətləndirirəm. 

48 ili vərəqləyəndə ən çox nəyə təəssüf edirsiniz ki, kaş ki olmayaydı...

– Əlbəttə, insanın həyatında xoş anlar da, təəssüf etdiyi məqamlar da olur. Amma bunların hamısı məktəbidir. Təəssüflərdən də, xoş günlərdən də həyatımın dərsi kimi bəhrələnirəm.
Mənə elə gəlir ki, hər bir insanın həyatında faciə və komiklik, dramatizm var. Sadəcə bunlar hamıya bərabər bölünüb. Belə hesab edirəm ki, hər bir insanın eyni bərabərdə sevinci var, eyni bərabərdə qəmi. Daha yaxşı olardı ki, tale insana birdən-birə sevinc bəxş etməsin. Çünki bunun faciəli də sonu ola bilər. Qoy hər zaman bir az sevinc, bir az kədər olsun, bunun qorxusu yoxdur.

– “Gəncədən gəlirəm” adlı klipinizdə yol boyu fərqli xanımlara sevgi etirafı etmisiniz, bəs həyatda necə, neçə xanıma etiraf etmisiniz?

– Sevgi etiraflarım səhnədə, çəkiliş meydançalarında olub. Belə etirafların sayı-hesabı yoxdur. Çünki mənim operada da rollarım çoxdur, səhnədə musiqi nömrələri var ki, orada sevgi etirafı etmədən olmur. Təbii ki, sevgi mahnılarından söhbət gedir. Həyatda ilk sevgiyə gəlincə isə, elə düşünürəm ki, doğurdanda ilk sevgini unutmaq olmaz.

48 yaşın içərisində taleyinizdə hacı olmaq da varmış...

– Bu hər bir müsəlmana vacib olan ziyarətdir. Quranda yazılan və insana lazım olan bütün keyfiyyətləri Qurandan xəbər tutmamışdan öncə bilirdim və həyata keçirirdim. Haqqa və ədalətə tərəf, zülmə qarşı çıxmaq – bunu etmişəm, həmişə də edəcəyəm. Allahın yaratdığı bəndələrə gərək xoş münasibət ilə yanaşasan, çatışmayan cəhətləri də deyəsən, başa salasan.

– Bu gün aynaya baxarkən özünüzdə nəsə dəyişiklik hiss etdinizmi?

– Elə bir dəyişiklik hiss etmirəm ki, təəccüblənim. Hələ ki qocalmaq təhlükəm yoxdur.  

Şahanə Rəhimli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ekologiya postu” sökülür - FOTO 1 İyun 2020, 09:39 “Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırıldı 1 İyun 2020, 09:27 Azərbaycanda poçt işçiləri bayram edir 1 İyun 2020, 09:21 Ermənilər bu rayonlarımızı atəşə tutdular 1 İyun 2020, 09:16 Hüquq siyasəti və dövlət quruculuğu komitəsi iki layihəni müzakirəyə çıxarır 1 İyun 2020, 09:10 Nebraska ştatının qubernatoru 28 mayı Azərbaycan Günü elan etdi 1 İyun 2020, 09:05 Bərdədə ana və qızı GÜLLƏLƏNDİ -FOTO 1 İyun 2020, 09:00 Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ 1 İyun 2020, 08:47 Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı 1 İyun 2020, 08:46 Milli Məclis növbədənkənar iclas ÇAĞIRDI 1 İyun 2020, 08:22 Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28