Arxiv
9 Yanvar 2013, 17:53 | MÜSAHİBƏ
Əli Həsənov: "Deyə bilmərəm ki, bir aydan sonra indiki postda qalacam, qalmayacam" - MÜSAHİBƏ

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını  cavablandırıb. Modern.az onunla müsahibənin II hissəsini təqdim edir.

- Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev deyib ki, itkin düşən qardaşı Mahir Abdullayevin azadlığa buraxılması və özünün deputat mandatı əldə etməsi üçün ondan külli miqdarda pul alınıb. Bu halların araşdırılması üçün Elşad Abdullayev dəfələrlə hüquq mühafizə orqanlarına, yüksək vəzifəli hakimiyyət nümayəndələrinə müraciət etdiyini bildirir. Niyə bu məsələlərlə bağlı videoları yayana qədər Elşad Abdullayevin müraciətlərinə baxılmayıb?

- İstənilən dövlət qurumuna edilən müraciətlərə baxılması qaydaları var. Əgər müraciət hüquq mühafizə orqanlarına ünvanlanıbsa, ona baxılmasını bu qurumlar, həmin sahə ilə bağlı qanunlar, əsasnamələr, normalar müəyyənləşdirir. Ona görə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri kimi bu məsələ haqda yalnız siyasi şərh verə bilərəm.

Elşad Abdullayev olayı ilə bağlı əvvəllər də şərh vermişəm. Elşad Abdullayev məsələsində hakimiyyətin çəkinəcəyi, qorxacağı, təşvişə düşəcəyi heç nə yoxdur. Elşad Abdullayevin keçmişdə hansı fəaliyyətlə məşğul olması, bunun nəticəsində onun rəhbərlik etdiyi universitetin bağlanması, sonrakı dövrdə nə işlər görməsi, hansı yollarla böyük miqdarda pula sahib çıxması, sonra həmin pulları kimlərin vasitəsilə hansısa ünvanlara göndərməsi və bu kimi halların hamısı real cəmiyyətlərdə mövcud olan hallardır. Keçmişdə də Azərbaycanda belə əyri yollarla pul qazanan insanlar olub, bu gün də var, gələcəkdə də olacaq. Bunun kökünü kəsmək dünyanın heç bir ölkəsinə, yaxud cəmiyyətinə nəsib olmayıb. Keçmişdə də bu pullara şərik çıxmaq istəyən ayrı-ayrı işbazlar olub, bu gün də var, gələcəkdə də olacaq. Bunlardan da xilas olmaq hələ dünyanın heç bir ölkəsinə nəsib olmayıb.

Hansısa yollarla pul toplayan insanın başqa adamlar vasitəsilə bu və ya digər məqsədə nail olmasına gəlincə, əgər bu baş tutardısa, deməli, hakimiyyət strukturları və onun ayrı-ayrı nümayəndələri də buna şərik kimi dəyərləndirilə bilərdi. Bu baş tutmayıbsa, deməli, hakimiyyətin bundan çəkinməsinə, təşvişə düşməsinə heç bir əsas yoxdur. Azərbaycan hakimiyyətinə Elşad Abdullayev kimi insanlar zaman-zaman yol tapıblar, müxtəlif yollarla bu və ya digər məqsədlərini reallaşdırıblar. Amma həqiqi simaları açılan kimi onlarla bağlı lazımi tədbirlər görülüb və belə şəxslər cəzalarını alıblar.

Elşad Abdullayevin kiməsə, hansısa adama müraciət etməsinə gəlincə, hesab edirəm ki, həmin müraciətlərin də çoxu şişirdilmiş, xüsusi kombinasiyaya salınmış bir sistemdir. Əsas odur ki, Elşad Abdullayev Azərbaycan hakimiyyətinə, onun nümayəndələrinə rüşvət verib müxtəlif məqsədlərinə nail ola bilməyib. Buna cəhd göstərib, amma bu və ya digər məsələsinin həllinə nail ola bilməyib. Bu da hakimiyyətin onun əməllərinə bilavasitə şərik olmadığını göstərir, sübut edir.

- Elşad Abdullayev videoları ölkədə proseslər seçki ilinə yaxınlaşmaqda olduğu vaxt yaymağa başladı. Bunu Elşad Abdullayevin özünün etməsinə, yoxsa hakimiyyətdaxili qruplaşmaların ona dəstək verməsinə dair müxtəlif fikirlər var. Hakimiyyət necə hesab edir, bu, Elşad Abdullayevin öz fəaliyyətidir, yoxsa onun arxasında dayanan qüvvələr var? Hakimiyyətdaxili qruplaşmaların bundan bir-birinə qarşı istifadə etməsi mümkündürmü?

- Elşad Abdullayev olayının mahiyyətindən, məqsədindən, baş vermə üsullarından, yollarından asılı olmayaraq hər bir qüvvə – siyasi partiyalar, ictimai qurumlar, hakimiyyətdə təmsil olunan, yaxud hakimiyyətə iddialı olan qüvvələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. O ki qaldı bu məsələlərin necə baş verməsinə, həmin proseslərin arxasında kimlərin dayanmasına, bunların tək Elşadın əməli olması, yoxsa onun arxasında kimlərinsə dayanması kimi mülahizələrə, nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətində nə qədər insan varsa, bir o qədər də mülahizə, fikir, rəy var. Əlbəttə ki, mənim də istər şəxsi, istərsə də hakimiyyət təmsilçisi kimi mülahizələrim var. Amma bu mülahizələri istintaqın getdiyi, proseslərin cərəyan etdiyi vaxtda açıqlayıb proseslərə mənfi, yaxud müsbət təsir etmək fikrində deyiləm.

- Elşad Abdullayev yaydığı videolarda və müraciətlərdə daha çox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını çəkir. Ramiz Mehdiyevin istefa verəcəyi və yaxud öz postundan uzaqlaşdırılacağı haqda fikirlər var. Bu, gözləniləndirmi? 2013-cü il seçkisində Ramiz Mehdiyev İlham Əliyevin komandasında olacaqmı?

- Bu barədə heç kim nəsə deyə bilməz. Heç kim bir başqa dövlət məmuru haqda bununla bağlı nəsə deyə bilməz. Mən heç özüm haqqında da deyə bilmərəm ki, bir aydan sonra hakimiyyətdə tutduğum indiki postda qalacam, yoxsa qalmayacam. Bunu ölkədə yalnız bir şəxsiyyət müəyyən edir – Azərbaycan xalqının seçdiyi və mandat verdiyi prezident İlham Əliyev. Dövlət başçısı İlham Əliyev kimi komandasında görmək istəyir, vəzifədə saxlayacaq, kimi komandasında görmək istəmir, istefaya göndərəcək. Bu, prezident İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir. Ona görə də mən bununla bağlı hər hansı şərh verə bilmərəm. Bu, nə etik, nə də siyasi cəhətdən doğru olardı.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının sədri Abbas Abbasov prezident İlham Əliyevin qəbulunda olub. Deyəsən, bu, ikinci cəhddə baş tutan görüş idi. Görüşdən sonra ittifaqın Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov “Media forum” saytına demişdi ki, prezident İlham Əliyevin Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyətinin davam etdirilməsi ilə bağlı etirazı olmayıb. Təşkilatın yarandığı ilk günlər hakimiyyət bunu müsbət qarşılamadı, ona sərt reaksiyalar oldu. İndi hakimiyyətin mövqeyində hər hansı dəyişiklik varmı? Rusiya Azərbaycan Təşkilatları İttifaqının işini davam etdirməsini dəstəkləyirsinizmi?

- Prezident İlham Əliyevlə baş nazirin keçmiş birinci müavini arasında olan söhbətin məğzi, mahiyyəti digərlərinə tam şəkildə bəlli ola bilməz. Hər halda bu söhbət iki insan arasında olub. Prezident onu qəbul edib, dinləyib, öz fikirlərini, mülahizələrini çatdırıb. Abbas Abbasov da görüşdən çıxandan sonra müəyyən açıqlamalar, bəyanatlar verib. Rüstəm İbrahimbəyovun dediyi fikirlər əsasında mülahizələr yürütməyi özümə rəva görmürəm. Çünki Rüstəm İbrahimbəyov son zamanlar çox adamın adından çox şey danışır. Bunların hansının doğru, hansının onun öz mülahizəsi, yaxud arzu və istəyinin nəticəsi olduğunu ayırd etmək də mənim işim deyil.

Hakimiyyətin əvvəlki gündən mövqeyi ondan ibarət olub ki, hər hansı xarici ölkədə azərbaycanlılara aid təşkilatın yaranması iki məqsədə xidmət etməlidir. Birincisi, həmin ölkədə azərbaycanlıların vətəndaş haqlarının qorunmasına, onların problemlərinin həllinə, vəziyyətinin yaxşılaşmasına, cəmiyyətə inteqrasiyasına, azərbaycanlıların öz mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamasına xidmət etməlidir. İkincisi, belə təşkilatların yaranması azərbaycanlıların xaricdə yaşadığı ölkə ilə onların tarixi vətəni olan Azərbaycan arasında münasibətlərinin yaxşılaşmasına, yaxınlaşmasına xidmət göstərməlidir.

Bu iki vəzifəyə xidmət edən istənilən təşkilatın yaranmasını təqdir edirik. Əgər yeni təşkilatların yaranması bu iki vəzifədən birinə xidmət etmirsə, əksinə, bu və ya digər ölkələrin, qüvvələrin azərbaycanlıların tarixi vətəni olan Azərbaycana təzyiq, təsir mexanizminin yaradılması məqsədi ilə ortaya atılıbsa, onda biz buna qarşı çıxırıq və gələcəkdə də çıxacağıq. Çünki belə təşkilatlar Azərbaycanın müstəqilliyini, siyasətini məhdudlaşdıra bilər. Bu isə həm həmin ölkədə yaşayan azərbaycanlılara, həm də onların Azərbaycanda yaşayan qohum-əqrəbasının həyatına fayda verməz, xidmət göstərməz. Əksinə, onların vəziyyətini pisləşdirə bilər.

Bu yanaşmanı Rusiya Azərbaycan Təşkilatları İttifaqına da, Ümumrusiya Azərbaycanlıları Konqresinə də, Rusiya Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinə – “AzərRos”a da aid edirik, minlərlə azərbaycanlının təmsil olunduğu digər təşkilatlara da. Əgər təşkilat sağlam məqsədə xidmət edirsə, buyursunlar fəaliyyət göstərsinlər, yox, ayrı-ayrı qüvvələrin, insanların, siyasətçilərin ambisiyasının reallaşmasına xidmət edirsə, biz o təşkilata qarşı olmuşuq, bu gün də qarşıyıq, gələcəkdə də qarşı olacağıq.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqı bu kateqoriyaların hansına daxildir: xidmət edən, yoxsa etməyən?

- Bunu buraxıram vətəndaşların və onu yaradanların öhdəsinə.

- İctimai Palata ilə hər hansı dialoq ola bilərmi?

- Dialoq məsələsi də növbəti müsahibəmizin mövzusu olsun...

İmdad ƏLİZADƏ
Aynur İMANOVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28 Polis bu meyitin yaxınlarını axtarır - FOTO 5 Dekabr 2019, 16:26 “Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - DEPUTAT 5 Dekabr 2019, 16:18 Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC 5 Dekabr 2019, 16:18 AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində iclas keçirilib 5 Dekabr 2019, 16:07 Şenol Günəş Bakıya gəldi 5 Dekabr 2019, 15:53 Bakıda 85 min manatlıq domofon avadanlığı oğurlayanlar tutuldu 5 Dekabr 2019, 15:48 Ceyhun Bayramov müsabiqə ƏMRİ verdi 5 Dekabr 2019, 15:43 Ağdaşda 37 yaşlı kişi su kanalına düşdü 5 Dekabr 2019, 15:38 Eks-nazir: “Əgər partiyamız məsləhət bilsə ki, yeni parlamentdə fayda verə bilərəm...” - MÜSAHİBƏ 5 Dekabr 2019, 15:33 Bakıda 2, regionlarda 1 "ASAN xidmət" mərkəzi açılacaq 5 Dekabr 2019, 15:27
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?