Arxiv
19 mart 2013, 16:54 | MÜSAHİBƏ
Hadi Rəcəbli: “Nazir Azad Rəhimov işini düzgün aparmasaydı...” - MÜSAHİBƏ

“.. o aksiyalara yüz nəfər yox, minlərlə gənc çıxardı”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Hadi müəllim, son zamanlar əsgər ölümü ilə bağlı gənclərin paytaxtda keçirdiyi aksiyalar günümüzün ən çox müzakirə olunan mövzularındandır. Bəzi qüvvələr isə bu aksiyaların fonunda Gənclər və İdman Nazirliyini ittiham edirlər. Hətta gənclərin küçələrə çıxaraq aksiyalar keçirməsini nazirliyin fəaliyyətsizliyi kimi qiymətləndirənlər də var. Bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, mən də hər zaman gənclərin yanında olan bir millət vəkili  kimi əsgər ölümünü və gənclərin vaxtsız dünyasını dəyişməsini təəssüflə qeyd edir, kədərlənir və heyfslənirəm. Lakin bu məsələlərin həlli üçün, “feysbuk” səhifələri vasitəsilə sabitliyin pozulmasına çağırışları, gənclərin aksiyalara çıxmasını müsbət qarşılamıram, pisləyirəm.  Bu gün başda cənab prezidentimiz olmaqla Azərbaycan dövləti tərəfindən gənclərə xüsusi qayğı və diqqət göstərilir. Möhkəm hüquqi baza mövcuddur. Dövlətimiz tərəfindən bu istiqamətdə analoqu olmayan işlər görülür. Gənclərin asudə vaxtlarının təşkilindən tutmuş onların işlə təmin olunmasına kimi hər bir məsələ dövlətin daim nəzarətindədir. Bunu danmaq olmaz.

Bildiyimiz kimi, Azərbaycanın minlərlə savadlı, istedadlı gənci dövlətimizin dəstəyi ilə xaricdə təhsil alırlar. İdmançılarımız Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində qaldırırlar, ölkəmizə mötəbər turnirlərdən medallar gətirirlər. Bizdə demək olar ki hər gün beynəlxalq tədbirlər keçirilir. Təbii ki, bunlar Azərbaycan dövlətinin gənclərə olan diqqət və qayğısından irəli gəlir. O ki, qaldı əsgər ölümü məsələsinə dünya ölkələrinin statistikasına nəzər salsaq, nə yazıq ki, belə hadisələr bütün dövlətlər üçün xarakterikdir.

Nə qədər təəssüf doğuran olsa belə, müharibə vəziyyətində olan ölkəmizdə də belə hallar olur və nə qədər narahat edici olsa da, bundan sığortalanmaq olduqca çətindir, demək olar ki, tam mümkünsüzdür.

- Gənclər və İdman Nazirliyinin ünvanına gənclik problemləri ilə bağlı bir çox müxtəlif xarakterli ittihamlar səsləndirilir. Sizcə, bu iradlar nə dərəcə əsaslıdır?

- Sözsüz ki, bu ittihamların heç bir ciddi əsası yoxdur. Yuxarıda da qeyd etdiyim kimi gənclər sahəsində qazandığımız uğurlarda Gənclər və İdman Nazirliyinin, eləcə də nazir Azad Rəhimovun xidmətləri danılmazdır. Hesab edirəm ki, bu ittihamları səsləndirənlərin özləri də nə demək istədiklərini bilmirlər. Azərbaycanda  ilk dəfə dünyanın ən mötəbər yarışlarının, musiqi festivallarının, idman oyunlarının təşkil edilməsi də Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi uğurlu işlərin nəticəsidir. Bildiyimiz kimi Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçirildi. İnşallah Azərbaycanda ilk dəfə 2015-ci ildə Avropa Yay Olimpiya oyunları keçiriləcək.

Uğurlarımız var. Çoxlu sayda medallar qazanmışıq. Bütün rayonlarda idmanı inkişaf etdirmək üçün dövlətimiz tərəfindən müasir olimpia mərkəzləri tikilib istifadəyə verilib. Biz millət vəkilləri də mütəmadi olaraq gənclərlə görüşürük, onların problemlərini, şikayətlərini dinləyirik, mümkün qədər gənclərin yanında olmağa çalışırıq. Problemlər olanda bu haqda da danışırıq. Həmin problemlərin aradan qaldırılması üçün işlər görürük.

- Hadi müəllim, Milli Məclisin ötən iclaslarından birində “TOPAZ” mərc oyunları ilə bağlı məsələ qaldırıldı. Bəzi həmkarlarınız “TOPAZ”ın fəaliyyətini sərt tənqid etdilər. Bura da da əsas tənqid obyekti Gənclər və İdman Nazirliyi seçilmişdi.

- “Topaz” deyilən   idman   lotoreyası ilə bağlı qanun layihəsi bizim komitədə hazırlanıb. Dünyanın 13 dövlətinin təcrübəsi öyrənilib və bununla ölkədə mövcud olan idman oyunları qeyri-leqal qumarlarının qarşısı alınıb. Burada əsas məqsəd idmanın inkişafı və gənclərin idmana olan marağını artırmaqdır. Bu qanun hazırlanmamışdan qabaq da qeyri-qanuni olaraq ziyanlı, eybəcər, gizlin və səmərəsiz mərc oyunları keçirilirdi. Hesab edirəm ki, belə mərc oyunlarının Azərbaycanda qanuni şəkildə keçirilməsinin baş məqsədi idmanın təbliğinə kömək olursa, bu təqdirəlayiqdir.

O ki qaldı gənclərlə bağlı problemlərə, qaldırılan məsələlərə və onların aradan qaldırılmasına, gənclər problemlərini əhatə edən istənilən məsələ bizim diqqətimizdədir. Bildiyimiz kimi, cənab prezidentimiz İlham Əliyev tərəfindən Gənclər Fondu yaradılıb. Hətta ölkə başçısı  dünən bu fonda 5 milyon manat vəsait də ayırdı. Yəni, bunları inkar eləmək ən azından haqsızlıqdır. Bu gün Gənclər və İdman Nazirliyinin üzərinə hücum eləmək ən azı bizim dövlətçiliyə, sabitliyə ziyan vurmaqdır. Əksinə, biz əsassız yerə nazirliyi tənqid eləməkdənsə ona kömək eləməliyik, daha çox qayğı göstərməliyik.

İrad tuturlar ki, Gənclər və İdman Nazirliyi öz üzərinə düşən vəzifələri düzgün yerinə yetirmədiyindən gənclər aksiyalara çıxırlar, “feysbuk”da radikal qruplara qoşulurlar. Bildirmək istərdim ki, ola bilsin ki, bu insanlar Gənclər və İdman Nazirliyinin uğurlarını görməməzlikdən, işini yaxşı bilməməzlikdən danışır, çıxışlar edirlər. Mən təkcə onu söyləmək istərdim ki, həm nazirliyin keçirdiyi rəngarəng tədbirlər, müasir siyasi texnologiyalarla hazırlanmış seminar, məşğələ və görüşlər, həm də konkret texniki tədbirlər yüzlərlədir. Rayonlarda yaradılan gənclər mərkəzləri uğurla çalışırlar. Beynəlxalq əlaqələrimiz günü gündən genişlənir. Mən həmin insanlara bildirmək istəyirəm ki, əgər siz dediyiniz kimi Azad müəllim işini düzgün aparmasaydı həmin o aksiyalara 200 nəfər yox, minlərlə gənc çıxardı.

Əksinə, Azərbaycanda proqressiv düşüncə tərzində fəaliyyət göstərən 100-ə yaxın qeyri-dövlət gənclər təşkilatları, idman federasiyaları var, amma YAP gənclər təşkilatı sıralarında 250 min cavanı birləşdirir.

Bu gün bir çoxlarının ajiotaj yaratdığı  gənclərin aksiyasını izləyəndə görürsən ki, yüz, iki yüz nəfər pərakəndə şəkildə aksiya keçirməyə cəhd edirlər. Təbii ki, onlar da bizim balalarımızdır. Biz onların da gələcəyini düşünürük. Yaxşı olar ki, biz  hər birimiz Gənclər və İdman Nazirliyinə dəstək olaq, omlara yaxından kömək edək.

Anar Kəlbiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09 Gəncədə COVID-19-a qarşı bu cür mübarizə aparılır 5 Dekabr 2020, 14:00 Daha bir koronaviruslu xəstə ictimai yerdə saxlanıldı 5 Dekabr 2020, 13:54 Xudavəng monastrına vaiz təyin olunub 5 Dekabr 2020, 13:45 Qarabağda Türkiyə ilə xüsusi iqtisadi zona yaradılsın - TƏKLİF 5 Dekabr 2020, 13:32 “Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxdu 5 Dekabr 2020, 13:24 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO 5 Dekabr 2020, 13:16 Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO 5 Dekabr 2020, 13:08 Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?