Arxiv
18 İyun 2015, 14:40 | MÜSAHİBƏ
Partiya sədri dindarları biabır etdi- "Bizdə fətva verə biləcək kimsə yoxdur” - MÜSAHİBƏ

“Məcbur olmuşuq ki, İraqdakı hansısa şiə aliminin fətvalarından sitatlar gətirək”

Son vaxtlar dini mövzulara şərh verməklə gündəmə gələn Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  Modern.az saytına müsahibə verib.

- Bir çox din xadimi fətvalar verir və bu, bəzən cəmiyyətdə birmənalı qarşılanmır. Hətta ciddi qarşıdurmalara gətirib çıxaracaq fətvalar da var. Məsələ isə ondadır ki, Azərbaycanda da hansısa müsəlman dövlətinin din aliminin verdiyi  bu fətvalara uyan və ya ondan iqtibas gətirən ilahiyyatçılar var. Yaranan fikir ayrılıqlarını nəzərə alaraq necə düşünürsünüz, fətva zərurətdir?

- Fətva ictimai-siyasi həyatın tarixi inikası, tərəqqisi ilə bağlıdır. Zaman keçdikcə yeni şərtlər yaranır və bu insanlarda bu situasiyaya görə meydana gəlir. Bu sualları “Quran”a uzlaşdırmaq üçün müəyyən alimlərin fikirlərinə ehtiyac duyulur. Həm də “Qurani-Kərim”i bütün insanların eyni səviyyədə anlaması mümkün deyil. “Quran”da elə ayələr var ki, onu hamı başa düşür. Bəziləri isə elə dərin mənaya malikdir ki, onu açmaq üçün xüsusi elmi yanaşma, bilik tələb olunur.

Məhəmməd peyğəmbərin zamanında təyyarə olmayıb. Ona görə də o dövrdə heç kim peyğəmbərə təyyarədə orucun necə tutulması və ya namaz qılınması ilə bağlı sual verməyib. Çoxlu belə məsələlər ortaya çıxır və bu tərəqqinin gətirdiyi tərəddüdlərdir. Bu tərəddüdləri aradan qaldırmaq üçün İslam alimlərin borcudur ki, həmin məsələlərə “Qurani-Kərim” aspektindən birmənalı aydınlıq gətirsinlər.

- Dini araşdıran bir şəxs kimi “Quran”da hansı məsələlərlə bağlı fətva verilməsinin nəzərdə tutulduğunu deyə bilərsinizmi?

- Din xadimləri anlamalıdırlar ki, “Quran”da hər bir şeyə görə fətva verilməsi bildirilməyib. Məsələn, Nisa surəsində Allah qadınlarla bağlı fətva verilməsini qadağan edir. Hətta bu qadağa Məhəmməd peyğəmbərə də şamil edilir. Amma elə din xadimləri var ki, həyatın bütün sahələri ilə bağlı fətva çıxarırlar. Hətta zərurət yaranmadıqda belə, yenə də fətva verirlər.

Bu isə əsl bidətdir. Müsəlman dünyasının təriqətlərə, məzhəblərə parçalanmasının bir səbəbi bu cür əsassız fətvaların meydana çıxmasıdır. Bu isə İslama ziddir. Buna görə də fətvaların hansı zərurətdən doğduğunu düzgün müəyyənləşdirmək lazımdır. Bu zərurət isə tərəqqiyə, inkişafa yönəlməlidir.

- Sizcə, fətvanı vermək üçün tələb olunan meyarlar nədir?

- “Qurani-Kərim”i tam mənimsəmiş, ona iman gətirmiş, ilahi elmlərin hamısından məlumatı olan, eyni zamanda elmin, texnikanın, mədəniyyətin mahiyyətini başa düşən din alimi fətva vermək hüququna malikdir.

- Azərbaycanda siz dediyiniz parametrlərə cavab verən din xadimi varmı?

- Xeyr, Azərbaycanda fətva verə biləcək səviyyədə ilahiyyatçı, din xadimi yoxdur. Buna səbəb olan digər bir amil isə sovet hökumətinin dinin inkişafının qarşısını alması idi. Çünki bununla Azərbaycan öz din alimini yetişdirə bilmədi. Ona görə də məcbur olmuşuq ki, İraqdakı hansısa şiə aliminin, məsələn, Sistaninin fətvalarından sitatlar gətirək.

- Tutaq ki, Xomeyninin, Xamneyinin, Sistaninin və ya digər alimlərin fətvaları tamamilə doğrudur. Bu fətvaları Azərbaycana transfer etmək nə dərəcədə məntiqlidir? Çünki İraqdakı, İrandakı ictimai-siyasi şərtlərlə Azərbaycandakı vəziyyət fərqlidir. Bu kontekstdə də şərhiniz maraqlı olardı.

- Düzdür, sizinlə razıyam. Adlarını çəkdiyiniz ölkələrlə Azərbaycandakı vəziyyət fərqlidir, ona görə də oradakı dini fətvaların burada tətbiq edilməsi istəyi tamamilə yanlışdır. Bir problem də odur ki, eyni məsələ ilə bağlı müxtəlif fətvalar verilir. Onu da deyim ki, fətva bir “Quran” ayəsi deyil. Sadəcə, hansısa alimin fikridir. Bu alimə kim inanırsa və  etibar edirsə, onlar həmin din xadiminin arxasınca gedib, dediklərinə əməl edəcəklər. Fətvaya uymaq düzgün deyil.

- İndi siyasi proseslərlə paralel olaraq dinlə bağlı da şərh verirsiniz və ölkədəki ilahiyyatçıları da tənqid edirsiniz. Eyni zamanda, “Quran”ı izah edən kitab yazırsınız. Belə düşünmək olarmı ki, Sərdar Cəlaloğlu yeni dini lider qiyafəsində meydana çıxacaq?

- Mən tez-tez cümə namazlarına gedirəm və adam o qədər çox olur ki, bəzən həyətdə gözləyirəm. Mənim araşdırmaların “Quran”ın elmlə dərk edilməsi mövzusundadır. Ona görə də izahi-şərhi məsələlərinə keçib hər hansı fətva verməyimə ehtiyac yoxdur. Mən, sadəcə olaraq müasir elmləri, fəlsəfəni əlimdə əsas tutaraq “Quran”ı izah edirəm. Mən heç zaman yeni din xadimi kimi ortalığa çıxmaq istəməmişəm və bunu heç zaman etməyəcəyəm.

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38