Modern.az

"Azərmarka" beynəlxalq sərgilərdə mükafatlar alıb

"Azərmarka" beynəlxalq sərgilərdə mükafatlar alıb

Mədəni̇yyət

23 Oktyabr 2009, 13:32

2009-cu il ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti bir sıra beynəlxalq filateliya sərgilərində iştirak edib. Tədbirlər çərçivəsində "Azərmarka" qalib yerlər tutub və xüsusi diplomlarla təltif edilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cari ilin iyun ayında şirkət Belarusun alman faşist işğalının 65 illiyinə həsr edilmiş Minsk şəhərində keçirilən «Belphila-2009» VI Milli filateliya sərgisində uğurla iştirak edib.
Sərgidə "Azərmarka"nın 2005-2008-ci illərdə çap olunmuş poçt markaları nümayiş etdirib və nəticədə qızıl medal və diplom ilə təltif edilib.
Bundan əlavə Bolqarıstanın Sofiya şəhərində «Bulgaria 2009» Beynəlxalq Avropa filateliya sərgisi keçirilib. Həmin sərgidə «Azərmarka» 2005-2007-ci illərdə çap olunmuş poçt markalarını nümayiş etdirib. Tədbirin yekunları üzrə şirkət bürünc medal və xüsusi diplom ilə təltif edilib.
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!