Modern.az

“Crystal Beton” ilin beton istehsalçısı adını qazandı

“Crystal Beton” ilin beton istehsalçısı adını qazandı

9 Mart 2023, 11:52

Martın 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Toplantıda ölkəmizdə akkreditə olunan  diplomatik korpusun təmsilçiləri, o cümlədən Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iş adamları, milli sahibkarlığın müxtəlif sahələrinin təmsilçiləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Mükafatçılar iqtisadiyyatın qeyri-neft sektorunun – tibb, tikinti, logistika, quşçuluq və digər sahələrin nümayəndələridir.

 

Mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib. Sonra 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimatı olub.

 

Tədbirdə təmsil edilən “Crystal Beton” Qapalı Səhmdar Cəmiyyəti təşkilatçılar tərəfindən İlin beton istehsalçısı adını qazanıb. Mükafatla təltif edilən şirkətin nümayəndəsi təşkilatçılara verdikləri dəstəyə görə öz təşəkkürünü bildirib və belə bir inam ifadə edib ki, zəngin təcrübəyə malik şirkət qarşıdakı illərdə daha böyük tikinti layihələrinə öz töhfəsini verəcəkdir.

 

Qeyd edək ki, Azərbaycanın ən böyük beton istehsalı şəbəkəsinə malik olan özəl qurumlarından biri kimi fəaliyyət göstərən “Crystal Beton” şirkəti ötən illər ərzində ölkənin tikinti sektorunun formalaşmasına öz dəyərli töhfəsini verib və qürur doğuran tikinti layihələrinə imza atıb. Modern texnologiya və keyfiyyətli xammalla çalışan şirkət Bakı və Abşeron yarımadasında icra olunan icra olunan bir sıra iri tikinti layihələrini yüksək keyfiyyətli möhkəm betonlarla təmin edir. 

 

Hazırda “Crystal Beton” brendi altında şirkətin Binəqədi, Keşlə və Qobu qəsəbələrində və Xırdalan şəhərində 4 zavodu beton istehsalını həyata keçirir, tikinti-inşaat obyektlərinə yüksək keyfiyyətli beton verilməsini təmin edir. 

 

1223864

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi