Arxiv
10 Yanvar 2011, 16:06 | MÜSAHİBƏ
Mühacirətdə olan Milli Qəhrəman: “...Gəlim küçədə yaşayım?”

“Azərbaycan Ali Baş Komandanı səfərbərlik elan eləsə, İsveçdən Azərbaycana ayaqyalın gedərəm”

Onunla internet vasitəsilə danışdıq. Uzaq İsveçdə mühacir həyatı yaşayan Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə... Heç bilmirdim söhbətə necə başlayım. Beynimdə Milli Qəhrəmanımızın “mühacirətdədir” yarlığı fikirlərimi pərən-pərən salırdı. Bu məmləkət uğrunda canını oda atan, vuruşan, döyüşən bir qəhrəmanla müsahibəni “Paltak”la götürməli oldum. Səsindəki kədəri, qəhəri duya-duya..

Şahin Tağıyevin adı uzaq yenyetməlik illərində yadımda qalıb. AzTV-də Ali Sovetin canlı sessiyaları bütün ölkənin izldiyi bir verilişə çevrilmişdi. 1992-ci ilin 14 mayında əllərini hirslə qaldırıb Ali Sovetin iclasında hərbi formada əsəbi, boğuq səslə çıxış edən Şahin Tağıyevin siması o vaxtdan beynimə hopmuşdu.....

- Şahin bəy, Bakıdan gedəndən sonra bir neçə il müxtəlif ölkələrdə yaşamısınız. İndi siz hardasınız?

- Mən hazırda İsveçdə yaşayıram.

- Səhhətiniz necədir?

- Səhhətimdən şikayət edən deyiləm. 62 yaşım var, şükür olsun ki, səhhətimlə bağlı narazılığım yoxdur.

- Özünüz haqqında bir-iki kəlmə danışardınız. Milli Qəhrəman  mühacirətdə necə yaşayır? Sizinlə maraqlanırlarmı?

- Azərbaycandan Qarabağ Azadlıq Təşkilatı və onun sədri Akif Nağı hər zaman mənimlə maraqlanır. Ondan savayı heç kim... Azərbaycanda yaddan çıxmışam. Sadə bir misalı deyim: başçılıq elədiyim “Qurtuluş” batalyonu Tərtərdə döyüşüb. Qoymadıq ora düşmən ayağı dəysin. Mən 2006-cı ildə həmin rayonda olanda orda Tərtər şəhidləri üçün ucaldılan abidəyə baxmışam. Tərtər uğrunda gedən döyüşlərdə həlak olmuş “Qurtuluş” batalyonunun şəhidlərindən birinin də adı yoxdur. Soruşdum niyə adları yoxdur? Dedilər onlar tərtərli deyillər ki... Bu nə deməkdir?  Bu şəhidlər Azərbaycanın müxtəlif rayonlarından olsalar da, o torpaq uğrunda canlarından keçiblər, özlərini fəda ediblər. Ona görə də adamın ürəyi çox ağrıyır... Nə tez yaddan çıxdıq biz.. Nə tez....

Bu gün Milli qəhrəmanlara münasibəti dəyişmək lazımıdır. Milli qəhrəmanlar həqiqətən bu torpaq  uğrunda vuruşublar. Mübariz İbrahimova Milli Qəhrəman adı verildi. Allah ona rəhmət eləsin. Onun barəsində sənədli filmlər çəkilir. Bəs o biriləri niyə unudulur?  Niyə Azərbaycan müxalifəti liderləri şəhid evlərinə getmirlər? Milli Qəhrəman ailələrinə baş çəkmirlər?

Amma görürsünüz ki, prezdent İlham Əliyev Milli qəhrəmanların ailərləri ilə görüşür, onlarla maraqlanır. Bundan sonra müxalifət rəhbərləri də əlüstü qəbirləri ziyarətə getdilər. Bu ayrı-seçkilik nədir? Vətən uğrunda şəhid olanlar hamısı qəhrəmanlardır. Birinə ad veriblər, birinə verməyiblər. Elə insanlar var ki, on dəfə Milli Qəhrəman adına layiqdirlər. Yavər (Milli Qəhrəman Yavər Əliyevi nəzərdə tutur) kimi insanlar on dəfə Milli Qəhrəman adına layiqdirlər. Yavər iki tankı vurub, üçüncüsünü vuranda BMP onun sol tərəfini aparmışdı. Bunu İskəndər Həmidov da, Rəhim Qazıyev də bilirdi. Onların hamısı o şəhid meyitini görmüşdülər. Belə bir insanın adına bir küçə də qoymadılar. Dedim heç olmasa yaşadığı küçəni onun adına qoyun.

- Şahin bəy, mühacirətə getməmişdən əvvəll probemlərinizlə bağlı rəsmilərə müraciət eləmisinizmi?

- Mən Bakıda 4 il küçədə qaldım, 4 il bulvarda yatdım. Heç bir kömək eləmədilər mənə... İlk Milli Qəhrəman olduğuma görə 31 manat təqaüd alırdım. Yaşadığım evim əlimdən alındı. Rəhmətlik Rafael Allahverdiyev dedi ki, “çıxmalısan evdən..”. Ona qədər 15 il ev növbəsində olmuşdum. Bakı şəhər icra hakimiyyətinin başçısı mərhum Rauf Gülməmmədov evi mənə vaxtından əvvəl vermişdi. Rafael Allahverdiyev mənə dedi ki, “nə olsun, evdən çıxmalısan. Belə göstəriş verilib”. Artıq dözə bilmirdim. Ona görə BMT-dən sığınacaq istədim. Onlar mən sığınacaq verdilər.

- Ailəniz də yanınızdadır yəqin?

- Uşaqlarım yanımdadır.

- Orda dolanaşıq necədi? Dolana bilirsinizmi?

- Mən sizə sözün açığını deyim. Dünyanın heç bir yerində 100% -lik demokratiya yoxdur. Məsələn, burada 50 yaşdan sonra iş tapmaq çox çətindir. Mən sosial müavinət alıram. İsveçdə işləyən adam çox yaxşı, təmin olunmuş halda yaşayar. Buranın əhalisinin həyat səviyyəsi orta səviyyədən yuxarıdır. Hökumət hər şeyi-maşını, evi, villanı yaxşı kredit şərtləri ilə verir.

Mənim 62 yaşım var, işləmirəm.  Ancaq sosial yardım alıram. İndi sənədlərimi hazırlayıram ki, təqaüdə çıxım.
- Uşaqları necə, yerbəyer edə bilmisinizmi orada?

- Qızım artıq İsveç vətəndaşıdır. Tibb Universitetində cərrahlığı oxuyur. Oğlum İngiltərədə oxumaq istəyir. Hələlik alınmadı. İnşallah bu il düzələcək.

-Uşaqlarınız özləri vətənə gəlir-gedə bilirlərmi?

- Qızım bir dəfə getdi Azərbaycana... Qayıdandan sonra dedi, ata, daha getmərəm. Mən gördüyümü gördüm Azərbaycanda. Özüdə iki uşaq anasıdır. Dedi bir də getmərəm. Amma mən çox darıxıram vətən üçün. Vətəni heç nəyə dəyişmərəm

- Keçmiş döyüş dostlarınızla əlaqələrinizi saxlayırsınızmı?

- Facebook-da görüşürük. İndiyə kimi, mənə komandir deyirlər. Amma əfsuslar olsun ki, onların içində əlil olanlar da var. Deyirəm, “niyə sən köməklə bağlı hökumətə məktub yazmırsan”. Deyir ki, “demişəm”. Müraciət elədiyi məmur bilirsiniz ona nə deyiblər..? Ona deyiblər ki,  “ağlın olaydı getməyəydin müharibəyə”.
Belə ədəbsiz məmurlara vəzifəni vermək lazım deyil. Bu məmuru cəzalandırmaq lazımdır. Mən belə hesab edirəm o sözü deyən xalq xainidir, xalq düşmənidir. Bu vətən bizimdir. Sabah hər bir azərbaycanlı övladı onun sərhədlərini qorumalıdır. Bu yaşda mən heç nə lazım deyil, nə vəzifə, nə iş. Mənim ən böyük arzum vətənim azad olsun.

- Döyüş mükafatlarınız yəqin sizdədir...

- Bəli. Mən 2006-cı ildə İsveçə gələndə Müdafiə Nazirlyindən Milli Qəhrəman nişanını aldım. Onu çağırıb mənə elə-belə verdilər. Halbuki, bu Milli Qəhrəman medalı mənə ən azı nazir tərəfdən təqdim edilməli idi. Medalı mənə verən polkovnik Rüstəmov dedi ki, “bunu müdafiə naziri verməliydi. Amma harasa getdi”.
Orda mənimlə görüşmək qadağandır. Mən 2006-cı ildə Nəcməddin Sadıqovla görüşmək istədim. Nazirlikdə general Vasyak mənimlə görüşdü və otaqda olanlara dedi ki, “bilirsiniz bu kimdir? Bunu qapının dalında saxlamaq olmaz”. Dedim mən Nəcməddinlə görüşmək istəyirəm. Axşam mənə zəng eləyib dedi ki, “o səninlə görüşmək istəmir, çəkinir”.

- Azərbaycan hökuməti tərəfindən verilən hansısa güzəştlərdən istifadə edirsinizmi?

- Milli Qəhrəman təqaüdünü alıram. Əvvəlcə almaq istəmədim, sonra Akif Nağı dedi bu sənin haqqındır. İndi alıram bu təqaüdü. Durum yalandan deyim almıram, alıram.
- Azərbaycanda Milli qəhrəmanlarla bağlı təşkilatlar sizinlə əlaqə saxlayırlarmı?

- Xeyr. Heç kəs mənimlə əlaqə saxlamır. Mənə dostlarım deyir ki, “çıx gəl Bakıya, mübarizəni apar”. Deyirəm gəlim harda, küçədə yaşayım? Bu mənə ağır gəlir. Oxuyuram ki, Milli Qəhrəmanlara ev veriblər. Təki versinlər bunlar onların haqqıdır.

- Bu sizin də haqqınızdır həm də...

- Bəli. Əlilləri hər il müalicəyə göndərmək lazımdır. Axı bu onların haqqıdır. Amma kim fikir verir onlara? Dövlət başçısı İlham Əliyev parlament  seçkilərindən qabaq şəhid ailələrinin, əlillərin, o cümlədən Milli qəhrəmanların təqaüdünü artırdı. Amma mən sosial təminat nazirliyinə zəng vurdum, ordan dedilər ki, Milli qəhrəmanların pensiyaları artmayıb. Ancaq mən televiziyada Prezidentim fərmanına qulaq asdım.

- Şahin bəy, mən bir məsələni də bilmək istərdim. 90-cı illərin siyasi tarixində sizin və rəhbərlik etdiyiniz “Qurtuluş” batalyonunun adı Azərbaycanda baş vermiş siyasi hadisələrin episentrində çəkilir....

- Xeyr. Kim onu deyir, yalan deyir. Mənim heç bir siyasi çevrilişlərdə, mitinqlərdə əlim olmayıb. Mən ancaq 14 may 1992- ci ildə Ali Sovetin iclasında Yaqub Məmmədova dedim ki, Xocalı faciəsini araşdıran deputat komissiyası düz işləmir.  Xocalının necə verilməsi haqqında danışdım. Bu yandan “Demokratik blok”a daxil olan millət vəkilləri mənimlə razılaşdılar. Əfsuslar olsun ki, mayın 14-də mən Ali Sovetin icls zalına gələndə “Demblok”un bir nəfər də olsun deputatı orda yox idi. Ayaz Mütəllibovu tribunaya gətirəndə mən hirsimdən durdum çıxdım ordan... Amma sonra mənə ad qoydular ki, guya mən Ayaz Mütəllibovun tərəfini saxlamışam. Tahir Əliyev ölməyib ki? Təsdiq edə bilər.  “KQB”də işimi yoxlayan müavin mənə dedi ki, “geroy, sən bilirsən niyə burdasan?” Dedim “yox”. Dedi “sən onda Ali Sovetdə olan 30 nəfəri güllələsəydin, heç burda olmazdın”.
Bu mənim böyük səhvim idi. Mən bundan başqa heç vaxt siyasi mitinqlərdə iştirak eləməmişəm. Mənin batalyonum ancaq postda dayandıb və müharibə aparıb

Mən heç vaxt siyasi proseslərdə iştirak eləməmişəm. 1993-cü il mart ayında yaralandım və hospitalda yatdım. 1997-ci ildə Səfər Əbiyev məni qanunsuz olaraq hərbidən qovdu. İki ay sərəncamda olanda iki ayın maaşını almalısan, ya təqaüdə göndərilməlisən, ya qovulmaslısan, ya da iş almalısan. Məni 4 il sərəncamda saxladılar.

- Sizin rütbəniz nə idi?
- Polkovnik-leytenant.

- İndi təqüdçü deyilsiniz?

- Yox.. Orduda əgər işdən qovurlarsa, həmin adama təqaüd düşmür.

- Sizin ordudan qovulmağınzın rəsmi səbəbi necə göstərilib?

- Heç bir səbəb yazmayıblar. Nəyə görə bunu ediblər? Mən onda təqaüd işini düzəltmək üçün vəkilə müraciət elədim. Vəkil dedi ki, alınmır.. Sonra bu məsələ elə də qaldı. Mən heç lazım da deyil bu təqaüd...

- Kənardan baxanda Azərbaycanda vətənpərvərlik ruhu sizi qane edirmi?

- Şəxsən məni qane eləmir. İndi görürəm “Facebook”-da vətənpərvərliklə bağlı otaq açıblar. Orda gənclər yığışırlar. Vətənin bütövlüyü uğrunda vuruşmaya da, şəhid olmağa da hazır olan gənclərimiz var. Amma əksər gənclərimiz bu gün yaltaqlıq, məddahlıqla məşğuldur.

- İsveçdə Qarabağda döyüşən ermənilərə rast gəlirsinizmi?

- Yaşadığım şəhərdə onların yaşadığını eşitmişəm... Amma heç birini görməmişəm. Çünki erməni mənin düşmənimdir. Mən onlara salam versəm, onda onlara tay olaram ki... Moskvada yaşayanda görürdüm. Mən Moskvada yaşayanda azərbaycanlıları da, onların ermənilərlə necə dostluq eləmələrini də gördüm. Amma burda bizim azərbaycanlılardan heç biri demək olar ki, ermənilərlə münasibət saxlamırlar. Onların hamısını özümə düşmən sayıram.

- Siz Azərbaycanın Milli Qəhrəmanısınız, hər halda sizin sözünüzün bir çəkisi də var. Şahin Tağıyev bu gün Qarabağ uğrunda müharibə başlayarsa, yenidən gəlib komandirlik eləməyə hazırdırmı?

- Əgər bu gün Azərbaycan Ali Baş Komandanı səfərbərlik elan eləsə, mən Azərbaycana ayaqyalın gedərəm. Qəbul eləməsələr, partizan dəstəsi düzəldə bilərəm. Qarabağ müharibəsi zamanı bizdə ordu yeni yaranırdı. Mən silahı özüm tapdım. Yəni rus ordusunun silah bazasını dağıdıb onların silahını götürdüm. Silah barəsində Azərbaycan ordusuna qat-qat köməklik elədim. İndi də mən onu eləyə bilərəm. Vətən bizimdir, vətən kasıblarındır.

- Oxuculara nə sözünüz var?

- Mən Azərbaycan xalqını, Azərbaycan gəncliyini, keçmiş döyüşçü yoldaşlarımı Yeni il münasibəti ilə təbrik edirəm, onların hamısına can sağlığı arzu edirəm. Müxalifət liderlərinə bir məsləhətim var. Hələ ki gec deyil, tökün bu daşı ətəyinizdən. Bir-biriniz haqqında iyrənc sözlər deməkdən əl çəkin. Birləşin, birləşməsəniz bu xalqın axrı yoxdu. Bu torpaqların axrı yoxdu. Onsuz da torpaqlarımız işğal altındadır. Mən bir Azərbaycan vətəndaşı kimi siyasətlə məşğul olanlara onu deyə bilərəm ki, Azərbaycanda demokratiyanın bərqərar olması, insanların yaxşı yaşaması, torpaqlarımızın azad olunması üçün hamı birləşmələdi... Vətən naminə..



Xaqani SƏFƏROĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?