Modern.az

Tbilisidə ATƏT PA-nın bəyannaməsi qəbul edilib

Tbilisidə ATƏT PA-nın bəyannaməsi qəbul edilib

5 İyul 2016, 12:20

ATƏT-in Parlament Assambleyası (PA) Tbilisi bəyannaməsinin layihəsini qəbul edib.

 

Modern.az-ın xəbərinə görə, sənədin lehinə 122, əleyhinə 6 nəfər səs verib, 7 nəfər isə bitərəf qalıb.

 

Qeyd edək ki, 57 ölkədən olan 700-dən çox nümayəndə Gürcüstan paytaxtı Tbilisidə keçirilən ATƏT-in Parlament Assambleyasının illik sessiyasında iyulun 1-dən 5-dək qlobal miqrasiya, iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri və insan hüquqları sahəsindəki problemlər üzrə müzakirələr aparıb.

 

ATƏT-in Parlament Assambleyası (PA) sessiyası Gürcüstanda ilk dəfə keçirilib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir