Arxiv
3 Noyabr 2009, 18:50 | MÜSAHİBƏ
Sosial yardım mərkəzlərinin 10 rəhbəri, 40 əməkdaşı işdən çıxarılıb

NAZİR MÜAVİNİ İLQAR RƏHİMOV: “GƏLƏN İL ÜNVANLI SOSİAL YARDIM 120 MANAT OLACAQ”

Ünvanlı sosial yardımların verilməsinin dayandırılması Milli Məclisdə də ciddi reaksiya ilə qarşılanıb. Deputat Vahid Əhmədov bunu yerlərdə əlaqədar orqanların insanların ünvanlı yardımlarını mənimsəməsi kimi qiymətləndirib. Məsələ ilə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Modern.az saytına müsahibə verib.

- İlqar müəllim, son vaxtlar ünvanlı sosial yardımların verilməsi dayandırılıb. Bunun səbəbi nədir?
- Ünvanli sosial yardımın mexanizmi çox mürəkkəbdir. 2006-cı ildən biz bunun tətbiqinə başlamışıq. Üç il ərzində buna nail olmaq çox böyük bir işdir. Eyni zamanda, bu müddət ərzində insanların daha operativ şəkildə ünvanlı yardıma yiyələnməsi üçün qanunvericiliyə mütəmadi dəyişikliklər edilib. Həm ünvanlı yardımın alınması müddəti uzadılıb, həm tələb olunan sənədlərin sayı azalıb, həm də kompüter şəbəkəsi yaradılıb, plastik kartların tətbiqinə nail olunub. Demək olar ki, şəffaflıqla bağlı bütün işlər görülüb. Bu gün ünvanlı yardım 1 milyon insanı əhatə edir. Bu xıdmətin həyata keçirilməsinə beş min insan cəlb olunub. İstisna etmirəm ki, lokal neqativ hallar ola bilər. Ancaq bununla bütün sistemin neqativ olduğunu demək olmaz. Nazirlik özü bu cür halların aradan qaldırılması istiqamətində işlər aparır. Ərizə, şikayətlərə kəskin reaksiya verilir. Son vaxtlar ərizə və şikayətlərin sayı azalıb. Qeyd edim ki, yardımın təyin olunmasından imtina olunan insanlar daha çox ərizə yazırlar. Bu sahədə neqativ hallara yol verənlər işdən çıxarılır, onlara töhmət verilir, kriminal hadisələr olanda hüquq-mühafizə orqanlarına müraciət olunur. Nazirlik bu sahədə  passiv mövqedə deyil. Ancaq bütövlükdə sistem çox səmərəlidir. Hazırda bu, Azərbaycanda aztəminatlı ailələr üçün ən səmərəli mexanizmdir.
Ünvanlı sosial yardımın tətbiqi ən kasıb ailələr arasında yoxsulluğun 20 % azalmasına səbəb olub.
Onu da qeyd edim ki, Dünya Bankı bizdən xəbərsiz ünvanlı yardımın monitorinqini keçirib. 7 min ailə bu monitorinqə cəlb olunub. Monitorinqin nəticələri onu göstərir ki, ünvanlı sosial yardım mexanzimi aztəminatlı ailələrin 90%-ni ünvanlı yardımla təmin edib. Bu, onlara belə bir nəticə çıxarmağa imkan verib ki, Azərbaycanda ünvanlı sosial yardım mexanizmi dünyada ən səmərəli mexanizmlərindən biridir.
Buna uyğun olaraq bizi bu ilin axırında Vaşinqtonda keçiriləcək ünvanlı sosial yardımın prezintasiyasına dəvət ediblər. Bizim şəbəkə ən əhatəli kompüter şəbəkəsidir. Yerlərdə aparılan hər bir əməliyyat dərhal mərkəzdə öz əksini tapır.
- Konkret olaraq bu sahədə olan qüsurlara görə neçə nəfər cəzalandırılıb?
- 2006-cı ildən başlayaraq ünvanlı sosial yardım mərkəzlərinin rəhbərlərindən 10-dan çoxu, inspektorlardan 40-a yaxını işdən azad edilib, çoxlu işçiyə töhmət verilib. Bu sistem insanlara yardım edən bir mexanzimdir və bunu daim nəzarətdə saxlayırıq.
- Gəncə şəhər Sosial Müdafiə Mərkəzi ünvanlı sosial yardımın dayandırılmasını maliyyə çatışmazlığı ilə əlaqələndirib. Nazirlik bunula bağlı hansı işləri görür?
- Maliyyə çatışmazlığından söhbət getmir. Üç illik  fəaliyyətimiz dövründə bazamıza 180 minə yaxın ailə toplanıb. Bunlar Azərbaycanda demək olar ki, ən yoxsul ailələrdir. Siyasətimiz ondan ibarət deyil ki, insanlara passiv səkildə yardım verək. Bu gün biz həmin 180 ailənin aktiv fəaliyyətə qaytarılması ücün də işlər görürük. Kiməsə is,  kiməsə ünvanlı yardım  və s.
Artıq avtomatlaşdırma işinin imitilaziyasiyası gedir. Bu da müyyən vaxt tələb edir. Buna gorə də bütün təyinatları dayandırmışıq.
Ancaq bu o demək deyil ki, ünvanlı sosial yardım ləğv olunub. Bir aydan sonra təyinatlara başlanılacaq. Hesab edirəm ki, yardım alan ailələrin sayı azalacaq. Bu müddət ərzində pensiyalar, əhalinin gəlirləri artıb, yeni iş yerləri açılıb. Bu da bizə imkan verir ki, ünvanlı yardım alanları bu mexanizmdən uzaqlaşdıraq və aktiv həyata qaytaraq.
Ünvanlı yardım texniki səbəblərə görə dayandırlıb. Həm ailələrin imitaliziyasiyası üzrə müəyyən qədər azalma olacaq, yəqin ki, kompüter şəbəkəmiz yeni ilə hazır olacaq. Güman ki, dekabrda yeni təyinatlara başlayacağıq.
- Apardığınız iş nə qədər ailəni ünvanlı yardımdan aktiv ışə cəlb edib?
Hazırda 150 min ailə ünvanlı yardım alır. Bu mexanizm çox canlı mexanzimdir, insanlar daxil olurlar və xaric olunurlar. Hesab edirəm ki, 2010-cu ildə dövriyyədə təxminən 140-150 min insan olacaq.
- Gələn il üçün ehtiyac meyarı da artırılıb. Bu mənada ünvanlı sosial yardım artacaqmı?
- Təbii, hər bir insanın ehtiyac meyarına uyğun olaraq məbləğin artırılması da olacaq. Gələn il bu rəqəm təqribən 110-120 manat olacaq.


Günay MUSAYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40 “Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın” - Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ 22 Oktyabr 2020, 22:29 “Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” - Cavid Qurbanov 22 Oktyabr 2020, 22:20 Ordumuz Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib - Səfir 22 Oktyabr 2020, 22:15 Azərbaycanda şair vəfat etdi 22 Oktyabr 2020, 21:57 Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışdı 22 Oktyabr 2020, 21:53 Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”... 22 Oktyabr 2020, 21:51 Yəhudi əsilli Azərbaycan əsgəri: Son damla qanımadək döyüşəcəm” - VİDEO 22 Oktyabr 2020, 21:45