Arxiv
4 Sentyabr 2018, 22:36 | REPORTAJ
Elektrik mühəndisliyindən “Azərenerji” prezidentliyinə gedən yol - Baba Rzayevin DOSYESİ

Prezident İlham Əliyevin bu gün sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Modern.az Balababa Rzayevin tərcümeyi-halını təqdim edir.

 

Rzayev Balababa Hüseynağa oğlu 10 iyun 1957-ci ildə Bakışəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.

 

1964-1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək “Elektrik şəbəkə və sistemləri” ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.

4 sentyabr 1979-cu ildən «Melorasiya və Su Təsərrüfatı» Nazirliyinin «Abşeron Mexaniki Suvarma» İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən «Azərsənayeelektrikquraşdırma» trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980-02.1981), iş icraçısı (02.1981-04.1985), sahə rəisi (02.1985-07.1986), baş mühəndis (07.1986-04.1988), idarə rəisi (04.1988-05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə -  «Bakıelektro» ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

 

10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B.Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub.

 

Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamına əsasən «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

 

Ölkə başçısının 10 avqust 2016-cı il tarixli sərəncamı ilə «Əməkdar mühəndis» adına layiq görülüb, 2017-ci ilin yanvar ayında Müstəqil Dövlətlər Birliyinin “Əməkdar mühəndisi” fəxri adı verilib. Azərbaycan Prezidentinin 9 iyun 2017-ci il tarixli sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” oden ilə təltif olunub.

 

2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub. 2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin  bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.

 

 2018-ci ilin 4 sentyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə B.Rzayev “Azərenerji” ASC-nin prezidenti təyin edilib.

 

 Аiləlidir, iki övladı - bir qızı, bir oğlu, dörd nəvəsi var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:41 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53