Arxiv
15 Noyabr 2018, 13:33 | REPORTAJ
Eldar Əzizov Bakı meri təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev Eldar Əzizovla bağlı sərəncam verib.

Modern.az xəbər verir ki, sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E. Əzizov bu il iyulun 16-dan Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi.

Xatırladaq ki, 2001-ci ildən Bakının icra başçısı vəzifəsini tutan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra Baş nazirin müavini vəzifəsinə təyin edildi.


Modern.az Eldar Əzizovun tərcümeyi-halını təqdim edir:

Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə  diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 

1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra  Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra  Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra  Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Səbail rayon İcra Hakimiyyətinin başçısı işləyib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib, 1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40 “Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın” - Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ 22 Oktyabr 2020, 22:29 “Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” - Cavid Qurbanov 22 Oktyabr 2020, 22:20 Ordumuz Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib - Səfir 22 Oktyabr 2020, 22:15 Azərbaycanda şair vəfat etdi 22 Oktyabr 2020, 21:57 Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışdı 22 Oktyabr 2020, 21:53 Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”... 22 Oktyabr 2020, 21:51 Yəhudi əsilli Azərbaycan əsgəri: Son damla qanımadək döyüşəcəm” - VİDEO 22 Oktyabr 2020, 21:45 Budapeştdə Ermənistanın Gəncəyə raket hücumuna etiraz aksiyası keçirildi - FOTO 22 Oktyabr 2020, 21:39