Arxiv
14 May 2019, 13:46 | ANALİTİKA
Yaxın Şərqdə müharibə QOXUSU: ABŞ İrana zərbə endirəcək?

Pentaqonun yenilənmiş konsepsiyası Yaxın Şərqə 120 min hərbçinin göndərilməsini nəzərdə tutur. Modern.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, ABŞ İranla davamlı münaqişəyə hazırlaşır.

 

Trampın köməkçilərinin iclasında Pentaqon rəhbəri Patrik Şanaxan İrana qarşı tədibrlər planını təqdim edib. Həmin plan İranın amerikalı hərbçilərə hücumu, yaxud nüvə proqramını sürətləndirəcəyi təqdirdə regiona 120 min hərbçi göndərməsini nəzərdə tutur.

 

Bu strategiyanın tərəfdarları isə Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun başçılıq etdiyi qrupdur. Plan İran ərazisinə quru qoşunların yeridilməsini nəzərdə tutmur.

Amma digər tərəfdən, Trampın Əfqanıstandan amerikalıları çıxarmaq barədə planları ilə İran probleminin güc yolu ilə həlli arasında da müəyyən ziddiyyətlər var. Ekspertlər 120 min hərbçinin Yaxın Şərqə göndərilməsini ABŞ-ın rəsmi Tehranı qorxutmaq planının tərkib hissəsi də adlandırırlar.

 

Gərginləşən münasibətlər ABŞ-ın Yaxın Şərqə “Avraam Linkoln” aviadaşıyıcısını və B-52 bombardumançılarını göndərməsi ilə nəticələnib. “Patriot” hava hücumundan müdafiə sistemlərinin bölgəyə yerləşdirməsi də Vaşinqtonun gücdən yana çıxış etdiyinə dəlalət edir.

Amma bu addımlar İranı qorxutmur. “Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq”-deyə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə deyib.  

 

İstənilən halda, ABŞ-İran münasibətlərinin qaynar fazaya keçməsi bütün regionda partlayış effekti yaradacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17 Binəqədidə narkotacir qadın tutuldu - FOTO   22 İyul 2019, 11:11 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır 22 İyul 2019, 11:09 Prezident Milli Mətbuat Günü münasibəti ilə paylaşım etdi 22 İyul 2019, 10:58 Avtobusda Çin vətəndaşının 200 manatını oğurlayan tutuldu 22 İyul 2019, 10:55 Nazirlik bir qrup əlili “Duzdağ”a göndərdi 22 İyul 2019, 10:44 Mediaya açıq məmurlar – Jurnalistlər konkret ad çəkdilər 22 İyul 2019, 10:43 Xırdalan sakini Astara polisini aldatmaq istədi 22 İyul 2019, 10:41 Lənkəranda 4 istirahət obyekti cərimələndi 22 İyul 2019, 10:38 Maştağada keçmiş məhkumda silah və narkotik vasitələr aşkarlandı 22 İyul 2019, 10:35 Heydər Əliyev Mərkəzində SƏRGİ - “Musiqi alətləri: birlik və müxtəliflik”  22 İyul 2019, 10:20 Uzaqdan Mətbuat günü nostalgiyası... - Türkiyədə darıxan azərbaycanlı xanımlar 22 İyul 2019, 10:18 Avropa Gənclər Yay Olimpiya Festivalında 18 nəfər həkimə müraciət etdi 22 İyul 2019, 10:17 Azərbaycanlı şagirdlərdən növbəti uğur 22 İyul 2019, 10:00 Komitə sədri jurnalistləri TƏBRİK ETDİ 22 İyul 2019, 09:54 Ermənilər atəşkəsi pulemyot və snayperlərlə pozdu 22 İyul 2019, 09:31 Əflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ 22 İyul 2019, 09:30 Bakının bəzi əraziləri işıqsız qalacaq 22 İyul 2019, 09:18 Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb - FOTO 22 İyul 2019, 09:11 Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var” 22 İyul 2019, 09:02 Mingəçevir su anbarında bir nəfər batdı 22 İyul 2019, 08:53 Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci gününün PROQRAMI 22 İyul 2019, 08:50 Qusarda göldə batan şəxsin meyiti tapıldı 22 İyul 2019, 08:46 “Cənub xəbərləri” Cənubun aynasıdır 22 İyul 2019, 08:33 Məkkədən qayıdan qubalı atını kəfənləyərək dəfn edib - VİDEO 22 İyul 2019, 00:33 Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava 22 İyul 2019, 00:16 144 yaşlı Azərbaycan mətbuatı 22 İyul 2019, 00:01 Zelenskinin partiyası səslərin 50,37 faizini qazandı 21 İyul 2019, 23:47 Almaniya hərbi xərclərini artırır 21 İyul 2019, 23:24 Zelenski impiçmentdən danışdı 21 İyul 2019, 23:07 Masallıda 100 ədəd çinar yandı 21 İyul 2019, 22:46 Türk şahinlərindən terrorçulara zərbə 21 İyul 2019, 22:29 Gürcüstanda erməni kilsəsi qarət olunub 21 İyul 2019, 22:11 Seçki ilə bağlı 33 cinayət işi başlanıldı 21 İyul 2019, 21:58