Modern.az

Rusiya erməniləri arasında PARÇALANMA – Paşinyan Amerika ermənilərinin yanında

Rusiya erməniləri arasında PARÇALANMA – Paşinyan Amerika ermənilərinin yanında

15 Avqust 2019, 12:38

Ermənistanda dünya ermənilərinin yalnız üçdən bir hissəsi yaşayır.

 

Modern.az xəbər verir ki, buna görə də indiyə qədər diasporla əlaqə bu ölkədə hakimiyyətə gələn istənilən siyasi qüvvənin əsas prioritet istiqamətlərindən olub. Diaspor həm erməni yalanlarını dünyaya yaymaq, həm də maliyyə və ianə toplamaq üçün siyasi elitanın ehtiyac duyduğu platformadır.

 

Məhz buna görə Diaspor Nazirliyinin ləğv olunması barədə Nikol Paşinyan hakimiyyətinin qərarı ölkədə geniş səs-küy yaratmışdı. Həmin qərar ölkədə nazirliklərin sayını 17-dən 12-ə endirirdi və ləğv olunacaq qurumlar arasında Diaspor Nazirliyinin də adı hallanırdı.

 

Bir neçə aylıq boşluqdan sonra 2019-cu il iyunun 14-də Ermənistan hakimiyyəti və diasporu əlaqələndirəcək yeni post – Diasporla İş üzrə Komissarlıq yaradıldı. Birbaşa baş nazir Nikol Paşinyana tabe olacaq komissar 25 nəfərlik ofis işçisi ilə birlikdə diaspor və Ermənistan hökuməti arasında əlaqələri koordinasiya etməlidir.

 

Maraqlıdır ki, statusu aşağı endirilən strukturun rəhbərliyinə ABŞ vətəndaşı, Kaliforniyanın Qlendeyl şəhərinin 2 dəfə meri seçilən Zare Sinanyan təyin aldı. Yerevanda doğulsa da, ömrünün əsas hissəsini ABŞ-da keçirən Sinanyanın bu posta təyinatı diasporda ciddi təlatümlərə yol açdı.

 

Belə ki, ciddi ideoloji və siyasi fikir ayrılıqları olan erməni diasporunun böyük hissəsi təyinatdan narazı qaldı. Xüsusən də sayları 2,5 milyon nəfərə çatan və Ermənistandan davamlı mühacirətə görə sçoxalan Rusiya erməniləri əlində ABŞ pasportu olan komissara xüsusi şübhə ilə yanaşmağa başladılar və bu tendensiya indi də davam edir.

 

“Qrapark” qəzeti bununla bağlı iyulun 3-də çıxan sayında bunları yazıb:

“Sinanyanın təyinatı ABŞ-da yaşayan erməniləri məmnun etsə də, Avropada, Rusiyada və Yaxın Şərqdə yaşayan ermənilər bu addımı düzgün hesab etmirlər. Xüsusən, Rusiyada yaşayan ermənilər ABŞ-dan olan şəxsin komissar təyin olunmasına şübhə ilə yanaşırlar”.

 

Təsadüfi deyil ki, bu narahatlığı aradan qaldırmaq üçün Zare Sinanyan ilk səfərini Rusiyaya etdi. İyulun 18-23-ü aralığında o, Moskvada erməni diasporunun əsas simaları ilə, həmçinin, Rusiya hakimiyyət dairələri ilə görüşlər keçirdi.

 

Burada haşiyəyə çıxaraq onu demək lazımdır ki, erməni diasporunun mütəşəkkil, effektiv olması barədə stereotiplərdən fərqli olaraq, reallıq bir qədər fərqlənir.

2,5 milyonluq Rusiya erməniləri istər dini, istər siyasi, istərsə də mədəni-mental dəyərlər baxımından biri-biri ilə kəskin rəqabətdə olan qruplara bölünür. 

 

Siyasi baxımdan bu parçalanma Kremlə yaxınlığı ilə seçilən “Rusiya Erməniləri İttifaqı” və bu təşkilata müxalif “Birləşmiş Rusiya Erməniləri” təşkilatı arasında mübarizədən ibarətdir.

2000-ci ildə "Rusiya Erməniləri İttifaqı”nı yaradan “Soqlasie” şirkətinin sahibi, iş adamı Ara Abramyan bu illər ərzində yerli erməni fəalların nifrətini qazanıb. 30 ildən artıq müddət ərzində Rusiyada yaşamasına baxmayaraq, yerli dildə bərbad səviyyədə danışan Ara Abramyan dardüşüncəli, kobud və yalnız öz biznes maraqlarını düşünən şəxs kimi tanınır.

Zare Sinanyanın diasporla iş üzər kommisar təyin olunmasına ən sərt reaksiyanın məhz onun tərəfindən gəldiyi məlumdur.


ABŞ-la Rusiya arasında münasibətlərin ən aşağı həddə çatdığı məqamda bu ölkənin pasportuna malik şəxsin diaspor işlərindən məsul olması Abramyanın xoşuna gəlməyib. O, bunun Moskva ilə Yerevan arasında münasibətlərə xələl gətirəcəyini söyləyib. 

 

Zare Sinanyanın “Rusiya Erməniləri İttifaqı”na müxalif olan “Rusiya Erməniləri Birliyi” növbəti gün görüş keçirməsi də Rusiyada erməni diasporu ilə bağlı monopolist mövqe tutmağa çalışan Abramyanı qəzəbləndirib.

 

Tərkibində onlarla təşkilatın birləşdiyi, müxtəlif icma və birlikləri təmsil edən “Rusiya Erməniləri Birliyi” Rusiyadakı erməni diasporunun ağır durumlu, pərən-pərən düşmüş erməni təşkilatlarını birləşdirmək üçün vahid koordinasiya mərkəzinin yaradılmamasından gileyləniblər.

Onlar Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən nümunə götürərək. ayrı-ayrı ölkələrdə erməni diasporunun vahid koordinasiya şurası ətrafında birləşməli olduğunu Sinanyana təklif edib.

 

“Rusiya ermənilərinin ən böyük problemi assimilyasiya və dilin qorunub-saxlanılmasında problemlərdir. Amma Ermənistan hakimiyyəti doğru siyasət yürütsəydi, bunun təsiri belə ağır olmazdı” –deyə Sinanyan səfərinin yelunlarına dair açıqlama verib.

 

Rusiyada “Qərbin adamı” olduğu üçün diaspor nümayəndələri arasında etibar qazana bilməyən Sinanyan sentybar ayında yenidən Rusiyaya – bu dəfə Rostov-na-Donu və Sankt-Peterburq şəhərlərinə səfər edəcəyini əlavə edib.

 

Bütün bunlardan sonra belə qənaətə gəlmək mümkündür ki, 30 ilə yaxın diaspora ianə və maliyyə mənbəyi kimi baxan Ermənistan  hakimiyyəti xaricdəki ermənilərin etibarını tamailə itirib və ABŞ vətəndaşı Zare Sinanyanın diaspor üzrə komissar təyin olunması bu inamsızlıq sindromunu daha da dərinləşdirib.

Analitiklər hesab edirlər ki, hazırda eayrı-ayrı ölkələrdə erməni diaspor təşkilatlarının rəhbərliyi uğrunda Amerika və Rusiyadakı fəal ermənilərin açıq mübarizəsi gedir. Erməni və erməniəsilli iş adamlarının məsələyə münasibəti isə tamam fərqlidir.

Bu qarşıdurma aradan qalxmayana qədər maliyyə yardımı edilməyəcək.

Buna görə erməni diasporunun parçalanmış və münaqişə şəraitində qalması hələ çox onilliklər çəkəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu