Arxiv
20 Dekabr 2019, 12:44 | MÜSAHİBƏ
Zahid Oruc rəqiblərindən qorxmur: “Tam səmimiyyətimlə söyləyirəm ki...”

Beşinci çağırış Milli Məclisin deputatı olan, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc 2020-ci il fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Zahid müəllim, bildiyiniz kimi, gələn il fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri  keçiriləcək. Bir məqam da var ki, vəzifə tutan şəxslər qanunla Milli Məclisdə təmsil olunmamalıdır. Vəzifə tutan deputatlardan biri də sizsiz. Bu barədə vəzifə tutan deputat olaraq  sizin də fikirlərinizi eşitmək istərdik.

 

- Publik hüquqi şəxs qətiyyən özünün təşkilatı və idarəetmə modelinə görə dövlət strukturu sayılmır. Azərbaycanda təxminən 10 ildən artıqdır ki, bu tətbiq olunur. Hətta onun konstitusion hüquqları da yaradılıb. Bu üzdən burada məqsəd qarşıdakı dövr üçün istənilən belə statuslu qurumların sırf həyata keçirtdikləri  xidmətdən öz büdcələrini formalaşdırmalı və onun nəticəsində də tariflərini həyata keçirtməlidir. Azərbaycan Konstitusiyasında parlament üzvlərinin, icra hakimiyyəti orqanlarına, yaxud da, hökumətdə ola bilməz müddəası ilə bunu eyni götürmək olmaz. Heç bir halda söhbət Zahid Orucdan getmir.

 

- Belə başa düşdüm ki, namizədliyinizi irəli sürməyi düşünürsüz. Maraqlıdır, bu dəfəki seçkilərə konkret olaraq hansı məqsədlə qatılmağı düşünürsüz?

 

- Namizədliyimlə bağlı məsələni ən yaxın günlərdə açıqlayacam. Heç şübhəsiz ki, bu illər ərzində mən prezident İlham Əliyevin siyasi kursunun fəal üzvlərindən biri olmuşam. Bu mənada yaşadığımız ideoloji tərzdə vahid lider, vahid komanda, vahid mübarizə prinsipləri əsas götürülüb. Burada özfəaliyyətə yer olmayıb. Bu mənada komanda işi tələb edir ki, sən fəaliyyətini uzlaşdırasan. Əgər namizədliyin verilirsə, bunu haradan həyata keçirəcəksən?! Vurğulamaq istəyirəm ki, 2019-cu ildə həyata keçirilən böyük islahatlar hakimiyyətin bütün qollarını əhatə etmiş oldu. İlin əvvəlindən başlayan siyasi xarakterli böyük miqyaslı tədbirlər, sonrakı dövr siyasi məna kəsb etdi. İdarəetmə stilini yenilədi. Prezident Administrasiyasını, hökuməti, ardınca da parlamenti əhatə etməyə başladı. Belə olan təqdirdə istər keçmişdə üzv kimi təmsil olunmuş adamlar, istərsə də yeni başçılar 2019-cu ildə ölkədə formalaşan bu münasibətlərin, prezident İlham Əliyevin yenilədiyi Azərbaycanın içərisində öz gələcək iddialarını, xüsusilə, qalibiyyət iddialarını ortaya qoyacaq  və nəticələrini bölüşəcəklər. Bu mənada seçkilərin ədalətli keçirilməsi üçün yetərincə əlverişli mühit var. Fundamental bazis formalaşıb. Belə olan təqdirdə bir neçə dəfə Milli Məclisə seçilmiş şəxslər, eləcə də, yeni simalar elə kriteriyalar ortaya qoymalıdırlar ki, yalnız hakim partiya resursu, yalnız inzibati rıçaqlar deyil, daha müxtəlif insanların etibarı, inamı, rəğbəti əsasında mandatı qazana bilsinlər. 2020-ci ildə formalaşacaq parlamentdən ən başlıcası beynəlxalq siyasi komandanın güclənməsini gözləyirik. Bir daha söyləyirəm ki, bu, azad rəqabətin nəticəsində meydana çıxmış olacaq. Siz media mənsubları ötən illər ərzində müxtəlif parametrlər üzrə məni Milli Məclisin işində aktivlər sırasına aid etmisiz. Bundan ötrü nominasiyalar tərtib etmisiz. Yekunda da mükafatlandırmısız. Belə olan təqdirdə əgər informasiya məkanında dəyərləndirmə seçicilərin qiyməti ilə üst-üstə düşəcəksə, biz də seçkilərə qatılmağa çalışacağıq.

 

- Siz müstəqil namizədsiz. Hakim partiyada təmsil olunmursuz. Bəziləri elə düşünür ki, müstəqil namizəd kimi seçkilərə qatılmaq qalib olmaqdan çox, məğlub olmağa işarədir. Bu fikirlərlə nə dərəcədə razısız?

 

-Cavabım qısa və sadədir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rəhbəri olmağına rəğmən 2018-ci ilin prezident seçkilərinin nəticələrinə istinad etsək, ölkə başçısına öz rəğbətini ifadə edənlərin sayı 2 milyon yarıma yaxındır. Yeni Azərbaycan Partiyası üzvlərinin sayı səhv etmirəmsə, 700 mindən çoxdur. Heç bir partiya mənsubiyyəti daşımayan şəxslərin də lideri İlham Əliyevdir. Sosial Tədqiqat Mərkəzi olaraq gerçək tədqiqatlarla məşğul olduğumuza görə məsuliyyətlə söyləyə bilərik ki, 2019-cu ildə həyata keçirilən tədbirlər, yeni kurs siyasəti, dərin struktur və kadr islahatları prezidentin nüfuzunu gücləndirib. Bu da deməyə imkan verir ki, bir il əvvəlki nəticələr İlham Əliyevin xeyrinə daha da onun tərəfdarlarının sayını artırıb. Bu əsnada hakim partiya təmsilçiləri öz qərarlarını birinci şəxs amili üzərində qurmalıdırlar. Yerdə qalanlar bununla hesablaşmadan özləri sərbəst mövqe göstərməlidirlər. Bu bir qədər doğru yanaşmadır.

 

- Namizədliyinizi verəcəyiniz bölgədən və dairədən sizə xeyli şəxslər rəqib olacaq. Budəfəki  seçkilərdə gənclər də aktivlik  nümayiş göstərir. Bu sizi qorxutmur ki?

 

- Qətiyyən. Yalnız arzulayıram ki, ölkə miqyasında parlament seçkilərində minlərlə namizəd iştirak etsin. Bu da ona imkan verəcək ki, daha fəal, daha dinamik bir seçki prosesi izləyək. İnsanlar fərqli ideyalar görsünlər. Burada real araşdırma getsin. Hər kəs şahid olsun və inansın ki, əsl həqiqətdə bu işlər o qədər də asan deyil. Açıq demək lazımdır. Buna qədərki dövrdə parlament hakimiyyətində yer alan, dövlətin kursunu müdafiə etdiyini söyləyən adamların gerçək gücünü aşkarlamağa imkan verəcək və s. Tam səmimiyyətimlə söyləyirəm ki, namizəd olacağım təqdirdə, orada onlarla şəxsin yaşından, peşəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq rəqabət prosesinə, bu marafona qoşulmasını istəyirəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenə şəhid verdi 29 Fevral 2020, 00:51 Gürcüstanda yenidən zəlzələ oldu 29 Fevral 2020, 00:29 Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər 29 Fevral 2020, 00:16 NATO-dan Türkiyəyə dəstək gəldi 28 Fevral 2020, 23:56 Eldar Mansurov: Babası xanəndə, atası tarzən olan bəstəkar - VİDEO 28 Fevral 2020, 23:55 Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto 28 Fevral 2020, 23:45 Azərbaycandan Gürcüstana gedən şəxs karantinə alındı 28 Fevral 2020, 23:32 Bakıda avtobuslar belə dezinfeksiya edilir - FOTO 28 Fevral 2020, 23:11 Azərbaycanda koronavirusa yoluxan şəxs bu xəstəxanaya yerləşdirildi 28 Fevral 2020, 22:53 Avtobusun qatarla toqquşması 15  can aldı 28 Fevral 2020, 22:35 “Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident  28 Fevral 2020, 22:18 Kürdəmirdə zəncirvari yol qəzası 28 Fevral 2020, 21:57 “Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - İlham Əliyev 28 Fevral 2020, 21:46 Ərdoğan Trampla son durumu müzakirə etdi 28 Fevral 2020, 21:32 Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı 28 Fevral 2020, 21:21 “Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edir 28 Fevral 2020, 21:06 Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI 28 Fevral 2020, 20:51 Gürcüstanda karantinə götürülənlərin sayı 39-a çatdı 28 Fevral 2020, 20:33 Rusiya və ABŞ-ın qərargah rəisləri İdlib hücumunu mazakirə etdi 28 Fevral 2020, 20:17 Parlamentdə 4 nəfər koronavirusa yoluxdu: bütün iclaslar təxirə salındı 28 Fevral 2020, 20:03 Ev heyvanında koronavirus aşkar edildi 28 Fevral 2020, 20:00 Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - FOTO - VİDEO 28 Fevral 2020, 19:52 Azərbaycan Misirə başsağlığı verdi 28 Fevral 2020, 19:43 Hökümət koronavirusa görə hüquq mühafizə orqanlarına göstəriş verdi 28 Fevral 2020, 19:34 Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - AÇIQLAMA 28 Fevral 2020, 19:25 İnam Kərimov Ucarda respublika müşavirəsi keçirdi 28 Fevral 2020, 19:08 “Sərhədlərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək” - DSX 28 Fevral 2020, 19:00 ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI 28 Fevral 2020, 18:54 Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu dəyişdirildi 28 Fevral 2020, 18:48 İranla sərhədin bağlanması istiqamətində danışıqlar aparılır - RƏSMİ 28 Fevral 2020, 18:42 TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb 28 Fevral 2020, 18:36 TƏBİB-dən Ağdaşda yayılan görüntüyə REAKSİYA: Yorğunluqdan huşunu itirib 28 Fevral 2020, 18:30 Koronavirusa görə 24 saat işləyən “Qaynar xətt” yaradıldı 28 Fevral 2020, 18:24 Qərargah: 38 dərəcə hərarəti olanlar yoxlanmalıdılar 28 Fevral 2020, 18:18 Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH 28 Fevral 2020, 18:12