Arxiv
28 Yanvar 2020, 23:27 | AKTUAL
Koronavirusun yaranma səbəbi: 3 ehtimal

Bütün dünyanı təşvişdə saxlayan koronavirusun nədən qaynaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, ehtimallar daha çox yeni növ koronavirusun yarasa və ya ilandan insana yoluxması üzərindədir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama olmasa da, virusun başladığı Uhan şəhərində, eləcə də Çinin əksər regionlarında dəniz məhsullarının satışı qadağan edilib.

Bəzi mütəxəssislərin fikrincə, virusun mənbəyi porsuq siçanları da ola bilər.

“Journal of Medical Virology”də yer alan araşdırmaların nəticələrinə görə, yeni virusun qaynağı yarasa göstərilsə də, insanlara yoluxmazdan əvvəl mutasiyaya uğrayıb.  Virusa yoluxan xəstələrdən götürülən qan nümunələrindən alınan genetik kodlar müxtəlif növ heyvanlardan götürülmüş 217 koronavirusla qarşılaşdırılıb.

Mütəxəssislər 2019-nCoV-dəki protein kodlarının daha çox Çində rast gəlinən 2 ilan növündəki viruslarla uyğunluğunu müəyyən ediblər. İddialara görə, virus yarasadan ilana, ilandan isə insana yoluxub.

Yarasalar eyni zamanda henipaviruslarla quduzluğun yoluxmasına səbəb ola bilirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirus yaxın təmas yolu ilə asanlıqla insandan insana keçə bilir. Virusa yoluxmuş adamla eyni məkanda yaşamaq, ona toxunmaq, mikroblarla kirlənmiş əşyalarına əl vurmaq, əllərlə ağız, burun və gözlərə toxunmaq, asqırma, öskürmə və danışma əsnasında havaya yayılan tüpürcəklər tənəffüs yolu ilə sağlam insanları da təhlükə altında qoya bilir.

Koronavirusun ilkin əlamətləri hərarət, öskürək, nəfəs almaqda çətinlik, ishal, qusmadır. Bəzi xəstələrdə hətta sətəlcəm və böyrək çatışmazlığı şəklində də özünü büruzə verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərhədçinin qətlə yetirilməsi cinayətdir - XİN-dən bəyanat 25 Fevral 2020, 13:48 İcra başçısı Qarabağ əlilinin əməliyyatı ilə bağlı tapşırıq verdi 25 Fevral 2020, 13:35 Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığını deyir 25 Fevral 2020, 13:28 Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR 25 Fevral 2020, 13:24 İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir 25 Fevral 2020, 13:17 Antarktidada qırmızı qar yağdı 25 Fevral 2020, 13:05 Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşdü 25 Fevral 2020, 13:02 DİN polisin qətli ilə bağlı məlumat YAYDI 25 Fevral 2020, 12:57 Sabahın HAVA PROQNOZU - duman, çiskin, külək, qar 25 Fevral 2020, 12:54 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36 Hafiz Hacıyev koronovirusa yoluxub? 25 Fevral 2020, 12:34 Bakı-Sumqayıt yolunda yük maşını çuxura düşdü - FOTO 25 Fevral 2020, 12:28 UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12