Arxiv
16 Fevral 2020, 15:11 | MÜSAHİBƏ
Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT

“İsa Qəmbər, Pənah Hüseynov, Etibar Məmmədovla bir yerdə təhsil almışam”

Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə söhbətini təqdim edir. Müsahibə Mübariz Qurbanlının gənclik illərindən, tələbəlik dövründə yaşadığı hadisələrdən bəhs edir.

***

Ədalət axtarışı

 

Hərdən adama elə gəlir ki, siyasətlə məşğul olanların ürəyi yoxdu. Heç vaxt sevməyiblər, hansısa mahnını dinləyib duyğulanmayıblar. Yaddaşlarında xatirələrə qətiyyən yer yoxdu, onlar ancaq bu günlə yaşayırlar...

Mübariz Qurbanlını da o adamlardan bilirdim,  yanılırmışam...

İş otağındakı telefonların zəngi zəngə calayıb, sözünü yarıda kəsməyinə  də məhəl qoymadı. Çox uzaqlarda qalanları -  illərin toz basmış, yuxulu  xatirələrini  silkələyib diksindirdi...

 

İmtahan

 

1972-ci il. İmtahan saatı başlayır...

- Bileti çəkən kimi dedim ki, danışıram, qoymadılar. Dedilər, get otur, bir az fikirləş. Nə fikirləşəydim, sualların hamısını əzbər bilirdim. Axır ki, çağırdılar. Bileti danışdım,  “4” yazmaq istədilər. Razılaşmadım, dedim, sual verin. Fənn komissiya sədri gəldi. O da dedi ki, “əla” yaza bilmərik. Əl çəkmədim. Çünki bilirdim ki, “əla” alsam, o biri imtahanlardan azad olunacam. 1971-ci ildə Gəncə Politexnik Texnikumunu bitirmişdim. Özü də fərqlənməylə. İndi də BDU-nun hüquq fakültəsinə sənəd vermişdim. Nə qədər qəliz suallar versələr də, məni dolaşdıra bilmədilər. Çünki yaxşı hazırlaşmışdım, əlavə ədəbiyyatlar oxumuşdum. Əsas da, tarixdən özümə güvənirdim. O vaxt yaxşı bir ənənə vardı. Abituriyentlər universitetin qabağına yığılıb sual- cavab eləyirdilər. Onda heç kəs mənimlə tarix fənnindən yarışa girə bilməzdi. Ora getmək mənimçin hobbiyə çevrilmişdi. Gündüzlər orda olurdum, gecələrsə oxuyurdum... Dedim, mənə “əla” verməsəz, rektoru bura gətirdəcəm. Bayırda məni gözləyən qardaşımı çağırdılar. Onu dilə tutdular ki, məni sakitləşdirib aparsın. İmtahanın axırına kimi otaqdan çıxmadım. Hamı qiymət alıb getdi, mən axıra kimi orda oturdum. O vaxt cavandım, ədalət axtarırdım. Axırı da o oldu ki, “4” yazdılar. Sonra da konkursa düşdüm.

 

Tələbə yoldaşları...

 

Hüquq fakültəsinin tələbəsi olmaq arzusu beləcə gözündə qalıb.

“O biri il lap çətin oldu: həmin fakültəyə ancaq nazirlərin, kolxoz sədrlərinin balalarını götürdülər. Mənsə  ziyalı ailəsindəniydim...”

Ona görə də 1973- cü ildə tarix fakültəsində oxumalı olub. İndi siyasət aləmində tanınanların çoxuyla bir yerdə oxuyub.

“İsa Qəmbər, Pənah Hüseynov, Etibar Məmmədov, Məhərrəm Zülfüqarlı, Feyzulla Abdullayevlə bir yerdə təhsil almışam. Rəhmətlik  Əbülfəz Elçibəy o vaxt tarix fakültəsində müəllimiydi”.

Bir yerdə təhsil aldığı indiki siyasilərlə o vaxt elə də isti münasibətləri olmayıb. Az-maz Etibar Məmmədovla münasibət saxlayırmış. Deyir ki, romalıların sözü olmasın, adam çoxdu, dostlar az...

 

103 nömrəli otaq...

 

Yataqxana həyatı yaşayan tələbələrdən olub. Universitetin “Tələbə şəhərciyi”ndəki 7 saylı binada qalırmış. Otağının nömrəsini də indiyəcən yadında saxlayıb: 103.

- Üç nəfər bir otaqda qalırdıq. Otaq yoldaşlarımdan biri naxçıvanlıydı - Nazim Rzayev. İndi hərdən telefonla danışırıq. Bizdən iki kurs yuxarıydı deyə, “stariklik” eləyirdi. Müəllimlərin xarakterini, kiminlə necə dil tapmağın yollarını öyrədirdi bizə. Həddən artıq türkpərəst oğlanıydı.  Çarpayısının başından Atatürkün şəklini asmışdı. O vaxt türk mahnıları Bakıya nadir hallarda gətirilirdi. Bizim bir patefonumuz vardı. Elə hey türk musiqiləri yazılmış  valı qoyub qulaq asırdı. Mahnını eşidənlər o saat bilirdi ki, Nazim evdədi.

O biri otaq yoldaşımsa Cəlilabaddanıydı. İndi Bakıda yaşayır, hərdən görüşürük. 

 

Katib Atatürkü tanımadı

 

- Fakültəmiz inqilabçılar məskəni kimi tanınırdı. Tez- tez “təmizliyə baxırıq” bəhanəsiylə  yataqxanaya gəlirdilər. Əslində, siyasi “təmizliyi” yoxlayırdılar. Bir dəfə də universitetin partiya təşkilat katibi dekanla bir yerdə  yataqxanaya gəldilər. Mərhum Əbülfəz Elçibəyin tutulduğu vaxtlarıydı. Katib bizim otağa girib Atatürkün şəklinə baxdı, tanımadı. Dedi, başınızın üstündən asdığınız  kimin şəklidi? Sonralar həmin adamlar türkçülükdən dəm vururdular...

 

O mahnılar...

 

Mahnılara da qulaq asıb.

“Tələbəlikdə ən çox Məmmədbağırın mahnıları dəbdəydi. Bir də indi “retro mahnılar” adı ilə oxunanlar...”

“İndi o mahnıları eşidəndə qəribə hislər keçirirəm”-deyir.  Başı nə qədər işə-gücə qarışsa da, köhnə mahnılar olanları, yaşananları yaddaşında təzələyir.

Yasamalda yaşadığından, tələbə məkanının yanından tez-tez ötüb keçir. Qəribədi ki, bu illər ərzində bir dəfə də olsun, ürəyində öz otağına baş çəkmək istəyi yaranmayıb. “Mənim hansısa xatirə axtarışım kimisə rahatsız eləyər”- deyir.

 

Qiyam!

 

Tələbəliyi əsgərliyə bənzədir.

“Hərbdə olduğu kimi  bu illərdə də kişilik məktəbi keçirsən. Çörəyini başqasıyla  yarı bölməyi öyrənirsən”. Bir də bu illər ona toplumun gücünü göstərib:

- Siyasi iqtisaddan imtahan verirdik. Mənə “kafi” yazmışdılar. Başqaları tapşırıldığından “4” , “5” almışdı. “Zaçotka”nı götürüb çölə çıxdım. Uşaqlar məsələdən xəbər tutan kimi müəllimin üstünə getdilər. Tələb elədilər ki, ya bizim qiymətimizi aşağı  salmalısan,  ya da Mübarizə  yüksək qiymət verməlisən. Axırda müəllim uşaqlarla razılaşdı..

İmkanlı tələbələrə öz aramızda “aristokratlar”, özümüzəsə “proletarlar” -deyirdik. Aristokratlar şıx geyinirdilər. Amma hörmətdə biz üstün gəlirdik. Yaxşı oxuyanlar da proletarlar arasından çıxırdı. Mən də əlaçıydım. Burda maddi maraq da vardı. Əlaçılar 10 manat çox təqaüd alırdılar. Həm də mühafizədə işləyirdim,  50 manat təqaüd, 60 da işdən qazanırdım. Evdən də kömək eləyirdilər, pis dolanmırdım.

 

Subaylıq azadlıqdı!

Gec evlənib – 34 yaşında. “Subaylıq sultanlıqdı” fikriylə bəzi məqamlarda  razılaşır. Razı qalmadığı tərəflər də var.

“Subaylığın da çətinlikləri çoxdu. İnanmıram ki, kimsə ömrü boyu subay qalsın, bu həyatdan təsəlli tapsın. Subaylığın ləzzəti ondadı ki, azadsan, heç kəsə hesabat vermirsən. Urəyin istəsə, dostuna qoşulub 5 günlüyə şəhərdən çıxarsan”.

Amma indi də özünü azadlığını itirmiş saymır.

“Siyasi həyatda olan adamın xanımı gərək kimlə ailə qurduğunu anlasın. Onunla hesablaşsın”.

 

Ədalət axtarışının sonu

 

Qəbul imtahanında axtardığı ədaləti hələ tapmayıb. Bu axtarışı əbədi sayır.

“Mütləq ədalət yoxdu. İnsan tədricən cəmiyyətə, insanlara uyğunlaşır. Hardansa oxumuşam ki, gəncliyində romantik, orta yaşında radikal, qocalığında mühafizəkar olmayan adam yoxdu. Əvvəl arzularına sədd çəkiləndə qeyzlənirsən. Sonra yavaş- yavaş anlayırsan ki, sən də adi insansan, dahi deyilsən. Haqsızlığa qarşı həmişə mübarizə aparmaq da mənasızdı. Yavaş-yavaş romantikadan radikallığa, sonra da mühafizəkarlığa yuvarlanırsan”.

...Mən otaqdan çıxanda o, bayaqdan “qəzəbindən çatlayan”  telefona cavab  verirdi. Artıq dünəndə deyildi, bu günə qayıtmışdı. .. 

 

  2001


Səfurə Çərkəzqızı
“Sevdalılar”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52