Arxiv
1 mart 2020, 11:36 | MÜSAHİBƏ
“AZƏRTAC hər gün 8 dildə 700-ə yaxın informasiya yayır – MÜSAHİBƏ

 

Azərbaycanın ilk milli informasiya agentliyinin, AZƏRTAC-ın yaranmasının 100 ili tamam olur. Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC təlatümlü, geosiyasi baxımdan olduqca mürəkkəb, eyni zamanda, xalqımız üçün taleyüklü bir dövrdə yaranmışdı. Hadisələrin axarının hər an dəyişdiyi, müstəqil dövlətimizin başı üzərində qara buludlar dolaşdığı vaxtlar idi. Onun ilk xəbərinin işıq üzü görməsindən heç iki ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Üçrəngli, ay-ulduzlu bayrağımızın yerində sovet imperiyasının oraq-çəkicli qırmızı bayrağı asıldı. Beləcə, AZƏRTAC da millilikdən çıxıb ideoloji maraqlara xidmət etməli oldu. Nəhayət, 28 il əvvəl azadlıq günəşi üzümüzə yenidən doğdu və AZƏRTAC-ın həyatında da yeni dövr başladı. O, indi beynəlxalq informasiya məkanında layiqli yer və mövqe tutan, dünyanın informasiya nəhəngləri ilə bir sırada dayanan, bütün qitələrdəki həmkarları ilə sıx əlaqələr qurub xəbər mübadiləsi aparan, səkkiz dildə xəbər yayan, xaricdə 22 müxbir məntəqəsi olan agentlikdir.

Bu gün AZƏRTAC fasiləsiz olaraq səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dillərində gündə orta hesabla 500-dək informasiya, o cümlədən video və foto xəbərlər yayır. O, beş qitənin hamısını əhatə edən geniş müxbir şəbəkəsinə malikdir. Agentliyin izləyici auditoriyası milyonlarla ölçülür.

Modern.az AZƏRTAC kollektivini 1 əsrin tamamalaması münasibəti ilə təbrik edərək, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin üzvü – İnformasiya buraxılışı üzrə baş redaktoru Elman Qədirovla müsahibəni təqdim edir:

 

 -Azərbaycan Cümhuriyyətinin əsas yadigarlarından biri də AZƏRTAC-dır. Necə hesab edirisiniz, bu gün AZƏRTAC bir əsr öncə qarşıya qoyulan hədəflərə çata bilibmi?

 

- Təbrikinizə və xoş sözlərinizə görə minnətdarıq. Əvvəlcə onu deyim ki, AZƏRTAC öz yubileyini yeni və müasir ofisində qeyd edəcək. Bina hazırdır, qalır avadanlıqla, texnika ilə təchiz olunması. Bu da yaxın aylarda başa çatacaq.

 

Suala gəlincə, belə cavab verərdim: parovozla sürət qatarı arasında, teletaypla super kompüter arasında fərq nə qədərdisə, hədəflər arasındakı fərq də bir o qədərdir. 1920-ci ildə Azərbaycan ayaq üstə yenicə qalxmışdı, dünya birliyi tərəfindən tanınmırdı. 2020-ci ilin Azərbaycanı dinamik inkişaf edən, dünyada söz və nüfuz sahibi olan güclü dövlətdir. Yüz il əvvəl ikinci sənaye inqilabı dövrünü yaşayan dünya bu gün dördüncü inqilab – robot və süni intellekt dövrünə qədəm qoyur. Təbii ki, hədəflər də buna uyğun dəyişir.

 

Cümhuriyyət hökumətinin parlamentində deyirdilər ki, əgər bizim öz xəbər agentliyimiz olsaydı, ermənilərin Azərbaycan haqqında yaydıqları yalanlara, iftiralara cavab verə bilərdik. Ermənistan Azərbaycana qarşı yüz il əvvəl olduğu kimi, bu gün də informasiya müharibəsi aparır. Bu savaşa sinə gərmək üçün indi AZƏRTAC-ın simasında mükəmməl milli agentlik var, o, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri geniş coğrafiyada yaymaq, ermənilərin uydurmalarını, erməni mifini ifşa etmək üçün yetərincə potensiala, habelə dünya media məkanına geniş çıxış imkanlarına malikdir.

 

Agentliyimiz bu gün beynəlxalq və regional media qurumlarında fəal təmsil olunur. 2016-cı ildə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçirilib. AZƏRTAC 2016-2019-cu illərdə hər iki quruma sədrlik edib. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazılıb.

 

-Son vaxtlar AZƏRTAC-ın həm dili və üslubu, həm də məlumatların çevik yayımlanması baxımından xeyli yeniliklər edilib. Bu istiqamətdə daha hansı işlərin görülməsi nəzərdə tutulur?

 

-Otuz ilin AZƏRTAC-ı ilə bu günün AZƏRTAC-ı arasında doğrudan da müqayisəolunmaz fərq var. Dil və üslubun janrın tələblərinə uyğunlaşdırılması, operativlik zamanın çağırışıdır. Agentliyimiz bu çağırışa cavab verir. Yeniləşmək və yenə də yeniləşmək – bu gün üçün də, sabah üçün də hədəfimiz belədir.

 

Yubiley münasibətilə AZƏRTAC-a dünyanın hər yerindən nüfuzlu xəbər agentliklərinin rəhbərləri tərəfindən təbriklər gəlir. Sualınıza TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sözü ilə cavab vermək istərdim: “İnformasiya işi, informasiya agentliyinin işi komanda işidir. Burada hər kəs öz sahəsinə cavabdehdir. Bu informasiya gəmisinin kapitanı Aslan Aslanovdur və o, agentliyi dünyanı təlatümə gətirən müxtəlif növ informasiyaların çox mürəkkəb rifləri içərisindən inamla aparır”. Yeri gəlmişkən, saytımızda “Yubiley təbrikləri” adlı baner yaradılıb. Həmkarlarımızın AZƏRTAC barədə fikirləri ilə burada tanış ola bilərsiniz.

 

Materialların çevik yayılması məqsədilə İKT-dən, məsələn, xarici dillərdəki mətnin nitqə neyron çevrilməsinin Amazon texnologiyasından istifadə edirik. Şirkətin agentliyimizə təqdim etdiyi bu proqram təminatı özüöyrənən texnologiyaya əsaslanır. Artıq süni intellekt informasiya agentlikləri üçün də əlçatan olub.

 

 

Xəbərlərin və videoların süni intellekt tərəfindən hazırlanması günümüzün reallığıdır. Agentliyimiz gələcək fəaliyyətini məhz bu cür qabaqcıl texnologiyaların tətbiqinə yönəldir.

 

-Azərbaycan media bazarında özünüzə rəqib gördüyünüz KİV-lər varmı?

 

-Yüz yaşlı AZƏRTAC hər bir media orqanına dost gözü ilə baxır, heç birini özünə rəqib hesab etmir. Amma təbii ki, hər bir agentliyin öz funksiyası və missiyası, ölkə mətbuatında öz yeri var. AZƏRTAC dövlət agentliyidir. Dövlət həyatına dair bütün məlumatlar, Prezidentin fərman və sərəncamları, digər rəsmi sənədlər onun vasitəsilə yayılır. Bu sahədə ona alternativ olan heç bir media orqanı yoxdur.

Mətbuat azadlığı, İKT-nin yaratdığı hədsiz imkanlar həyatımızda çox şeyi dəyişib. Amma informasiyanın yüz il əvvəl olduğu kimi, bu gün də dəyişməz prinsipləri var: xəbərin dürüstlüyü, obyektivliyi və qərəzsizliyi. KİV-lər arasında kəskin rəqabətə baxmayaraq, AZƏRTAC bu prinsiplərə sadiqdir. O, heç vaxt yoxlanılmamış, dəqiqləşdirilməmiş xəbər yaymır, sensasiya, yaxud süni reytinq arxasınca qaçmır. Əvəzində oxucu inamı və etibarı qazanır. Zənnimcə, əsas olanı budur.

 

-Siz Azərbaycan mediasını dünya mediası ilə müqayisə edəndə nələri görürsünüz?

 

- Kollektivimizin əsas prioritetlərindən biri informasiya işini dünya standartlarına uyğun qurmaqdır. Bunun üçün dünya mediasının təcrübəsindən, İKT-nin imkanlarından maksimum bəhrələnməyə çalışırıq. Milli jurnalistikamızın vətənpərvərlik ənənələrini davam etdirməklə yanaşı, dünya informasiya məkanında layiqli yer tutmaq barədə düşünür, bunun üçün sistemli və davamlı iş aparırıq. İnformasiyanın dünya siyasətinə təsirinin artdığı, xəbər istehsalçılarının gündən-günə çoxaldığı, sosial şəbəkələrin həyatımıza daxil olduğu bir vaxtda beynəlxalq media məkanında yer tutmaq üçün, ilk növbədə, etibarlı və dürüst xəbər qaynağı kimi tanınmaq, həmkarların inam və etimadını qazanmaq lazımdır. Bir faktı diqqətinizə çatdırım ki, AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. 

 

Dediyiniz müqayisə müsbətdir. Tərəfdaşlarımız arasında bir çox informasiya nəhəngləri var. Onlardan birini - Çinin ingilisdilli “China Daily” qəzetini misal çəkmək istərdim. Ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə son bir neçə ayda öz saytında AZƏRTAC-ın iki böyük həcmli analitik məqaləsini yayıb. Nəticədə Yer kürəsində milyonlarla insan Azərbaycanın uğurları, ölkəmizdə aparılan inqilabi islahatlar barədə ilk mənbədən məlumat əldə edib. Bu, həm də o deməkdir ki, AZƏRTAC dünya media məkanında özünü mühüm aktorlardan biri kimi təsdiqləyib, yerərincə nüfuz qazanıb. 

 

-Uzun bir yol keçən AZƏRTAC-ın ölkədə, regionda və dünyadakı media bazarında rolunu necə qiymətləndirirsiniz?

 

- İnternetin Azərbaycana ayaq açması ilə KİV qarşısında da hüdudsuz imkanlar açılıb. Xəbər buraxılışının həcmi qat-qat artıb, operativlik ön plana keçib. Əgər veb-saytımız yaradılanadək biz gündə ən çoxu 60-70 xəbər buraxa bilirdiksə, indi bu göstərici on dəfədən çox artıb. AZƏRTAC hər gün səkkiz dildə 700-ə yaxın informasiya, video və foto xəbər hazırlayaraq öz kanalları ilə yayır. Bu baxımdan onun ölkədə və regionda bənzəri yoxdur.

 

-Bu gün Azərbaycanda xəbər agentliklərinin, qəzet və jurnalların, teleradioların ümumi sayı 5 mini, internet portallarının sayı 20 mini ötür. Lakin belə bir informasiya bolluğunda 100 yaşlı AZƏRTAC-ın əvəzedilməz yeri, rolu var və bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur.

 

Qeyd etdiyim kimi, AZƏRTAC 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb. Həmin nüfuzlu agentliklər Azərbaycanla bağlı xəbərləri istisnasız olaraq AZƏRTAC-dan alırlar. Təkcə ötən il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni və digər sahələrdə qazandığı uğurlara dair 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb.

 

-Dövlətin informasiya siyasətini həyata keçirən AZƏRTAC müasir dövrün əsas bəlalarından biri hesab olunan kiberhücumlara məruz qalırmı? Xüsusilə Qarabağ mövzusunda AZƏRTAC-ın fəaliyyəti həm işğalçı Ermənistan, həm də erməni lobbisi tərəfindən zaman-zaman qıcıqla qarşılanıb. Bu mənada üzləşdiyiniz çətinliklər nədən ibarətdir?

 

-Təbii ki, ölkənin əsas informasiya təchizatçısı kimi AZƏRTAC-ın veb-resursu etibarlı və kiber hücumlara davamlı olmalıdır. Bir misal çəkim, 2016-cı ilin Aprel döyüşləri zamanı saytımız erməni hakerlərinin aramsız hücumlarına məruz qalırdı. Lakin onlar nə qədər çalışsalar da, veb-resursumuza zərər vura bilmədilər və agentliyimiz cəbhə bölgəsində erməni təxribatları və ordumuzun uğurlu döyüş əməliyyatları barədə xəbərləri dünyaya operativ surətdə çatdıra bildi.

Doğrudan da, AZƏRTAC-ın Qarabağ mövzusunda fəaliyyəti həm işğalçı Ermənistanı, həm də erməni lobbisini qıcıqlandırılır, ona hücumlar olub, olur və yəqin ki, bundan sonra da olacaq.

 

Kollektivimiz buna hazırdır və düşmənin hər hansı informasiya təxribatına cavab vermək üçün özündə həmişə iradə və güc tapır.

 

-Agentliklərin, saytların, ümumiyyətlə media quruluşlarının sosial şəbəkələrə uduzduğu iddia edilir. Siz bundan çıxış yolunu nədə görürsünüz?

- Sosial şəbəkələrin yeni peyda olduğu vaxtlarda belə təsəvvür yaranmışdı ki, ənənəvi media mövqelərini və aktuallığını itirəcək. Amma çox keçmədən gördük ki, sosial şəbəkə jurnalistika deyil. Müəllifi olmayan xəbər imzasız məktub kimidir və ona inanmaq olmaz. Hər bir xəbərin etibarlı mənbəyi olmalıdır. Bu mənada sosial şəbəkələr heç vaxt peşəkar jurnalistikanı əvəz edə bilməz.

Bununla bərabər, AZƏRTAC onlayn platformalardan istifadə edir. Bu platformalarda onun auditoriyası cəmlənib, eyni zamanda, düşünürük ki, düzgün istifadə etdikdə sosial şəbəkə potensial informasiya mənbəyi ola bilər. Buna görə də  AZƏRTAC sosial şəbəkələrdə işin qurulmasına hələ 2011-ci ildə başlayıb, bununla bağlı agentlikdə müvafiq struktur yaradılıb. Hazırda bizim 30-dan çox sosial şəbəkə və messenger profilimiz var. Onların dinamik artımı prioritetlərimizdən biridir.

 

-Hər bir media qurumunun bəlli auditoriyası olur. Bu mənada AZƏRTAC-ın daxili və xarici auditoriyasını bilmək çox maraqlı olardı...

 

-Əlbəttə, cəmiyyət müxtəlif təbəqələrdən ibarətdir və onların hər birinin öz maraq dairəsi var. Kimsə şou xəbərlərə, kimsə kriminal mövzuda informasiyalara maraq göstərir. Lakin böyük əksəriyyət ölkə həyatının bütün sahələri, xüsusən dövlət başçısının fəaliyyəti ilə bağlı dəqiq və etibarlı məlumatlar əldə etmək istəyir. Bu qəbildən olan materialların ilkin mənbəyi məhz AZƏRTAC-dır.

 

Qeyd etdiyim kimi, agentliyimiz Azərbaycan dilindən başqa daha 7 dildə informasiya yayır. Araşdırmalar göstərir ki, Avropadan, eləcə də ABŞ, Çin, Türkiyə, Rusiya və digər böyük ölkələrdən saytımıza çoxsaylı girişlər olur. Auditoriyamız həm ölkə daxilində, həm də xaricdə ildən-ilə daha da genişlənir.

 

Müasir dövrümüzdə videoxəbərlərə xüsusi maraq var. Bunu nəzərə alaraq, videoların yayımı üçün beş dildə veb-resurs yaratmışıq. Həmçinin “Uşaq bilik portalı”nı, fotosaytımızı və zəif görənlər üçün resursu da qeyd etmək olar. Bu da özünəməxsus bir auditoriya təşkil edir.

 

2019-cu ildə agentliyimizin veb-resurslarında, sosial şəbəkələrdəki səhifələrində və üzvü olduğu beynəlxalq media təşkilatlarının portallarındakı xəbər, foto və videolarına baxışların sayı 73 faiz artıb. Hətta proqnozları da xeyli üstələyən bu göstərici auditoriyamızın miqyası barədə əyani təsəvvür yarada bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36 Azərbaycanda bəzi məhkumlar daxili karantinə götürüldü 7 Aprel 2020, 10:30 Habil Əliyevin internetdə olmayan MÜSAHİBƏSİ: “Evlənəndə ağlım kəsməyib...” - MARAQLI 7 Aprel 2020, 10:24 Neft yenidən bahalaşdı 7 Aprel 2020, 10:18 İcazəsi olmayan şəxslərin küçədə hərəkəti - FOTOLAR 7 Aprel 2020, 10:12 Nuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcək 7 Aprel 2020, 10:05 Şəmkirdə dəhşət - kişi arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı 7 Aprel 2020, 09:58 Karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO 7 Aprel 2020, 09:52 Balakəndə civə alverçiləri saxlanıldı - FOTO 7 Aprel 2020, 09:46 Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur 7 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - düşmən atəşkəsi 23 dəfə pozdu   7 Aprel 2020, 09:35 114 yaşlı "Molla Nəsrəddin"... 7 Aprel 2020, 09:33 ATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd Seyidov 7 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu 7 Aprel 2020, 09:24 Gəncədə  itkin düşən şəxs axtarılır. 7 Aprel 2020, 09:18 Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! XALQA SEVGİ NÜMUNƏSİ   7 Aprel 2020, 09:12 Banklarda bu günə olan valyuta məzənnələri 7 Aprel 2020, 09:06 190 manatlıq ödəmə kimlərə veriləcək? - Nazirlik AÇIQLADI 7 Aprel 2020, 09:00 Çində ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı 7 Aprel 2020, 08:42 Əfv sərəncamının icrasına başlanılıb 7 Aprel 2020, 08:30 Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər" 7 Aprel 2020, 01:03 Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06