Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb

3 İyun 2020, 21:57

Türkiyədə son sutka ərzində daha 24 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 609 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 52 305  nəfərdən 867-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  166 422  nəfərə çatıb. Müalicə olunan 931  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  130 852 nəfər koronavirusdan müalicə olunub".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır