Arxiv
23 İyun 2020, 12:41 | REPORTAJ
Tənqidə dözməyən NAZİRLƏR...

Alternativ fikrə və tənqidə dözümsüzlük Azərbaycan cəmiyyətinin başlıca problemlərindəndir desək, yəqin ki, şişirtmiş olmarıq. Nöqsansız, problemsiz, hamının arzuladığı cəmiyyəti qurmaq üçün yeganə çıxış yolu onları ört-basdır etmək yox, müzakirələrlə həllinə çalışmaqdır. Necə deyərlər palazı tozdan təmizləmək üçün onu çırpmaq lazımdır.

Son günlər medianın gündəmində nazirlərin tənqidi və həmin tənqidlərə verilən bir o qədər də sərt reaksiyalar müzakirə olunur. Diqqətdən qaçamayan isə nazirlərin tənqidlərə dözümsüz olmasıdır...


Məsələ ilə bağlı Modern.az-a danışan Konstitutisya Araşdrımaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, bu hal bütün dünyada müşahidə edilir:


“Təkcə Azərbaycanda deyil, bütün dünyada yüksək vəzifəli şəxslər, xüsusilə siyasi vəzfə tutanlar, parlament üzvləri, nazirlər və digər vəzifəli şəxslər tənqidə dözümlü olmurlar. Baxmayaraq ki, dünyanın sivil ölkələrində bu məsələlər müəyyən qanunlar və Konstitusiya səviyyəsində tənzimlənir. Göstərilir ki, yüksək vəzifəli şəxslər tənqidə dözümlü olmalıdır. Həmçinin, tənqidə görə təqib yolverilməzdir.

Dövlət orqanlarının fəaliyyəti ictimai xarakter daşıyır. Həmin qurumlar və orada çalışan vəzifəli şəxslər bizim həyatımıza təsir edəcək qərarlar qəbul edirlər. Qərarlar təbii ki, insanların, fiziki və hüquqi şəxslərin xoşuna gəlməyə də bilər. Qərarlar onların arzu və istəklərini tam ifadə etməyə də bilər. Burada əsas məsələ bütövlükdə cəmiyyətin maraqlarının təmin edilməsidir.

 

Çox təəssüf ki, bir çox hallarda bizim vəzifəli şəxslər tərəfindən qərarlar qəbul edilərkən, geniş inklüzivlik təmin olunmur, maraqlı tərəflər qərarların qəbulunda iştirak etmir. Ona görə də həmin qərarların icrasında çox ciddi problemlər yaranır. Qərarlar ünvanlı, konkret olmur. Hətta Milli Məclis tərəfindən qəbul edilən qərarların çoxu da konkret ünvanlı deyil. Nəticədə həmin qərarlar qüvvəyə minsə də onların icrası, tətbiqi mümkün olmur. Ona görə də qərarların qəbulu zamanı, onların müzakirəsində maraqlı tərəflərin iştirakı təmin edilməlidir”.

 
Hüquqşünas deyib ki, yüksək vəzifə tutan məmurlar cəmiyyətə, mətbuata açıq olmalıdırlar:



“Onlar tənqiddən çəkinməməlidirlər. Tənqid bu və ya digər formada təkzib olunmamalıdır. Həmin tənqiddən nəticə çıxarılmalı, problemin həllini daha da sürətləndirməlidir. Bir çox hallarda haqlı tənqidlərin səsləndirilməsinin şahidi oluruq. Tənqidə açıq olmaq lazımdır. Əgər səni bu vəzifəyə təyin ediblərsə, təpkilərə hazır olmaq iradəsini də nümayiş etdrməlisən. Bu baxımdan hesab edirəm ki, bizim məmurlarda bu xüsusiyyət çatışmır. Tənqiddən narahatlıq bəyan etməməli, dərhal onu təkzib etməyə, sürətli reaksiyalar verməyə çalışmamalıdırlar. Əlbəttə ki, tənqidlər əsaslı olmalı, faktlara söykənilərək səsləndirilməlidir. Amma haqsız tənqidə təbii ki, cavab vermək, öz haqlı mövqeyini açıqlamaq hüququ da var. Eyni zamanda, burada şəxsiyyətə toxunulacaq hallara, fikirlərə yol verilməməlidir. Tənqidin özündə də qəbul edilən qərar, hərəkət və hərəkətsizlik tənqid oluna bilər, heç bir halda şəxsiyyət tənqid yaxud təhqir oluna bilməz. Bir sözlə, şəxsiyyət heç bir halda müzakirə predmetinə çevirilə bilməz. Məmurlara münasibətdə şərəf və ləyaqət qorunmalıdır. Hətta bəzi ölkələrdə ayrı-ayrı məmurlar təhqir olunurlar. Bu təhqirə görə də Avropa Məhkəməsinin ifadə azadlığı ilə bağlı bir çox məhkəmə presedentləri var ki, hər zaman tənqid edən şəxs bəraət qazanır. Diffamasiyaya görə, bu hərəkətə yol vermiş şəxs, jurnalist məhkum olunmur, hər zaman bu cür mübahisələndirilən məsələlərdə qələbə qazanır. Eyni zamanda, deputatlar da öz fəaliyyətlərində söylədikləri fikirlərə görə məsuliyyətə cəlb oluna bilməzlər. Bu, həm konstitusion normadır, həm də Milli Məclisin daxili nizamnaməsində nəzərdə tutulub.

Məmur sadəcə dözümlülük nümayiş etdirməlidir. Bu gün sosial şəbəkələri izləsək, daha yüksək vəzifəli şəxslərin tənqidə məruz qaldığını görərik, hətta onların arasında şəxsiyyətləri təhqir olunanlar da var. Ona görə də biz təmkinli olmalı, əks-arqumentlərimiz varsa, bunu deməkdən çəkinməməliyik. Bir az da qarşılıqlı hörmət, ləyaqət məsələlərinə diqqət etməliyik. Amma heç bir deputat, məmur, nazir düşünməməlidir ki, təmsil etdiyi qurum onun şəxsi mülkiyyətidir, o, ictimai maraqların qorunması mövqeyindən çıxış etməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
241 yeni yoluxma, 647 sağalma, 6 ölüm 3 Avqust 2020, 16:55 İctimai yerlərdə 5 nəfərdən artıq toplaşma qadağandırOperativ Qərargah 3 Avqust 2020, 16:41 Prezidentin köməkçisi Qarabağın azərbaycanlı icması ilə görüşüb 3 Avqust 2020, 16:34 Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28