Arxiv
16 Oktyabr 2020, 21:07 | ANALİTİKA
Paşinyan Azərbaycan Ordusu qarşısında qaldıracaq ağ bayrağını ütüləyir...

Mübariz Azərbaycanlı


Paşinyanın 14 oktyabrda öz xalqına müraciəti onu sübut etdi ki, Ermənistan artıq məğlub duruma düşüb və Azərbaycan Ordusu qarşısında qaldıracaq ağ bayrağını ütüləyir.

 

Azərbaycanı atəşi dayandırmağa çağıran ölkələr və təşkilatlar kökündən yanılırlar. Çünki, Azərbaycan Ordusu bu gün BMT-nin masa üzərində qalıb saralmış qətnamələrini güc yolu ilə icra edir və buna tam haqqı var. Məgər, Ermənistanın yalvarışından sonra rəsmi Bakı humanistlik edib humanitar atəşkəsə imza atdıqdan sonra ermənilər öz çirkin xislətini bir daha ortaya qoyub, Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq, Gəncəyə raket zərbəsi endirmədimi? Bundan sonra hansı atəşkəsdən söhbət gedə bilər və hansı erməniyə inanmaq olar? Əslində ermənilər bu addımı atmaqla, özlərinə ölüm hökmü kəsmiş oldular.
Aydın məsələdir ki, Ermənistanın “dədəsi” Rusiya indiki halda çox çıxılmaz vəziyyətə düşüb. Əslində Kreml nə Ermənistanı əldən vermək istəyir, nə də Azərbaycanı. Çünki, əgər o açıq şəkildə haqsız Ermənistanı dəstəkləsə, Azərbaycan kimi iqtisadi-siyasi, həm də etibarlı bir tərəfdaşını itirmiş olacaq. Bundan əlavə, Azərbaycana öz ərazisində Türkiyəyə məxsus hərbi bazanın yerləşdirilməsinə özü şərait yaratmış olacaq. Bu isə Rusiya üçün çox təhlükəlidir. Bu, NATO-nun Rusiya sərhədinə gəlməsi deməkdir.
Digər tərəfdən isə, Rusiya Ermənistanı əlində saxlayıb ona Qərbə, Paşinyanı hakimiyyətə gətirənlərə tərəf qaçmamasına çalışır. Moskva indi Türkiyənin təkidi və rəsmi Bakının iradəsi ilə Azərbaycana işğal olunmuş torpaqlarını qaytarmaqda mane ola bilmir. Əks halda Rusiya ilə Türkiyənin üz-üzə gəlməsi qaçılmaz olacaq. Bu isə Rusiya tərəfinə Tükiyə ilə böyük ticari əlaqələri fonunda heç bir halda sərf etmir. Başqa tərəfdən də Rusiya yaxşı bilir ki, Ermənistan işğalçıdır. Ona görə də Rusiya işğalçı Ermənistana görə Türkiyə kimi regionda nüfuzlu bir dövlətlə düşmən olmaq istəmir.


Əslində Rusiya yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını bu dəfə necə olur-olsun mütləq azad edəcək. Ancaq Ermənistana silah yardım etməklə, özünü elə aparır ki, güya onu dəstəkləyir. Başqa sözlə desək, Rusiya Ermənistanı tumarlaya-tumarlaya, incitmədən, Qərbə tərəf hürkütmədən Qarabağı Azərbaycana təslim etməyə məcbur qalıb.


Ancaq bütün bunlara baxmayaraq, indi Rusiya XİN naziri Lavrov, həmçinin, Müdafiə naziri Şoyqu Qarabağa – “təmas xəttinə” sülhməramlıları gətirməyə can atır.

Maraqlıdır ki, bu “oyunbazlar” və ya, sözün əsl mənasında “xətakarlar” hələ də anlamırlar ki, əgər Qarabağda təmas xəttini Azərbaycan Ordusu 27 sentyabrda bir neçə dəqiqəyə dağıtdısa, hansı təmas xəttindən burda danışmaq olar? Digər tərəfdən, Lavrov və Şoyqu kimdir ki, öz başına Azərbaycanın razılığı olmadan onun suveren ərazisinə, hansısa sülhməramlıları gətirsin?! Bu, ilk növbədə beynəlxalq hüquqa zidd bir addımdır. Azərbaycana gün kimi aydındır ki, Rusiyanın Qarabağda məramı heç də sülh yaratmaq deyil. Əks halda niyə Ermənistana “tikinti materialı” adı altında gizli və açıq şəkildə ard-arda silah dolu təyyarələri göndərir? Rusiya burada sadəcə çalışır ki, öz ordusunu Qarabağda – Azərbaycan torpaqlarında yerləşdirməyə legitimlik əldə etsin. Ancaq bu, rəsmi Bakının icazəsi olmadan zor gücü ilə ola bilməz. Əks təqdirdə bu Azərbaycana qarşı Rusiyanın aqressiyası olar. Digər tərəfdən də sual yaranır: sülhməramlılar kimlərin arasında dayanmaq fikrindədirlər? Azərbaycan torpağında onun Ordusu ilə, erməni terrorçu-separatçılarınmı? Bu heç bir məntiqə sığışmır və rəsmi Bakı tərəfindən heç bir halda qəbul edilən deyil!


Artıq hadisələrin gedişi onu göstərir ki, Ermənistanın məğlubiyyətinə sayılı günlər qalıb. 8 milyard borcu olan, üstəlik işğalçılıq siyasətindən əl çəkməyərək, haqsız yerə başladıqları müharibədə xeyli maddi-texniki və əsgəri itkisi olan Ermənistanda sosial partlayışın baş verməməsi mümkün deyil. Əgər bu partlayışda Qərb Paşinyanı xilas edə bilsə, bəlkə də o, birtəhər hələ öz postunda otura biləcək. Ancaq, erməni xalqı Moskvanın istədiyi adamların hakimiyyətə gəlişinə razı olsa, onda çox güman Paşinyan başını götürüb ABŞ-a qaçacaq, yerdə qalanlar isə yenə də əvvəlki kimi Rusiyanın köləsi olaraq qalacaqlar.
Maraqlıdır, nədənsə hər zaman terrorçuluqla mübarizədən danışan dövlətlər indi Ermənistanın Cənubi Qafqazı terror yuvasına çevirməsinə göz yumurlar. Heç şübhəsiz ki, bu onların ikiüzlü olmalarının göstəricisidir.


Əlbəttə, dünyanı güclülər idarə etdiyi çoxdan bəllidir və “qalibləri heç kim mühakimə etmir”, deyimi də hər zaman qüvvədə qalır. Ona görə də, Azərbaycan Ordusu öz gücünü ortaya qoyduqdan sonra bütün dövlətlər bir az “aşıb-daşsada”, ancaq indi əksəriyyəti susub oturublar yerlərində. Rusiya isə Cənubi Qafqazı əlindən çıxarmamaq üçün hələ ki müxtəlif gedişlər etməyə cəhd edir.


Baxın, Türkiyə baş diplomatı Mövlud Çavuşoğlunun dünən Türk-Qazax Beynəlxalq Universitetinin 2020-2021-ci tədris ilinin açılış mərasimində onlayn formatda çıxışı zamanı Türkdilli ölkələrin ortaq dəyərlərinin qorunmasının, qarşılıqlı dəstəyin vacibliyindən danışaraq, “Azərbaycanın öz torpaqlarını və xalqını müdafiə etmək üçün apardığı mübarizədən qanuni daha nə ola bilər ki?! Bəzi qüvvələr Azərbaycanın haqq işinə səssiz qalır, işğalçı ilə təcavüzə məruz qalan eyni tutulur. BMT təhlükəsizlik Şurasının və ATƏT-in qətnamə və qərarları yerinə yetirilmir.

Qardaş ölkələr olaraq, bu məsələdə Azərbaycanla həmrəyliyimiz çox vacibdir”, deməsindən sonra, Rusiyanın bu gün Xəzər dənizində gözlənilməz halda 6 gəmi və 7 təyyarə ilə 400 nəfərlik hərbi heyətlə təlimlərə başlamasını Orta Asiya ölkələrin, əsasən də, Qazaxstan və Türkmənstana təzyiq göstərməsi kimi qiymətləndirmək olar.

Amma dənizdə nə baş verməsindən asılı olmayaraq, artıq Ermənistan quruda məğlubiyyət astanasındadır. Çox güman ki, müharibə yaxın vaxtlarda, uzaqbaşı oktyabrın sonunda Azərbaycanın haqq etdiyi qələbə ilə başa çatacaq. Çünki, müharibəni aparmaq üçün həm pul, həm də əsgər lazımdır.

İqtisadçıların hesablamalarına görə isə, müharibə başlayandan Ermənistan artıq 2 milyarddan çox pul itirib, hərbi texnikasının 80% məhv edilib və əsgəri ehtiyatı tükəndiyindən “döyüşə yalnız qocalar gedir”. Digər tərəfdən də, Paşinyanın 14 oktyabrda öz xalqına müraciəti onu sübut etdi ki, Ermənistan artıq məğlub duruma düşüb və Azərbaycan Ordusu qarşısında qaldıracaq ağ bayrağını ütüləyir. Odur ki, Lavrovun, Şoyqunun nə demək və nə etmək istəmələrindən asılı olmayaraq, tezliklə “Qarabağ, Azərbaycandır!”, şüarı əməli olaraq, təsdiqlənəcək!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46 Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü 23 Oktyabr 2020, 23:38 Düşmənin könüllü dəstələri və texnikası belə məhv edildi – VİDEO 23 Oktyabr 2020, 23:29 Türk futbolçu koronavirusa yoluxdu 23 Oktyabr 2020, 23:14