Arxiv
4 Noyabr 2020, 12:34 | MÜSAHİBƏ
Sabiq baş nazir oğlunu cəbhəyə yola saldı: “Bu şərəf hər kəsə nəsib olmur” - MÜSAHİBƏ

Pənah Hüseyn “Vaqif yola düşəndə, ilk dəfə onun üzündən öpdüm”

Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin oğlu Vaqif Hüseyn də zabit kimi Vətən müharibəsinə döyüşməyə yollanıb.

Pənah Hüseyn zabit oğlu barədə Modern.az-ın suallarını cavablandırıb.


- Pənah bəy, artıq siz də oğlu cəbhədə döyüşən atalardansınız. Bir ata kimi əsgərlərimizə nə sözünüz var?

- Bütün əsgərlərimizə sağ-salamat qələbə ilə evlərinə qayıtmalarını arzulayıram. Birincisi, vətənə xidmət qanuni borcumuzdur. İkincisi, vətən uğrunda savaşmaq da bir şərəfdir. Bu şərəf hər kəsə nəsib olmur. Mən də iftixar və fəxr hissi keçirirəm ki, oğlum vətən uğrunda savaşa gedib. İşimiz də haqq işidir. İnşallah, tezliklə düşməni torpaqlarımızdan qovacağıq. Nəvələrimizə, övladlarımıza güclü, qüdrətli və böyük Azərbaycan bəxş edəcəyik. İnşallah, çox yaxın zamanlarda biz də şəhidlərimizin ruhu qarşısında başımız dik gəzə biləcəyik.


- Oğlunuzun cəbhəyə getməsini anası və övladları necə qarşıladı? Bilirsiniz ki, bu məsələdə analar daha həssasdır.

- Düzü, dünən yox, srağagün bildik. Dünən də yola salmışıq. Artıq hərbi hissələrin birindədir. Analar həmişə ağlayır. Onları təsəlli etmək çox çətindir. Vaqifin iki oğul övladı var. Özü İstanbul Universitetinin əyani doktorantıdır. 4 xarici dil bilir. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin magistr dərəcəsinin birinci pilləsində təhsil alıb. AMEA-nın aspiranturasını bitirib. Bir ata kimi düşünürəm ki, hazırda ən vacib iş düşmənlə savaşmaqdır.


- Nəvələriniz atalarının ermənilərlə savaşa getməsinə necə reaksiya verdilər?

- Nəvələrim həyatı dərk edəcək yaşdadırlar. Böyük nəvəm təmkinlidir. Balaca isə “atamdan ötrü darıxıram” deyir. Qızımın da 2 uşağı var. Dünən oğlumu yola salanda  Səlcuq adlı 3 yaşlı nəvəm deyirdi ki, “mən özüm gedəcəm döyüşə. Düşməni raketlə vuracam”. Yəni ailədəki uşaqlarımız da bu düşüncədədir. Ancaq hamımızın bir istəyi var. Torpaqlarımızın azadlığından sonra uşaqlarımız müharibəyə yox, sülhə hazırlaşmalıdır. Bir gerçəklik də odur ki, oğlan uşaqlarımız vətən üçün savaşmayacaqsa, nəyə yarayacaqlar?!.


- İnşallah, hamısı salamat qayıdar. Siz 1990-cı illərdə hakimiyyətdə təmsil olunmusunuz.  Baş nazir olmusuz.  Hər halda, Birinci Qarabağ savaşı ilə İkinci Qarabağ savaşını müqayisə etməyə haqqınız çatır. Sizcə, Birinci Qarabağ savaşında niyə bugünkü kimi güc nümayiş etdirə bilmədik?

- Müqayisə etmək dedikdə, 30 ildən sonrakı ordu tamam başqa silahlarla silahlanıb. 30 ildə dövlətimiz formalaşıb. O dövrdə xalq özü ayağa qalxmışdı. Onda müstəqilliyimizin 1-2 illik tarixi vardı. Buna baxmayaraq, hadisələri çox yaxşı xatırlayıram. Hələ 1989-cu ildən (heç müstəqil deyildik- P.H.)  sonra hər kəs ov tüfənglərini götürüb cəbhəyə yollanmışdı. O dövrdə də bizim uğurlarımız olub.  1992-ci ilin yayında Qarabağın yarısını o zamankı Ordu azad  etmişdi. Təxminən on minə yaxın şəhidimiz olmuşdu. Nə qədər Milli Qəhrəmanlarımız var. Hesab edirəm ki, siyasi hakimiyyətdə iqtidar-müxalifət gəldi-gedərdi. Ancaq xalq 30 ildir ki, öz torpağı uğrunda savaşır. Bu gün şəhid olanların yaşlarına baxıram. Bir çoxu 2000-ci il və ondan sonra dünyaya gələnlərdir. Onların yaşı münaqişənin yaşından azdır. Şükürlər olsun ki, bu gün müasir və güclü ordumuz var. Əsgərlərimiz, generallarımız 21-ci əsrin müharibəsini aparırlar. Bütün dünya da bunu görür.


- Pənah bəy, oğul üçün ana başqa, həyat yoldaşı başqa, övlad bir başqadır. Amma “atalar və oğullar məsələsi” hər dövr üçün aktualdır. Oğlunuz cəbhəyə getməzdən öncə güman ki, ata-oğul söhbətiniz oldu? Nə məsləhət verdiniz?

- Sizə durub deyim ki, heç həyəcanlanmadım, bu doğru olmaz. Mən də həyəcanlandım. Digər tərəfdən isə oğlumun noyabrın 9-da 40 yaşı olacaq. Kifayət qədər yetkin insandır. Bir çox məsələləri məndən az yox, hətta çox bilir. Oğlumu yola salanda qaydanı pozdum. İlk dəfə onun üzündən öpdüm. Çünki bizim nəsildə övladla bu cür mehribanlıq olmur. Nəvələrim və kiçik uşaqlar bu məsələdə başqadır. “Hamı kimi qələbə ilə qayıdasan!” dedim. Dualarımız cəbhədə döyüşən oğullarımızladır. Burada mənimki səninki söhbəti ola bilməz. Azərbaycan əsgəri hamımızındır. Tanrı qorusun!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Barselona"ya yeni prezident seçildi 8 mart 2021, 03:33 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 8 mart 2021, 01:00 Ekvatorial Qvineyada güclü partlayışlar - 20 ölü, 300 yaralı 8 mart 2021, 00:48 Türkiyə Səmərqənddə konsulluq açdı - FOTO 8 mart 2021, 00:39 Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO 8 mart 2021, 00:25 Daha bir qazimiz ona qulluq edən tibb bacısı ilə evlənir 8 mart 2021, 00:12 Bu gün qadınlar bayramıdır 8 mart 2021, 00:00 Hücuma hazırlaşan PKK-çılar məhv edildi 7 mart 2021, 23:54 Roma Papasından qadınlarla bağlı çağırış 7 mart 2021, 23:42 Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurdu 7 mart 2021, 23:27 Milyarder deputat helikopter qəzasında öldü 7 mart 2021, 23:14 İlham Əliyevdən 8 Mart paylaşımı - FOTO 7 mart 2021, 23:00 Prezidentin ayaqqabısı narazılığa səbəb oldu – FOTO 7 mart 2021, 22:56 Mançester derbisinin qalibi məlum oldu 7 mart 2021, 22:42 Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi 7 mart 2021, 22:28 “Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49