Arxiv
5 Noyabr 2020, 11:26 | MÜSAHİBƏ
Şəhid xanımından döyüşçülərə MÜRACİƏT: “Raquf Orucovun da əvəzindən vuruşun...” - MÜSAHİBƏ

Hamının tanıdığı, “Murov qartalı” ləqəbli Şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova Modern.az saytına müsahibə verib.

Sevinc xanımın cavabları sanki bütün Şəhid xanımlarının düşüncələrini özündə cəmləşdirib. Həmin müsahibəni təqdim edirik.

 

- Sevinc xanım, yüksək rütbəli şəhid hərbçinin həyat yoldaşı olaraq bu gün cəbhədə baş verənlərin dəyərləndirilməsini bir də Sizin dilinizdən eşitmək istəyirik. Nə baş verir, nə görürsünüz?

- 2016-ci il Aprel döyüşlərindən sonra görmək istədiklərimizi görürük. Görmək istədiyimiz Azərbaycanı, arzuladığımız Azərbaycan gəncliyini görürük.

2016-cı ildə həyat yoldaşım Raquf Orucov şəhid olandan bir neçə gün sonra Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev məscidində şəhid ailələrini qəbul etdi. O görüşdə təxminən 40-a yaxın şəhid ailəsi iştirak edirdi. Hamının Mehriban xanımdan bir istəyi var idi, döyüşlər dayanmasın, Şəhidlərin intiqamı alınsın. Təsəvvür edirsiniz, heç kəs ağlamırdı. Mehriban xanım Şəhid ailələrinə o qədər səmimi, həssas yanaşırdı ki, bizlər hesab etdik Mehriban xanım ailə üzvümüzdür. O gündən hər bir Şəhid ailəsi öz üzərində Mehriban xanımın diqqətini, qayğısını hiss edir.

Onu da deyim ki, zəfərə gedən yol, döyüş ruhu təməlini 2016-cı il aprel döyüşlərindən götürmüşdü. Orada şəhid olan hər bir oğul, zabit, indiki döyüşən oğullarımıza örnək oldu.

Bir yol açdılar ki, Azərbaycan Qarabağı azad etməyi bacara bilər. Azərbaycan gəncliyi 25 il sonra “Qarabağ!” deyə küçələrdə hayqırdı.

Həmin döyüşlərdən 6 ay sonra biz düşündük ki, şəhidlik və ölkədə neçə ildir davam edən müharibə anlamına yeni bir anlayış və ruh gətirək. Şəhidlər əbədi yaşayan qəhrəmanlardır.

İnanın ki, heç vaxt torpaqlarımızın işğaldan azad edilməsinə ümidimi üzməmişəm.

Gözləyirdim ki, belə bir gün mütləq gələcək. Dörd ilə yaxındır, universitet və gənclərin sıx toplaşdığı təşkilat qalmayıb ki, orada görüşlər keçirməyək, gənclərimizi şəhidlərimizlə, qəhrəmanlarımızla tanış etməyək, örnəyini yaratmayaq.

Biz bu mücadiləni apardıq və təşkilatımızın birinci devizi - “Mən Azərbaycanam və Qarabağ məndən başlayır” sözləri idi. Nə xoş bizə ki, bu günləri yaşayıb gördük.

İlk növbədə uca Allahımız bizə bunu nəsib etdi. Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli, rəşadətli Azərbaycan Ordusu 2016-cı ildən başladığı zəfəri davam etdirir. Raqufların, Mübarizlərin, Poladların, Pəncəlilərin, Teymurların ruhunu əsgərlərimiz şad edəcəklər. Bütün işlərdə hər zaman Heydər Əliyev Fondunun dəstəyini görürük.

 

2016-cı il Aprel döyüşlərindən sonra təşkilatı yaradanda ilk dəstək Mehriban xanım Əliyevadan gəldi. Təşkilatımızın bazasının yaradılmasında, ailələrə olan dəstəyin daha mükəmməl formalaşması üçün Mehriban xanım Əliyevanın əvəzsiz xidməti var. Biz birlikdə güclü olduğumuzu hiss etdik. Azərbaycanın Birinci vitse-prezidentinin yanımızda olub, dərdimizi hiss etməsi, acımızı acısı kimi paylaşması və bizlərə olduğu kimi dəyər verməsi cəmiyyətə bir mesaj oldu. Cəmiyyətə çatdırdı ki, şəhid övladı, şəhid ailəsi, şəhidlərin əmanətləri bu ölkə üçün ən uca, ən dəyərli əmanətlərdir. 

 


- Sevinc xanım, sanki bugünkü şəhid anası  1990-cı illərin anaları deyil...  

- Nə Azərbaycan, nə də Azərbaycan gəncliyi o vaxtkıdır. İllər keçir, Azərbaycan xalqı öz dəyərlərindən əl çəkmir, əksinə, daha sıx tarixi köklərinə bağlanır. Bu Azərbaycan xalqı üçün böyük bir uğurdur. Mənə elə gəlir ki, hər bir xalq dəyərlərinə belə sıx bağlı deyil.

Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhid veririk. Onların ailələrini ziyarət edirik, gözlərində yaş yox, qürur, sevinc görürük. Bu Azərbaycan xalqının müdrikliyi, böyüklüyüdür. Torpağı işğalda olan Ağdamda bir ana iki əkiz övladını bir gündə şəhid verdi. Mən ona baxanda öz acımı unuduram. Qadın deyir ki, Vətən sağ olsun, təki Ağdama qayıda bilək. Mən fəxr edirəm ki, mənim övladımın bu yolda izi oldu. Zeynəb anamız iki övladını şəhid verib - Birinci Qarabağ müharibəsində Mehman, İkinci Qarabağ müharibəsində kapitan Vaqif  Bayramov şəhidlik zirvəsinə ucalıblar.

Sentyabrın 27-də döyüşlər başlananda biz onları ziyarət etdik.70 yaşlı Zeynəb ana gedib könüllü yazılıb, deyib ki, heç olmasa yemək bişirərəm əsgərlərə. Bu, xalqın mənəvi ruhunu, qələbəyə olan inamını göstərir. Xalq artıq torpaqlarına, kökünə qayıtmaq istəyir. Bundan böyük azadlıq mücadiləsi mən düşünmürəm. Şəhidlərin qanı xalqın ruhuna köçür. Hər bir igid Azərbaycan üçün bir örnəkdir və bu o deməkdir ki, bu yolda generalından tutmuş sıravi əsgərinə qədər hamı ölümü gözünə alıb, Vətənin azadlıq mücadiləsinə qoşulublar. 

 

- Adətən, müharibədə, hərbi əməliyyatlarda əsgərlər öndə gedir, yüksək rütbəli zabitləri qoruyurlar. Amma 2016-cı ildən sonra Azərbaycan Ordusunda öndə gedən məhz zabitlər olur.

2016-cı ildən Azərbaycanın yüksək rütbəli hərbçilərinin əsgərinin öndə getdiyinin şahidi olduq. Neçə ildir qurulan istehkamları yararaq, düşmən səngərini aşırdılar. Əsgərlərin ruh yüksəkliyi sahəsində bu nailiyyətlər əldə olunur. Onlar nümunə olaraq böyük bir ənənə yaratdılar. Biz onları xalq olaraq qisas üçün yetişdirmişdik. Aprel döyüşlərində onlar öz sözlərini dedilər və şəhid oldular. 2016-cı il Aprel döyüşlərində mayor Elnur Əliyev öz ölümü ilə bir neçə əsgərinin həyatını xilas etmişdi. Bax, budur Azərbaycan zabitinin mahiyyəti. Əsgərlərə öz övladları kimi yanaşırlar. Dörd ilə yaxındır ki, onları təbliğ edirik. Bu gün şəhid polkovnik-leytenantlar var, biz onları ziyarət etmişik. Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov məktəbinin davamçıları çoxdur, lap çox. 

 


- Sevinc xanım, həyat yoldaşınız, Şəhid polkovnik Raquf Orucovun o torpaqlarda dolaşan ruhu indi sevinirmi?

- Torpaqlarımız işğalda olanda da o, peşəkar kəşfiyyatçı kimi yurd yerlərinə gedib-gəlirdi. Onun həsrəti Qarabağ torpaqları idi. Həmişə deyirdi ki, bircə əmr yetər, biz bacaracağıq. Biz onlardan üstünük, biz öz doğma torpaqlarımız uğrunda mübarizə aparırıq. Haqlı olan tərəf həmişə inamlı olur. Onun ən çox arzusu Ağdama qayıtmaq idi. Kəndlərini necə gözəl təsəvvür edirdi, Fərrux dağının ətəyində bənzərsiz bir kənd...  

Azad edilən kimi kəndlərinə qayıtmaq onun ən böyük arzusu idi. Həmişə inanırdı ki, ora qayıdacaq. Onların arzularının yerinə yetməsi bizi bu gün şad edir. 

 

- Torpaqlarımız işğaldan azad edilir, siz Raquf Orucovun  ruhu ilə necə, harada, nə vaxt danışa bilirsiniz?

- Raquf dəfn olunandan sonra məzarlıq sakitlik idi, indi isə Şəhidlərin uyuduğu yer sıxlıqdır. Onun yanına gedəndə (məzarı nəzərdə tutur-red) deyirəm ki, eşidirsənmi, ayaq səslərini? Gələn-gedən dostların çoxalıb. Bu yaxınlarda Raqufun çox yaxın dostu şəhid oldu. Çox təsir etdi ailəmizə, lakin bir tərəfdən də sevindik ki, torpaqların azad olunması xəbərini ona apardılar. Mayor Rüfət də şəhid oldu, o da Raqufun yaxın dostlarından idi. Rüfət şəhid olan günü yazmışdılar ki, sən Raquf üçün çox darıxmışdın, axır ki, onun  yanına getdin. Mənə elə gəlir ki, zəfərin xəbərini ona çatdırıblar. Həmişə nisgilli gəlirdi yuxularıma, indi fərqli gəlir. Murov alınanda hiss etdim, Raqufun ruhu əvvəlki kimi nigaran deyil. İndi Raquf yuxularıma gələndə xoşbəxt görünür. Sanki hər şey ona agah olub. Sanki torpaqlarımızın işğaldan azad edildiyini bilir. (Müsahibimiz göz yaşlarını tuta bilmir)

 

- Sevinc Orucovanın Azərbaycanın şəhid anasına sözü nədir? Nə demək istəyərdi onlara?

- Hamı müharibəyə hazırdır. Müharibə Vətən Müharibəsidir. Bizim əsgər öz torpaqlarını azad edir. Bu yol şərəfli bir yoldur. Amma onu da bilirik ki, bu yol həm də gedişi var, qayıdışı olmaya bilən də bir yoldur. Bunu biz hamımız başa düşürük. Əvvəlki illərdən fərqli olaraq heç kim üsyan etmir. Dəfnlərdə iştirak edirəm, yeganə övladı olan valideyn var, sakitcə dəfn edir övladını. Artıq nəyin qisasının alındığı hamıya məlumdur. Bu gün tökülən qan hədər getmir. Şəhid anaları deyirlər ki, o vaxt gözlərinin yaşı quruyar ki, torpaqlarımızın azad olduğunu görək. Biz 4 ildir buna görə çırpınırıq ki, 2016-cildə başladılan işlər yarımçıq qalmasın. Var olsun Ali Baş Komandanımız!

Biz daim mübarizə aparırıq və sonda hüquqlarımızın bərpa olunacağına inanırıq.  Mən onda mübarizəmdən əl çəkərdim ki, bilərdim bunun sonu yoxdur. Tam əminəm ki, biz birmənalı olaraq öz yurd yerlərimizə, evimizə qayıdacağıq. Biz öz milli kimliyimizi təsdiq edəcəyik.

Şəhid anası, bacısı, qızı əvvəlki kimi deyil, hamı mübarizdir. Oğul itkisi ailə faciəsidir, çünki heç vaxt ananı bir də “ana” deyərək çağıran olmayacaq, yaxud mənim övladlarımın “ata” deyərək, çağıracağı heç kimi olmayacaq. Bütün Azərbaycan var olsun deyə bu, biz keçdiklərimizdir. Ən əsas onlar dəyərli canlarından keçiblər.

Bir dəfə jurnalist sual verdi ki, Raquf Orucov bu qədər iş gördü, bəs siz niyə bu qədər çalışırsınız?

Cavb çox sadədir: Raquf Orucov etdiyi ilə bir zabit olaraq Vətən qarşısında öz borcunu verdi, böyük mənada onun etdikləri Vətən üçündür. Bu o demək deyil ki, ailə üzvləri sakit otursun. Hər bir kəsin Vətən qarşısında borcu var.

Bir dəfə də sual verdilər ki, Raquf Orucov Vətən üçün bu qədər iş gördü, bəs, Vətən nə etdi?

Cavab verdim ki, parçalanmış Vətən ona nə etməli idi ki?! Vətəndən biz heç nə tələb etməməliyik. Həyatda hər şey ola bilər, təkcə Vətən itkisidir ki, onu itirəndə qazanmaq olmur. 

 


- Sevinc xanım, Raquf Orucovu dostları onun ailə üzvlərini axtarırmı?  


-
Raqufun hərbçilər, ən əsas da xalq arasında çox yaxşı dostları olub. Heç vaxt mənəvi dəstəklərini bizdən əsirgəmədilər. Raquf Orucov heç kəsə baş əyməyib. Onun dostlarının çoxu döyüş meydanındadır. Onların hər birini biz izləyirik, onlar hər dəfə döyüşəndə elə bil Raqufun adından da döyüşürlər. Onun əvəzinə də atəş açırlar. Düşünürəm ki, onlar bu işi alın açıqlığı ilə bacaracaqlar. Şəhidlik uca məqamdır, bu, hər adama qismət olmur. Raqufun dostları bizlə əlaqə saxlayanda, nəyə ehtiyacımız olduğunu soruşanda deyirik ki, bir ehtiyacımız var: Raqufun da əvəzindən vuruşun. Onun ruhunu şad etmək istəyirsinizsə, bunu mütləq edin. Mən Raqufun dostlarını yaxşı tanıyıram, bilirəm ki, onlar Raqufun da adından vuruşurlar. (yenə göz yaşlarını saxlaya bilmir...)
 

- “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq işğaldan azad olunan torpaqlarımızın ziyarətinə hansı bölgədən başlayacaqsınız?


- Şəhid övladları o torpaqlara mütləq getməlidir. Müharibədən sonra tam fərqli bir Azərbaycan görəcəyik. Bu Zəfəri bizə yaşadanları unutmuyacağıq.

Amma hesab edirəm ki, Şəhid ailələrimizlə yalnız dövlət qurumları məşğul olmamalıdır. Bunun üçün Türkiyə variantı çox arzuolunandır. Şəhid ailələrinə ayrıca diqqət olmalıdır. Bu ailələr Vətənin ən dəyərli əmanətdir.

         

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06 Dolların sabaha olan MƏZƏNNƏSİ 2 Dekabr 2020, 18:00 Karantini pozan 90 sürücü cərimələndi - FOTO 2 Dekabr 2020, 17:54 Ermənistan vətəndaşlarına ölkəni tərk etməyə icazə verildi 2 Dekabr 2020, 17:48 Firdovsi Umudov döyüşlərində gözlərini itirən Qazini ziyarət etdi - VİDEO 2 Dekabr 2020, 17:42 Məhkuma ayaqqabıda narkotik ötürmək cəhdinin qarşısı alındı 2 Dekabr 2020, 17:36
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?