Arxiv
27 Dekabr 2020, 19:02 | REPORTAJ
“3 ay idi oğlumdan xəbər yox idi, dünən şəhid olduğunu dedilər” - ŞƏHİD ATASI

Vətəni yaşatmaq üçün canından keçən qəhrəmanlarımızdan biri də Göygöl rayonunun Çaykənd kəndindən olan  Mirzə Hüseynov Kəlbəcər uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O iki övladını, ailəsini düşünmədən valideynlərinin həsrətində olduğu Kəlbəcər uğrunda mübarizəyə qoşulub.

 

Şəhidin atası Xəlfə Hüseynov Modern.az-a danışıb. 

 

- Xəlfə bəy3 ay müddətində oğlunuzdan xəbər gəlməyib, kimlərə müraciət etdiniz, kimlər dəstək göstərdi sizə?


- Bir ata üçün övladın necə dəyərli, əvəzsiz olduğunu övlad sahibi olan hər kəs başa düşər. Müharibə başlayandan oğlum ön cəbhədə olub.

Onun geridə qoyub getdiyi iki azyaşlı qız övladı var idi. Ön cəbhədə hər an şəhid olmaq zirvəsi var.

O zaman Şəmkir korpusunun generalı Xəqani Cəbrayılovun yanına getdim, bizim əvvəldən onunla dostluğumuz var idi. Nəysə gerisini danışmayım, indiki vaxtda belə şeylər danışmaq düzgün deyil. Əminəm ki, onun barəsində lazımi ölçü götürüləcək.


- Oğlunuz nə zaman yollanıb hərbi xidmətə?

Mirzənin 29 yaşı vardı. 4 il idi ki, müddətdən artıq hərbi xidmətdə idi. Ailəsinə, vətəninə hər zaman çox dəyər verirdi. Sonuncu dəfə sentyabrın 27-si danışdıq. 3 ay olardı əlaqəmiz kəsilmişdi, sonda da şəhidlik xəbəri gəldi.

Dekabrın 25-i bizə məlumat verildi ki, Kəlbəcər rayonunda  Qaragölün üstündən 2 nəfər tapılıb. Onlardan biri də mənim oğlum Mirzə imiş. 3 aydır düşünürdüm ki, heç olmasa məzarı olsun, təskinlik tapım, bu gün nəşi gətiriləcək, bu gün olmasa da, sabah gətiriləcək. Ən azından biləcəm ki, gedib ziyarət edəcəyim bir məzarı var. Düşünə bilirsinizmi, bir ata üçün övladının məzarını arzulamaq nə deməkdir...

 


- Sizin üçün çətin olsa da, oğlunuzla bağlı xatirələrinizdən də danışaq...


- Mirzə hər zaman vətəni üçün canından keçməyə hazır idi. Hamının yanında hörməti vardı, hamı onun xətrini çox istəyirdi. Uşaqlıqdan həvəsi vardı hərbçi olmağa, o həm də snayper idi.

Döyüşdən sağ qayıdan uşaqlar Mirzədən o qədər qürurverici hadisələr danışırlar, fəxr edirəm ki, onun kimi oğlum var. Əsgər yoldaşları Mirzənin necə şəhidlik zirvəsinə ucaldığını da danışıblar. Mənə dedilər ki, döyüş zamanı iki nəfər əsgər dostu yaralanan zaman Mirzə özünü düşünmədən onlara kömək etmək üçün güllənin önünə keçdi. Döyüş zamanı komandiri də yaralanıb, heç kim qalmayıb yanında. Mirzə gedib ona kömək etmək istəyirmiş, orada deyiblər ki, bizi də vuracaqlar gəl gedək. Mirzə bir kəlmə deyib ki, kişi öz əsgər yoldaşını qoyub gedərmi. Gedib leytenantı xilas edən vaxt Mirzəni də vurublar. Dostlarını, komandirini tək qoymayıb. Onlarla birlikdə Şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, təki Vətən sağ olsun.

 

- Mirzənin övladları neçə yaşlarındadır?

 - İki balaca qız övladı var. Hələ heç nəyi dərk etməsələr də, ataları üçün çox darıxırlar. Qızlarından birinin 5, digərinin 3 yaşı var. Mənim yanımda qalırlar, bacardığım qədər dəstək olmağa, az da olsa atalarının yoxluğunu hiss etdirməməyə çalışıram. Amma görürsən ki, onların gözü qapıdadır, atalarının bir gün qapıdan içəri girib, onları öpüb-qucaqlayacağını gözləyirlər.

Böyük qızı atasının şəhid olduğunu bilir, amma balaca qızı dərk etmir.  Hələ nə yaşları var ki, çox balacadırlar...

Hərdən görürəm ki, balaca qızı öz yediyi yeməkdən ya meyvələrdən aparıb öz otağında gizlədir. Sual verirəm ki, qızım neyniyirsən bunları? Deyir ki, atama saxlayıram, gələndə ona verəcəm, heç nə deyə bilmirəm, susub baxıram...

 


-
 Bu müddət ərzində ailənizlə maraqlanan olubmu?

- Xeyr, 3 ay müddətində heç kim bir dəfə də olsun maraqlanmayıb, nə bizimlə, nə oğlumun övladları ilə... Şəhid olduğunu biz dünən bilmişik. Mən kimsədən nəsə istəmirəm, sadəcə gəlib başsağlığı verməkləri belə bəs idi, amma onu da etmirlər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mehri Qurban

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Öldürülən azərbaycanlı dənizçinin cənazəsi yaxın günlərdə ölkəsinə göndəriləcək - Çavuşoğlu 25 Yanvar 2021, 15:39 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40