Arxiv
7 mart 2021, 10:50 | MÜSAHİBƏ
Xocalının ən yaşlı sakini: “Şükür Allaha, bu qələbəni görməyi mənə nəsib etdi” - MÜSAHİBƏ

Bu yaxınlarda Xocalı soyqırımının 29-cü ildönümünü qeyd etdik. Bu il Xocalı faciəsini ilk dəfə qalib ölkə kimi andıq. II Qarabağ müharibəsində zəfər çalsaq da, hələ ki Xocalıya gedə bilmirik. Amma bunun yaxın zamanlarda reallaşacağına şübhə etmirik. Xocalının ən yaşlı sakini Qənəhət Hacıyev də tezliklə yurd yerinə qovuşmağa can atır. Qarabağda qazanılan möhtəşəm qələbədən sonra Qənəhət kişinin ürəyi Xocalı eşqi ilə döyünür.

Modern.az
-ın əməkdaşı Xocalının ən yaşlı sakini ilə həmsöhbət olub.


- Qəhəhət baba, Xocalı soyqırımı törədiləndə neçə yaşınız var idi?

- Mən 54 yaşımda Xocalıdan çıxmışam. İndi 83 yaşım var.


- Faciələrlə dolu o günləri necə xatırlayırsınız?

- Çox dəhşətli günlər idi... Ermənilər əsl simalarını, necə qaniçən millət olduqlarını Xocalıda ortaya qoydular... Günahsız insanları – qadınları, qocaları, uşaqları vəhşicəsinə qətlə yetirdilər. Tarixdə belə müsibət olmamaışdı.
Qələbə xəbərini eşidəndə o qədər ağladım ki, sevincimdən gözlərim qıp-qırmızı olmuşdu. Əziyyət çəkdiyim günlər yavaş-yavaş yadımdan çıxır, 50 gün girovluqda qalmışam, necə əzablar çəkdiyimi ancaq özüm bilirəm.


- Hansı istiqamətdə girov düşmüşdünüz?

- Mən Xocalını yaxşı tanıdığım üçün bildim ki, hansı yoldan getsək bizi öldürəcəklər. Ona görə də üzümü “Xocalının qarşısı” deyilən dağa çevirib camaatı Ağdam sanatoriyası istiqamətində çıxarmağa çalışdıq. Üç gün o dağlarda fırlandıq, bir erməni kəndinə doğru yol aldıq, orada girov götürüldük. Həmin istiqamətdən getməsəydik, bəlkə də qırğın daha çox olardı. Girovluqda ölənlər oldu. Çox əziyyətlər çəkdik.


- Müharibə başlayanda qələbəmizə inanırdınızmı?


- İnanırdım... Bilirdim ki, nə vaxtsa qələbə çalacağıq. Şükür Allaha ki, bu qələbəni görməyi mənə də nəsib etdi.


- Dediniz ki, girovluqda dəhşətli işgəncələrə məruz qalmısınız...


- Məni əvvəlcə yerin altında saxlayırdılar, 18 gün su vermədilər. 127 kilo çəkim var idi. 57 kiloya düşmüşdüm. Xankəndidə saxlanılırdım. İsveç jurnalistləri ora gəlmişdilər, məni tapanda onlara güclə izah etdim ki, su istəyirəm. Su verdilər boğazımdan keçmədi, birtəhər içəndən sonra yerə yıxılmışam. O vəziyyətdə məni ordan çıxarıblar.


- Sizi kimlər dəyişdi?

- Qırmızı Xaç Komitəsi məndən məktub alıb Ağdamda yaşayan qardaşıma aparmışdı, sonra məni Ağdamdakı özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov erməni əsirlərlə dəyişdi. Onun sayəsində azad olundum. Allah Allahverdi bəyə rəhmət eləsin!  


- Xocalıya gedəcəksinizmi?

- Xocalıda mənim 6 evim var, hamısı dağıdılıb. İndi oğluma deyirəm ki, çalış məni necə olursa olsun Xocalıya apar. Artıq yaşım çoxdur, bilmək olmaz sabah nələr baş verəcək.


- Sizcə, ermənilərlə yenidən birlikdə yaşaya bilərikmi?

- Onlar elə işlər görüblər ki, biz heç vaxt olanları unuda bilmərik. Onlar da bizimlə yaşamaq istəməzlər. O qədər kinli millətdir ki, bəlkə də kimlərsə yaşaya bilər, amma mənim gözümün qabağında qadının qarnını yarıb uşağı çıxarıblar, balaca uşaqları öldürüblər, 33 yaşlı qardaşım oğlunun başını kəsiblər. Bu hadisələrdən sonra mən onlarla necə birlikdə yaşaya bilərəm?


- Oğlunuz Xocalıya qayıtmaq istəyir?

- Oğlum deyir ki, hamıdan öncə o qayıdacaq. Bircə Prezidentimiz əmr versin... Xocalıdan çıxanda oğlum orta məktəbi bitirmişdi, universitetdə oxuyurdu.


- Ermənilər bizim Xankəndidə, Xocalıda yaşamağımızı istəmirlər. Siz nə düşünürsünüz bu haqda?

- O torpaqların hər bir qarışı bizimdir, onların dediyi ola bilməz. Biz bir qarış torpaqdan belə imtina etmərik, nə olursa olsun, biz öz yerimizə qayıdıb, erməniləri sıxışdırıb oralardan çıxarmalıyıq.


- Xocalı deyəndə ağlınıza ilk nə gəlir?

- Xocalı o qədər gözəl yerdir ki, ilin bütün fəsillərində oradan pay götürüb dolanmaq olar. Suyu, təbiəti səfalıdır. Xaçınçay adlanan möhtəşəm bir çay axır. Xocalılı günlərim yadıma gələndə kövrəlirəm.


- Qələbədən sonra heç əsgərlərimizlə görüşünüz olubmu?

- Xeyr, pandemiyaya görə evdə çıxa bilmirəm. Yaşlıyam, oğlum küçəyə çıxmağa qoymur. Əsgərlərimizi televiziyada görüb o qədər ağlayıram ki... Özümdən asılı deyil. Çox istəyərdim ki, onların yanında olum.


Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Atletimiz finala vəsiqə qazana bilmədi 1 Avqust 2021, 11:21 Jirinovskinin növbəti sərsəmləməsinə CAVAB 1 Avqust 2021, 11:14 Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı - VİDEO 1 Avqust 2021, 11:11 Gürcüstanda yoluxma və ölüm sayı artdı 1 Avqust 2021, 11:09 Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Dostların içki məclisi qanla bitdi   1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00 Sabirabadda birmərtəbəli ev alovlandı 1 Avqust 2021, 08:59