Modern.az

Təcili tibbi yardım işçilərinə müddətli əlavələr niyə verilmir? - Agentlikdən cavab

Təcili tibbi yardım işçilərinə müddətli əlavələr niyə verilmir? - Agentlikdən cavab

Aktual

7 May 2021, 11:35

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının işçilərinin əmək haqlarına edilməli olan əlavələri ala bilməmələri ilə bağlı məsələyə münasibət bildirib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, 2020-ci il ərzində bütün tibb müəssisələrində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, həmçinin könüllülərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib:

 

“Fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olmuşdur. Bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib. Cari ilin ilk dörd ayı ərzində koronavirusa yoluxma sayı aşağıdakı diaqramda qeyd olunur:

 

Qeyd edilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib.

 

“Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

 

Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

 

Məlumat üçün bildirək ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü