Arxiv
14 İyun 2021, 11:55 | ANALİTİKA
“Böyük yeddilər” Rusiya və Çinə qarşı BİRLƏŞİR

“Böyük yeddilər”ə daxil olan ölkələrin liderləri Böyük Britaniyada müxtəlif mövzuları müzakirə etdilər. Mövzular içərisində iki ölkə “yerini” qorudu - Rusiya və Çin.

Modern.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, böyük dövlətlərin liderləri əvvəlcə Kremlin siyasətinə baxış etdilər və Rusiya hakimiyyətinə çağırış etdilər: “Dağıdıcı siyasətindən əl çək!”.

“Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərinə qarışmasından tutmuş insan haqlarının pozulmasına qədər bəndlərdən gedir. “Böyük yeddilər”in xarici işlər nazirləri mayın əvvəlində keçirdikləri görüşdə də Rusiyanın siyasətini geniş şəkildə müzakirə etmişdilər. ABŞ-ın dövlət katibi Entoni Blinken həmin toplantıda demişdi ki, Rusiyanı məsuliyyətə cəlb etmək lazımdır.

Buna baxmayaraq, böyük dövlətlərin liderləri Rusiya ilə stabil əsasda əməkdaşlığı davam etdirəcəklərini də bəyan etdilər: “Biz Rusiya ilə qarşılıqlı maraqlara cavab verən tərəfdaş münasibətləri davam etdirəcəyik”.

Böyük dövlətlərin liderlərinin müzakirə etdikləri ikinci dövlət Çin oldu. Liderlər o qənaətə gəldilər ki, Çinə qarşı ortaq baxışın formalaşdırılması lazımdır. Bu qənaətə təsadüfən gəlinilməyib. Misal üçün ABŞ-ın Çinə qarşı mövqeyi sərt olduğu halda bəzi Avopa dövlətləri Pekinin siyasətinə göz yummağa hazırdılar. Buna görə də ABŞ prezidenti Co Bayden bir daha avropalı həmkarlarına çağırış edərək dedi ki, hamı bir nəfər kimi Çinin anti-demokratik siyasətini tənqid etməlidir: “Hərəkətə keçmək zamanıdır””.


Ekspert xatırladıb ki, Co Baydenə Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Tryudo və Fransa prezidenti Emmanuel Makron dəstək verdilər. Almaniyanın kansleri Angella Merkel və İtaliyanın baş naziri Mario Draqi və Avropa İttifaqının toplantıda iştirak edən təmsilçiləri Çinlə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyin lazım olduğunu vurğuladılar.


“ABŞ prezidenti Bayden buna cavab olaraq təklif etdi ki, “böyük yeddilər” Çinin “bir kəmər, bir yol” təşəbbüsünə alternativ proqram hazırlasınlar. Digər tərəfdən Bayden bildirdb ki, dünya ticarətini və texnoloji yeniliklərlə bağlı oyun qaydalarını Çin deyil, ABŞ və Avropa ölkələri müəyyənləşdirməlidirlər. Belə baxanda Vaşinqton artıq üzərinə düşənləri edib. Misal üçün Vaşinqton ABŞ şirkətlərinin bir qisminə Çin şirkətlərinə yatırım qoymağı qadağan edib. Söhbət o Çin şirkətlərindən gedir ki, ABŞ təhlükəsizliyi üçün təhdid yaradır. Vaşinqton “qara siyahıya” 59 şirkəti daxil edib.

“Böyük yeddilər” Çini insan haqları pozuntulrına görə də sərt tənqid etdilər. Yekdil qərar bu oldu ki, Çin bəşəri dəyərlərə əsaslanan insan hüquqlarını kobudcasına pozur və buna qarşı ortaq mübarizə aparmaq lazımdır. “Böyük yeddilik” ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırdılar. Birgə bəyanatda “Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik” ifadəsi yer aldı. Liderlər bəyanatda uyğurları da unutmadılar.

Pekin “böyük yeddilər”ə Böyük Britaniyadakı səfirliyi vasitəsilə cavab verdi. Çinin Böyük Britaniyadakı səfirliyi vasitəsilə yaydığı açıqlamada qeyd olundu ki, bir qrup ölkə dünyanın taleyini həll edə bilməz: “Ölkələrin böyüyü kiçiyi olmamalıdır, təmaslarda hamı iştirak etməlidir. Dünyanın taleyini bir neçə ölkənin müəyyənləşdirdiyi zaman geridə qalıb””.


E.Şahinoğlunun sözlərinə görə, Çin ona görə belə reaksiya verir ki, “böyük yeddilərin” xaricində ona dəstək verəcək dövlətlər var:

"Ancaq məsələ burasındadır ki, Pekinin istəyindən asılı olmayaraq “böyük yeddilər”in əllərində təzyiq imkanları var. Doğrudur, Qərbin sanksiya siyasəti bir sıra hallarda nəticə vermir, ancaq hədəf götürülübsə onu zəiflətmək üçün bütün vasitələrdən istifadə olunur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə sahillərində zəlzələ olub 4 Avqust 2021, 00:44 Çavuşoğlu: "Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi" 4 Avqust 2021, 00:38 Müdafiə nazirinin evinə hücum: 6 nəfər yaralandı 4 Avqust 2021, 00:15 Fars körfəzində insident: tanker ələ keçirildi 3 Avqust 2021, 23:54 Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10