Arxiv
7 İyul 2021, 11:44 | ANALİTİKA
Paşinyan-Putin görüşünün gündəmi və Qarabağda açılan atəş - TƏHLİL

Paşinyan Moskvaya gedir. Nikolun seçkidən sonra hökuməti formalaşdırmadan baş nazir vəzifəsini icra edən şəxs kimi Rusiyaya səfəri bu ziyarətin məqsədini anlamağa imkan verən əsas məqamdır:

- Moskvada müzakirə mövzularından biri olsa da əsas gündəm Rusiya-Ermənistan münasibətləri deyil, əks təqdirdə, Paşinyan hökuməti formalaşdırdıqdan sonra baş nazir kimi rəsmi səfərə gedərdi;

- Əsas gündəm üçtərəfli razılaşmaların icrası və sərhəd məsələsidir: Ermənistanda seçkidən sonra Əliyev-Putin-Paşinyan-Ərdoğan xətti üzrə danışıqlar və erməni rəsmilərin açıqlamaları da bunu təsdiqləyir;

- Nikolun hökuməti formalaşdırmadan Moskvada qəbul edilməsi Putinin Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasında tələsdiyindən irəli gəlir: ruslar prosesin uzanmasının onların iştirakı ilə yaranmış reallığa risklər yaratdığını və üçüncü tərəfin – Qərbin müdaxiləsinə qapı açdığını anlayır; üçtərəfli razılaşmların icrasında problem yarada biləcək tərəf Ermənistandır və Paşinyanla Moskvada müzakirə məsələnin həllinə hesablanıb;

- Moskvada Putin-Paşinyan görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərlərlə bağlı yeni müqavilənin imzalanması da müzakirə oluna bilər: istisna deyil ki, Paşinyandan sonra İlham Əliyev də Moskvaya səfər etsin və Putinlə yeni müqaviləni müzakirə etsin; bu, Rusiyanın vasitəçiliyi ilə liderlərin növbəti görüşdə yekun qərar verə bilməsi üçün lazımdır;

Paşinyanın səfərindən bir gün öncə “sərhəddə atışma” xəbəri və Qarabağda baş verənlər Moskva görüşünün gündəminə hesablanmış gedişlərdir.

“Sərhəddə atışma”: Ermənistan tərəfi iddia edir ki, Geğarnuki bölgəsinin Verin Şorja kəndi istiqamətində (Qaragöl ətrafında) atışma olub və iki erməni hərbçi yaralanıb. Bu iddianın ortaya atılmasında iki məqsəd var:

Birincisi, KTMT-nin öz öhdəliyini yerinə yetirmədiyini göstərmək: KTMT Qara göl ətrafında baş verənlərin hücum olmadığını və bununla prosesə müdaxilə etməyəcəyini açıq şəkildə elan etdi. Ermənistan hərbçilərini “yaralamaqla” hərbi ittifaqa “cavab verir”, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iddia edir ki, “KTMT açıqlaması Azərbaycana hücum üçün imkan yaratdı”. Paşinyan “sərhəd hücumu” ilə Moskvada Putinin qarşısına fakt qoymaq gedişi edir.

İkincisi, yeni müqavilədə Kəlbəcər istiqamətindəki dövlət sərhədinin müəyyənləşməsində (hələki Qara göl ətrafında bunu istədiyini bilirik) Ermənistanın maraqlarının təmin edilməsi: İrəvan Bakını sərhəddə hücum edən tərəf kimi göstərməklə Rusiyaya Ermənistanın təhlükəsizliyinin qarantı olduğunu xatırlatmaq istəyir;

Üçüncüsü, Nikol seçkidən sonra ilk dəfə getdiyi Moskvada bu “faktlar”la əlini gücləndirmək niyyətindədir;

Qarabağda açılan atəş: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlıları tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində atəş açılıb.

Burada əsas ehtimal məlumdur: Moskvada əlini gücləndirmək və istəyinə nail olmaq istəyən Paşinyan “sərhəd hücumu” iddiasının ardınca Qarabağda Rusiyanın sülhməramlı missiyasının əleyhinə olacaq hücum təşkil edir.

Hərçənd, Qarabağda açılan atəşlə bağlı informasiya Bakının Moskvaya mesajlarını da əks etdirir:

  • 1. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri qanunsuz erməni silahlı qruplaşmalara, ümumilikdə bölgənin təhlükəsizliyinə nəzarət edə bilmir;

  • 2. Bu qanunsuz silahlı birləşmələr 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən bölgədən çıxarılmalıdır, əks təqdirdə, Azərbaycan təxribat törədən cinayətkarları zərərsizləşdirəcək.

  • Bakı bununla üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının vacibliyini və Türkiyə hərbçilərinin təmsil olunduğu Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini də diqqətə çatdırır.


    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Jurnalist ev dustaqlığına buraxılmadı 16 Sentyabr 2021, 16:00 Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı - VİDEO 16 Sentyabr 2021, 15:54 Hər iki doza vaksin vurduranların sayı 3 milyonu ötdü 16 Sentyabr 2021, 15:43 Yoluxma kəskin azaldı - 32 nəfər öldü 16 Sentyabr 2021, 15:38 Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında! 16 Sentyabr 2021, 15:36 Avropa Parlamenti Rusiyanı “1 nömrəli təhdid” ELAN ETDİ 16 Sentyabr 2021, 15:33 XTQ ilə bağlı memorandumun əhəmiyyətindən danışıldı 16 Sentyabr 2021, 15:33 “Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR 16 Sentyabr 2021, 15:30 Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi  16 Sentyabr 2021, 15:30 İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub 16 Sentyabr 2021, 15:27 Prezident yol təmirinə 5 milyon manat ayırdı 16 Sentyabr 2021, 15:22 Moskvada halal kəndlər yaradılır 16 Sentyabr 2021, 15:16 “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30
    SORĞU Hansı vaksinə etibar edirsiniz?