Arxiv
20 Sentyabr 2021, 14:48 | ANALİTİKA
Türk Şurasının gücü artacaq(mı?) - ŞƏRH

Türkiyənin hakim partiyasının sədr müavini Binali Yıldırım Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək zirvə görüşündə sədrliyin Türkiyəyə keçəcəyini bildidbi. Binali Yıldırımın sözlərinə görə, növbəti zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq:

“Beləliklə 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Macarıstan başda olmaqla müşahidəçi üzv olmaq istəyən 15 ölkə isə növbədə gözləyir”.


Modern.az
-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Türk Şurasında müşahidəçi olan Türkmənistanın quruma üzvlük istəyi təşkilatın gücünü və cazibəsini artıracaq. Bundan əvvəl Özbəkistan da Türk Şurasına qayıtmışdı.


“Türk Şurasına yeni üzvlərin qəbulu və müşahidəçilərin artımı niyə əhəmiyyətlidir” sualına siyasi şərhçi belə cavab verib:


“Birincisi, qurumun adı Türk Şurasıdırsa, burada türk soyuna və dilinə bağlı bütün dövlətlərin toplanması vacibdir. Əks halda, Türk Şurası tam olmayacaq. Deməli, Türkmənistanın Türk Şurasına qoşulması ilə təşkilat bütün türkdilli dövlətləri əhatə etmiş olacaq.


İkincisi, türkdilli dövlətlər başqa regional təşkilatların da üzvləridir. Bunlardan Avrasiya İqtisadi Birliyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Şanxay Əməkdaşlıq Təşkilatını göstərmək olar. Birinci iki təşkilatda əsas dövlət Rusiyadır, Şanxay Əməkdaşlıq Təşkilatında isə Rusiya ilə yanaşı, Çinin də rolu böyükdür. Rusiya və Çinin türkdilli dövlətlərlə sərhədi var. Bu baxımdan türkdilli dövlətlərin də öz aralarında siyasi, iqtisadi və gələcəkdə hərbi inteqrasiyanı gücləndirmək hədəfi var.


Üçüncüsü, Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi vasitəsilə bir-biri ilə quru yolla birləşəcək. Zəngəzur dəhilizi Mərkəzi Asiyanın tükdilli dövlətləri üçün də vacibdir. Onlar bu yolla Türkiyəyə çıxış imkanı əldə edəcəklər. Eləcə də Türkiyə Zəngəzur dəhlizi və Xəzər dənizi üzərindən Mərkəzi Asiyanın türkdilli ölkələrinə giriş imkanı qazanacaq. Türkmənistanın Türk Şurasına qoşulması səbəblərindən biri də budur. Digər tərəfdən Türkiyə və Azərbaycan Türkmənistan qazının öz ərazilərindən Avropa bazarlarına daşınmasında maraqlıdır. Aşqabad da bunu istəyir. Buna görə də yaxın gələcəkdə Türkmənistan qazının Xəzər dənizinin dibi, o cümlədən Azərbaycan və Türkiyə üzərindən alternativ bazarlara çıxışı müzakirə predmeti olacaq. Bu müzakirələri Türk Şurası çərçivəsində də aparmaq olar.


Dördüncüsü, Azərbaycanın İkinci Qarabağ savaşını qazanmasından sonra Türkiyə ilə siyasi və hərbi ittifaqı güclənib. Türkiyə-Azərbaycan hərbi ittifaqı Mərkəzi Asiyanın türkdilli dövlətlərinin diqqətini cəlb edib. Qazaxıstan və Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyi düşünür. Türk Şurası çərçivəsində türkdilli dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi də mümkündür.


Beləliklə, Türk Şurası çərçivəsində iqteqrasiyanın güclənməsi üçün perspektivlər var. Türk Şurası başqa dövlətlərə qarşı yönəlməyib. Əksinə, Türk Şurası digər dövlətlərlə də əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Təsadüfi deyil ki, ərazisində Tatarıstan, Başqırdıstan, Morvodiya, Tuva, Altay, Çuvaş kimi türkdilli bölgələr olan Rusiya da Türk Şurasına maraq göstərir.


Bu arada, BMT sessiyasına qatılan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Nyu-Yorkun mərkəzində hündürmərtəbəli “Türk evinin” açılışında iştirak edib. Adından da göründüyü kimi “Türk evi” Türkiyə ilə yanaşı, türkdilli dövlət və xalqların ümumi evinə çevrilməli və bu evdə inteqrasiya xidmət edəcək ideya və layihələr müzakirə olunacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46 Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb 25 Oktyabr 2021, 16:40