Arxiv
27 Oktyabr 2021, 16:50 | ANALİTİKA
Ərdoğan-Əliyev görüşü: Türkiyə “qırmızı xətt”i və əsas şərti ELAN ETDİ

Ərdoğanla Əliyev Qarabağ (Füzuli) və Şərqi Zəngəzurda (Zəngilana) iki istiqamətdə addım atdı:


Birincisi, Türkiyə ermənilərin yaşadığı bölgənin gələcəyinin Azərbaycan bayrağı altında həll edilməsi siyasətində Bakının yanındadır və bunun alternativi olmayacaq;


İkincisi, Zəngəzur dəhlizi açılır: Moskvanın istəyi ilə İrəvanın dəyişən mövqeyinin ardınca Bakı və Ankaranın dəhlizin təməlini qoyması layihənin önündə maneələrin aradan qaldırıldığı deməkdir.


Liderlərin mətbuata açıqlamaları da bu yöndə idi: Əliyev “Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”, Ərdoğan “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” dedi. Və hər iki liderin Şuşa Bəyannaməsinə istinad etməsi təhdidlərə qarşı birlikdə mübarizənin davam etdiriləcəyi mesajı idi.


Lakin Ərdoğanın çıxışında iki məqam xüsusilə diqqət çəkir.

  • 1. Kommunikasiyanın açılmasında əsas şərt Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasıdır: Ərdoğanın bildirdi ki, “kommunikasiyanın açılmasından Azərbaycan və Türkiyə ilə yanaşı, Gürcüstan, Ermənistan və İran da yararlanacaq, lakin bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir”.

  • 2. Ankaranın İrəvana şərti var: Ermənistan Azərbaycanla problemlərini həll etdikdən sonra Türkiyə ilə münasibətlər normallaşa bilər.

  • Bu fikirlər Ermənistana və adını çəkməsə də, kommunikasiyanın açılmasında maraqlı olan Moskvaya ünvanlanıb və çıxan nəticələr belədir ki:

  • a) Əliyevlə Ərdoğan Moskvada mümkün üçtərəfli görüşün sərhəd məsələsinin də daxil olduğu gündəliyini müzakirə edib;

  • b) Ərdoğan görüşdən sonra Bakı və Ankaranın şərtini açıqladı:

  • - Ermənistana - blokadadan çıxmağın yeganə yolu sərhədin müyyənləşməsidir;

    - Rusiyaya - kommunikasiyanın açılması üçün sərhədlərin delimitasiya prosesi Azərbaycanın haqlı mövqeyi çərçivəsində aparılmalıdır.

    Türkiyə bununla Azərbaycan sərhədlərinin onun “qırmızı xətti” olduğunu da elan etmiş oldu.

    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?