Arxiv
25 Aprel 2013, 16:29 | MÜSAHİBƏ
Gülər Əhmədova: “İlham Əliyevə və ailəmə arxalanıram” - MÜSAHİBƏ

“Mediaforum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovadan müsahibə götürüb. Eks-deputat ona ünvanlanan  suallardan bir qismini cavablandırıb. Modern.az həmin üsahibəni təqdim edir.

- Səhhətiniz, saxlanma şəraitiniz necədir? İstintaq təcridxanası əməkdaşlarının sizinlə davranışından razısınızmı? Kamera yoldaşınız kimdir? Həbsxanada günlərinizi necə keçirirsiniz? Nəsə yazırsınızmı? Gündəlik, yaxud keçmişlə bağlı xatirələr...

- Özümə qarşı insani, normal münasibət görürəm. Amma mətbuatda yazıldığı kimi lüks şəraitim yoxdur. Televizorum, telefonum da yoxdur. Su sarıdan çox korluq çəkirəm. İsti su həftədə iki dəfə olur. Soyuq su da böyük fasilələrlə verilir. Hərəkətsizlik ucbatından ciddi problemlərim yaranıb, ürək-damar sistemində olan ağrılardan ciddi əziyyət çəkirəm. Mənim bu günümə həsəd aparanlara Allah qismət eləsin.

Günümü namaz qılmaqla, mütaliə etməklə keçirirəm. Hazırda Adam Metsin “Müsəlman intibahı” kitabını oxuyuram. Yalnız Allaha, cənab prezident İlham Əliyevə və ailəmə arxalanıram. “Haqq nazilər, üzülməz!” deyiblər. Allah səbirliləri, zülmə, çətinliyə dözənləri sevir.

- İstintaqın gedişindən razısınızmı? İndiyədək sizi kiminləsə üzləşdiriblərmi?

- Heç kimlə üzləşməmişəm, istintaqdan narazıyam. Aydındır ki, mənim həbsim istintaqın səhvidir. Həyatda hər kəsin səhvi ola bilər. İnanıram ki, istintaq bu səhvini düzəldəcək. Mən böyük intizarla baş prokuror Zakir Qaralovun bu məsələyə müdaxilə edəcəyini gözləyirəm.

- Həbsxana insanın azadlığa, azadlıq dəyərinə yanaşmasını çoxmu dəyişir? Azadlıq həbsdən əvvəl sizin üçün nə demək idi, indi nə anlam daşıyır?

- Həbsxana insanı çox dəyişir. Mənim qaldığım kameradan azca səma görünür. Nə ağacları, nə otları görə bilirəm. Kameradan görünən hissədə, damda barmaqlıqlar arasında bir quş yuvası var. Hələ indiyə kimi quşları bu qədər seyr etməmişdim. Onların azadlığına həsəd aparıram. Kimsə həbsxanaya düşübsə, heç vaxt  kiminsə günahsız yerə bura düşməsinə razı olmaz. Kamera sanki insanı qəbir həyatına hazırlayır. Başqa heç nə ilə müqayisə etmək mümkün deyil.

İnsan azadlıqda olarkən kiminsə həbsə düşməsini sıradan bir iş kimi qarşılayır. Lakin bu amansız həqiqətlə üzləşərkən azadlığın nə olduğunu başa düşürsən. Qadın üçün həbsdə olmaq yüzqat əzabdır. Dözmək mümkün deyil. Bəlkə də Allaha, haqqa olan inamıma görə hələ də yaşayıram.

Məni Azərbaycan siyasətinə gətirən şəxs ulu öndərdir. Bəzən onunla yuxuda danışıram. Sadəcə onun iradəsi və əzmi gözümün qabağına gəlir. 1991-ci ildə parlamentdə ona qarşı isterik vəziyyətdə çıxış edən deputatları xatırlayıram. Gözümün qabağına ən çox gələn epizodlardan biri 20 Yanvar faciəsindən sonra onun ailə üzvləri və bir-iki nəfərlə Moskvada Azərbaycan nümayəndəliyinə gəlməsi, orada olan siması və çıxışıdır. Bunu mənim özümü onunla müqayisə etməyim kimi dəyərləndirmək istəyənlərə indidən cavab verirəm. Örnək bir həyatdan, mənim özümə lider bildiyim bir şəxsdən öyrənmək vacibdir. Belə insanlar, talelər olmasaydı, bəşər övladı çox zəif və ümidsiz olardı.

- Hazırda Fransada yaşayan, lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev sizin də görüntülərinizin olduğu bir neçə video yayıb. Orada sizinlə Elşad Abdullayevin söhbəti əks olunub. Ümumiyyətlə, Elşad Abdullayevi nə vaxtdan tanıyırsınız? Onunla görüşləriniz tez-tezmi olurdu? Siz Elşad Abdullayevlə öz təşəbbüsünüzlə, yoxsa kiminsə tapşırığı, xahişi ilə görüşmüsünüz?

- Allah Elşad Abdullayevə də insaf versin, ürəyinə nida salsın ki, həqiqəti desin, məndən əl çəksin. Elşad Abdullayev də, mən də bilirik ki, o mənə pul verməyib. Dünyada gizli heç nə qalmır. Nə vaxtsa bu da açılacaq.

- Elşad Abdullayev deyir ki, pulu deputat olmaq üçün verib. Kimin deputat olmağını sizin müəyyənləşdirmədiyiniz hamıya məlumdur. Onda necə oldu ki, Elşad Abdullayevlə aranızda belə bir söhbət oldu? Ondan pul almısınızmı? Əgər almısınızsa, nə məqsədlə olub və pul kimə çatıb? Əgər pul almamısınızsa, orada gedən 500 min dollar söhbəti nə söhbətdir?

- Sevinc Babayevanın olmamış bir iş barədə (guya ki, Prezident Administrasiyasında olması) niyə belə bir videoteatrda iştirak etməsi mənim üçün hələ də aydın deyil, bunun səbəbləri hələ də mənə məlum deyil. Elşad Abdullayevin daha sonra yaydığı telefon danışığında Sevinc Babayeva ilkin dediklərini təkzib edərkən Elşad Abdullayevin ona niyə sual vermədiyi də çox maraqlıdır, qaranlıqdır. Elşad Abdullayev bir hüquqşünas kimi Sevincdən soruşmalı idi ki, axı sən əvvəl tamam başqa şeylər danışırdın, pulu Ramiz Mehdiyevə verdiyini deyirdin, indi isə deyirsən ki, pul Ramiz Mehdiyevə çatmayıb... Amma Elşad Abdullayev bu sualı verməyib.

Nə isə, suallar çoxdur… Nə yazıq ki, bu gün bu sualları Sevincə verə bilmirəm.

Ümumiyyətlə, bu videoteatr Azərbaycan üçün yeni bir işdir. Amma beynəlxalq təcrübədə insanların analoji hadisələrə olan münasibəti göstərir ki, bu növ videotəxribatların mövcud olması artıq heç kəs üçün sirr deyil. Müasir informasiya texnologiyaları proqramları vasitəsilə belə təxribatları etmək mümkündür. Konkret bir fakt üzrə misal gətirmək istəyirəm. 2002-ci ildə İsveçrədə Rusiya vətəndaşı olan iş adamı Sergey Mixaylova qarşı sahibkarlıq sahəsində baş vermiş cinayət faktı üzrə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həmin iş üzrə Sergey Mixaylova qarşı yeganə sübut onun kommersiya rəqibinin istintaqa təqdim etdiyi səsyazmalar olmuşdu. Həmin audiokaset Sergey Mixaylova təqdim edilib səsləndirildikdə o bildirmişdi ki, səs onun səsidir, lakin belə bir söhbət olmayıb. Sonrakı araşdırmalar nəticəsində həmin audioyazıların qurama olduğu üzə çıxdı, bu, tam müəyyən edildi. Bu fakt aşkar edildikdə məhkəmənin hökmü ilə Sergey Mixaylova bəraət verildi. Sergey Mixaylov qanunsuz həbsdə saxlandığına görə istintaq orqanını məhkəməyə verdi. Məhkəmə istintaqın Sergey Mixaylova vurduğu maddi və mənəvi ziyana görə ona 1 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxardı. Bütün proses Sergey Mixaylovun xeyrinə yekunlaşdı.

İsveçrədə baş vermiş bu real hadisə əsasında film çəkilib. Mən “Media forum” saytının oxucularını, ümumiyyətlə bütün internet istifadəçilərini “Youtube”, “Yandex”, “My-Hit” kimi populyar portallara daxil olub, axtarış yerində bu sözləri yazmağa çağırıram: “Игра слов. Переводчица олигарха”. Xahiş edirəm bu axtarış nəticəsində çıxacaq filmə baxın, onun həqiqi bir fakt olduğuna şahidlik edin. Həmin kadrda rus aktyoru Aleksandr Baluyev danışır və bu filmin real hadisə üzərində qurulduğu göstərilir.

- Gülər xanım, mərhum Sevinc Babayevanın ölkədən çıxarılmasında rolunuz olubmu? Türkiyədə olduğu müddətdə onunla əlaqə saxlayırdınızmı?

- Sevincin vəfat etməsi məni çox üzdü. Onun ailə üzvlərinin nə deməsindən asılı olmayaraq mənim ona heç vaxt pisliyim keçməyib. Çox təəssuf… Bəlkə də həyatda olsaydı, məni həbs edə bilməzdilər.

- Hakim Yeni Azərbaycan Partiyası sizi sıralarından xaric etdi. Bu baş verməmişdən əvvəl deyirdiniz ki, partiyaya, onun sədri olan prezident İlham Əliyevə sadiqsiniz. Bu gün nə düşünürsünüz? Partiyaya üzv olduğunuz illər üçün təəssüfləndinizmi?

- İlham Əliyevə sadiqəm, ona çox inanıram.

- Bir gün YAP-a qayıda bilərsiniz?

- Mənim əqidəm Heydər Əliyevçilikdir. Partiyadaşlarımın bəzilərinin videolar yayılan dövrdə mənə münasibətindən çox mütəəssir oldum. Açığı, onların məni daha yaxşı tanıdığını düşünürdüm. Çünki YAP üzvü kimi hər zaman bu partiyanın bütün tapşırıqlarını can-başla yerinə yetirmişəm. Nə olar… vaxt gələr, hər şey aydın olar. O zaman yenə də bu məsələyə qayıtmadan görüşərik. Müqəddəs kitabımız “Quran” da “Sizə pislik edənləri bağışlasanız, savab qazanarsınız” deyir. Mən onları bağışladım. Allah bilən məsləhətdir. Biz bir millətin nümayəndələriyik, bizə düşmənçilik yaraşmaz.

- Məhkəməyə verdiyiniz “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edildi. Necə qarşıladınız bu hökmü? Niyə şikayətinizi geri götürmədiniz?

- Nəinki Əvəz Zeynallıya, bütün məhbuslara azadlıq arzulayıram. Allah hamısının qapısını açsın, günahlarını bağışlasın.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21 İlham Əliyev Trampa məktub göndərdi 3 İyul 2020, 16:18 AMEA rəhbərliyi vurusa yoluxmuş alimə kömək edəcəyinə SÖZ VERDİ 3 İyul 2020, 16:12 DİN-dən Ordu bölmələrinin xüsusi karantin rejiminə cəlb olunması barədə AÇIQLAMA 3 İyul 2020, 16:06 Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı AÇIQLANDI 3 İyul 2020, 16:00 “Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat 3 İyul 2020, 15:56 Türkiyə aviasiyası İraqın şimalını bombaladı 3 İyul 2020, 15:49 BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq 3 İyul 2020, 15:48 Qubaya istirahətə gedənlər cərimələndi - FOTO 3 İyul 2020, 15:45 Fransaya yeni baş nazir təyin olundu 3 İyul 2020, 15:43 “Amrahbank”ın sahibinin oğlu HƏBS EDİLDİ 3 İyul 2020, 15:40 Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat etdi 3 İyul 2020, 15:30 Milli Məclis yenidən növbədənkənar sessiya çağırır - SƏBƏB 3 İyul 2020, 15:27 Bu şəhər və rayonlarda məhkəmələrin fəaliyyəti DAYANDIRILDI 3 İyul 2020, 15:24