Arxiv
16 Yanvar 2014, 11:40 | MÜSAHİBƏ
Faiq Həsənov: “Harri Kasparovun Azərbaycan haqqında çıxışları çox düzgün idi” - MÜSAHİBƏ

Şahmat Federasiyasının vitse-prezidenti: “CNN-nin əməkdaşı azərbaycanlı uşağa uduzdu”

Azərbaycanın tanınmış şahmatçısı, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Modern.az saytına müsahibə verib.

– Bütün sahələrdə olduğu kimi şahmatda da problemlər qalmaqdadır. Hazırda əsas problemimiz federasiyanın yer məsələsidir. Federasiya üçün Şahmat Sarayı tikilməlidir. Bunun üçün Prezident göstəriş verib. Dövlət Proqramında da nəzərdə tutulub. 2009-2014-cü illər üçün “Şahmatın inkişafına dair Dövlət Proqramı”na əsasən, bir çox işlər görülür. Yalnız bir məsələ qalıb – Sarayın tikilməsi.

Ötən illərlə müqayisədə ölkədə şahmat çox inkişaf edib. Xüsusilə bölgələrdə keçirilən hər turnirdən sonra marağın artdığını görmək olur. Prezidentin iştirakı ilə şahmat məktəbləri açılır. Köhnə məktəblər təmir edilib daha da gözəlləşir və yeniləri tikilib istifadəyə verilir.

Bir haşiyə açım: CNN-nin bir qrup əməkdaşı çəkiliş aparmaq üçün gəlmişdi. Onlar düşünürdülər ki, burada hamısı formal şeylərdir, hər şeyi çəkilişə görə təşkil etmişik. Onlara məsləhət gördüm ki, bölgələrdəki şahmat məktəblərinə baş çəksinlər. Quba-Xaçmaz bölgəsindəki məktəbdə olarkən CNN-nin əməkdaşı bildirdi ki, “mən bu uşaqlardan biri ilə oynamaq istəyirəm”. Oynadı və uduzdu. Daha sonra təklif edilən oyunçularla oynamaqdan imtina etdi, dedi ki, “hər şey aydındır...”.

– Orta məktəblərdə şahmat dərslərinin keçirilməsi məsələsi nə yerdədir?

– Dövlət Proqramının icrasında bəzi problemlər var. Qərarda göstərilir ki, 2014-cü ilin sonuna qədər şahmat bir fənn kimi tədris edilsin. Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində 2 ildir ki, bu işlər aparılır. Orta məktəblərdə şahmat bir fənn kimi artıq tədris olunmağa başlayıb. Bununla əlaqədar kadr problemi yaranacaq. Çünki fənni tədris edəcək müəllimlər lazımdır. Kim gəldisə orada dərs deyə bilməz. Bunu üçün mütəxəssis olmalıdır. Düşünürəm ki, rayonlarda olan şahmat məktəblərini bu işə cəlb etmək lazımdır. Bildiyiniz kimi, yeni nazir təyin olunub. Bununla bağlı danışıqlarımız olacaq.

– Şahmatın idman növü kimi inkişafı üçün Azərbaycanda hər bir şey varmı?

– Ümumiyyətlə, şahmat idman növü üçün xüsusi bir avadanlıqlar tələb edilmir. Yalnız şahmat, şahmat saatı və şahmat lövhəsi. Əsas turnir vaxtı oyunları internetə yerləşdirmək üçün elektron saatlar, lövhələrdir. Bu da bizdə var. İstənilən turniri birbaşa internetə veririk və dünyanın istənilən nöqtəsində yarışları izləmək olur. Dövlət Proqramında var ki, bütün məktəblər təchizat işlərinə xüsusi diqqət yetirsin. Bu səbəbdən Təhsil Nazirliyi bütün şahmat məktəblərinə elektron lövhələrə qədər verib.

– Bəs Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün şərait varmı?

– Bəli. Bu turnirlər mütəmadi keçirilir. İki ənənəvi turnir. Biri Naxçıvanda, digəri Bakıda. Ümummilli lider H. Əliyevin xatirəsinə həsr edilmiş turnir aprel ayının axırı may ayının əvvəli keçirilir. Həm təşkilinə, həm tərkibinə görə yüksək səviyyəli turnirlərdən hesab edilir. 20-dən çox ölkə burada iştirak edir. İştirakçıları ən güclü şahmatçılar, keçmiş dünya çempionları olur. Həmin turnirlərdə ötən il 4 Avropa çempionu iştirak edib. Bu yarış FİDE-nin ən güclü yarışlarından hesab edilir. Müstəqillik günü ilə bağlı Bakıda keçirilən turnir də çox böyük marağa səbəb olub. Bu turnir artıq 5 dəfə keçirilib. 300-dən çox iştirakçı vardı. “At b, c” turnirində 8, 10, 12, 14, 16 yaşa qədər uşaqlar oynayır. Bu turnirdə əmsal az olur, “C turniri”ndə isə güclülər yarışır.

– Ermənilər özlərinin şahmat məktəbi ilə öyünür. Bu reallıqdır, yoxsa mif?

– Ermənistanda güclü şahmatçılar var. Bunu danmaq olmaz. Şahmat Ermənistanda 1 nömrəli idman növüdür. Serj Sarkisyan eyni zamanda Şahmat Federasiyasının prezidentidir. Bu səbəbdən də ölkədə şahmatın inkişafına daha çox diqqət ayrılır. Sarkisyan bütün diqqətini şahmata verib. Buna baxmayaraq, komandamız Avropa çempionu oldu, ermənilər isə 4-cü yerə çıxdı.

– Qloballaşma dövrünün sürəti şahmata hansı dərəcədə təsir edib?

– Həyat elədir ki,hər şeylə ayaqlaşmaq lazımdır. Klassik oyun 6 saat dvam edir. Şahmatın klassik oyundan başqa sürətli növü var. Bu zaman oyunçuya 6 saat verilmir. 1 saat ərzində oyunçuya sürətli oynamaq imkanı verilir. Həm oyun tez başa çatır, həm də TV vasitəsilə yayımlamaq olur. Çünki ,şahmatı hər adam 6 saat izləmir. Bu həm vaxt baxımından yaxşıdır, həm də geniş auditoriya qazanmaq üçün əlverişlidir. Daha çox tamaşaçı qazanır şahmat.

– Harri Kasparov haqqında nə deyərdiniz?

– Kasparov Azərbaycanın yetişdirməsidir. Heydər Əliyev ona lazımi köməklik edib. Bakıdan getdikdən sonra Moskvada mehmanxanada qalırdı. Daha sonra ona ev tikdilər və ora köçdü. Kasparovun Azərbaycan haqqında çıxışları çox düzgün idi. Azərbaycana qarşı olan təcavüzü qəbul etmirdi. Sonralar ola bilsin ki, təsir altına düşüb fikirlərini dəyişdi. Bununla belə, o, həmişə Azərbaycanda olmağa can atır. 2016-cı ildə Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək. 180-dən çox ölkənin şahmatçılarının burada iştirakı nəzərdə tutulub. Kasparov burada iştirak etmək arzusunda olduğunu  bizə bildirdi.

Gülşən Raufqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17 Ərdoğan Trampı buna da məcbur etdi 18 Oktyabr 2019, 21:44 Şahin Mustafayev Çinə bu məqsədlə gedir 18 Oktyabr 2019, 21:27 “Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN 18 Oktyabr 2019, 21:15 “YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan 18 Oktyabr 2019, 20:59 Məşhur idmançı Azərbaycanı belə təbrik etdi - FOTO 18 Oktyabr 2019, 20:58 Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub 18 Oktyabr 2019, 20:45 Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı 18 Oktyabr 2019, 20:05 Nazir onlara mükafatlar təqdim etdi - FOTOLAR   18 Oktyabr 2019, 19:57 XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq   18 Oktyabr 2019, 19:47 Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandı - FOTO 18 Oktyabr 2019, 19:38 "Azərsu" sədri Lənkəranda sakinləri qəbul edib - FOTO 18 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib 18 Oktyabr 2019, 19:18 Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir - FOTO 18 Oktyabr 2019, 19:10 Əcnəbi mütəxəssislər Gömrük Akademiyasında olublar - FOTO 18 Oktyabr 2019, 19:01 Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO 18 Oktyabr 2019, 18:55 Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək 18 Oktyabr 2019, 18:46 "Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək   18 Oktyabr 2019, 18:37 “Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR 18 Oktyabr 2019, 18:28 Mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat AYRILACAQ 18 Oktyabr 2019, 18:19 ARDNF Milandakı ofis binasını satdı 18 Oktyabr 2019, 18:10 Dövlət büdcəsindən 40 şəhər və rayona dotasiya ayrılmayacaq - SİYAHI 18 Oktyabr 2019, 18:01 Proqnoza baxmadan istirahətə getməyin - İstirahət günlərinin HAVASI 18 Oktyabr 2019, 17:56 Avropa Birliyinin  rəhbəri ağladı 18 Oktyabr 2019, 17:53 Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları 18 Oktyabr 2019, 17:42 Ərdoğan Putinlə görüşünün məqsədini izah elədi 18 Oktyabr 2019, 17:39 Büdcədə sosial müdafiə və sosial təminat xərcləri üçün vəsait artırılır 18 Oktyabr 2019, 17:37