Arxiv
7 May 2015, 15:21 | MÜSAHİBƏ
Ayaz Mütəllibov: “Vəfa Quluzadə haqqında danışmağı özümə rəva görmürəm” - MÜSAHİBƏ

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az saytına müsahibə verib.

- Ayaz müəllim, neçə vaxtdır telefon zənglərimizə cavab vermirsiniz. Başınız nəyə qarışıb?

- Heç bir problem yoxdur. Sadəcə olaraq evdə yazı-pozu işləri ilə məşğul oluram. Kitablarıma, müsahibələrimə göz gəzdirərəm.

- Yəqin ki, yeni kitab üzərində də işləyirsiniz...

- Hazırda bir neçə kitab üzərində işləyirəm. Bunlar həyatıma, gördüyüm işlərə, müxtəlif hadisələrə həsr edilib. Kitabların adları isə hələlik sirr olaraq qalsın.

- Prezidentliyiniz dövründə sizin müşaviriniz olan tanınmış diplomat Vəfa Quluzadə bir neçə gün öncə vəfat edib. İstərdik onunla bağlı xatirələrinizi də bölüşəsiniz.

- Allah rəhmət eləsin! Ölənin dalınca hər hansı şəkildə danışmaq düzgün deyil. Buna görə də onun barəsində nəsə deməyi özümə rəva görmürəm.  

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda durğunluq yaranıb. Siz bu durğunluğun perspektivini necə qiymətləndirirsiniz?

- Mən əminəm ki, proses bizim xeyrimizə nəticələnəcək. Dağlıq Qarabağ probleminin siyasi yolla həlli bizə uduş gətirəcək. Azərbaycanın qüdrəti, dünyada bizə olan hörmət onu göstərir ki, biz əvvəl-axır siyasi danışıqlarda qalib gələcəyik.

- Siz dediyiniz sülh danışıqları bir nəticə vermir, belə olan təqdirdə hərbi varianta keçilə bilərmi?

- 1992-ci ildə də belə bir fikir var idi ki, genişmiqyaslı əməliyyatlarla torpaqlarımız azad oluna bilər. 1990-cı illərin əvvəllərində mən isə başqa fikirdə idim. Mən həmişə deyirdim ki, Qarabağ münaqişəsinin açarı Moskvadadır.

O vaxt Sovet Moskvasında, bu gün isə Rusiyanın paytaxtı Moskvada. Çünki münaqişəni yaradan Moskva özüdür. Bu günün özündə də Qarabağ probleminin həllində Rusiyanın öz yeri var.

Biz isə nə SSRİ zamanında, nə də postsovet dövründə Moskva ilə əməlli-başlı işlədik. Hamı deyirdi ki, Azərbaycan müstəqil olduğundan hər şeyi bacarar. Fikirləşirdilər ki,  Qərb Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə tənzimləyəcək. Bu cür məntiqə uyğun olmayan iddialar bizim işimizə xələl gətirdi.

İllər keçib, indi də regiona ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri gəlib, biri gedir. Ancaq ortada heç bir nəticə yoxdur. Fikrimcə, ölkə prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasət öz xeyirli nəticəsini verəcək.

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13