Modern.az

Şahzadə futbolçulara "Rolls Royce" hədiyyə etdi 

Şahzadə futbolçulara

Dünya

25 Noyabr 2022, 21:24

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə milli komandasının hər bir oyunçusuna Qətərdə keçirilən dünya çempionatında qalib gəldikləri üçün "Rolls Royce Phantom" markalı avtomobil hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Indonesia Posts" nəşri yazıb.

 

Avtomobilin qiyməti 460.000-550.000 dollar arasında dəyişir.

 

Qeyd edək ki, noyabrın 22-də Səudiyyə Ərəbistanı yığması Argentinaya 2:1 hesabı ilə qalib gəlib. Qələbə münasibətilə noyabrın 23- ü krallıqda bayram günü elan edilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu