Modern.az

Vitse-spiker Rusiyaya xəbərdarlıq etdi: Daxili işlərimizə qarışmayın!

Vitse-spiker Rusiyaya xəbərdarlıq etdi: Daxili işlərimizə qarışmayın!

Dünya

12 İyul 2024, 15:22

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinə ölkənin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.

Modern.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu vitse-spiker jurnalistlərin sualını cavablandırarkən deyib.

“Ermənistan və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər hakimiyyət tərəfindən ölkənin maraqları naminə həll edilir”, - A.Arşakyan qeyd edib.

Arşakyan onu da deyib ki, İrəvanın ikitərəfli münasibətlər çərçivəsində Moskvadan cavab gözlədiyi suallar var.

“KTMT-nin fəaliyyəti, Ermənistanın təhlükəsizlik sistemi və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrası və ya yerinə yetirilməməsi ilə bağlı münasibətlərdə problemlər var”, - deyə Arşakyan bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri