Modern.az

Fransa "Sezar"ı Azərbaycana da satmaq istəyib, biz imtina etmişik - ŞƏRH

Fransa

Analitika

18 İyun 2024, 13:30

Ermənistan və Fransa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.

Belə ki, Ermənistan Fransa və Almaniyanın birgə şirkəti olan KNDS ilə müqavilə imzalayıb. Bu şirkət Fransanın Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi "Sezar" özüyeriyən silahlarını istehsal edir.

Bəs hərbi-texniki əməkdaşlıq nəyə hesablanıb? "Sezar" özüyeriyən artileriya qurğularının hansı fərqli xüsusiyyətləri var?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq məsləsi yeni deyil:

"Vaxtilə məhz sərhədə viziual kəşfiyyatçılar göndərəndə də onları texnika ilə təchiz eləmək üçün piyada döyüş maşınlarını göndərdilər. İndi də nəyin bahasına olursa-olsun regionda qalmaq məqsədilə mütləq şəkildə Ermənistanı digər silahlarla da təchiz etmək istiqamətində addım atırlar. Onlar bilirlər ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Lakin buna alternativ olaraq silahlı qüvvəllərin yaradılması istiqamətində bu addımları atırlar. Məram və məqsəd regionda qalmaq, silahlı münaqişələrdə iştirak etmək,sülhün bərqərar olmasına mane olmaq, eyni zamanda nəyin bahasına olursa-olsun Rusiyanı regiondan çıxarmaqdır. Fransanın məkrli siyasətinin məramı məqsədi bundan ibarətdir. Fransanın həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya qarşı atdığı addımlar bundan ibarətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbədən sonra Fransa iqtisadi, siyasi, hərbi baxımından Qarabağ ərazisində çox itkiləri olub".

 

A.Nağıyev vurğulayıb ki, Azərbaycan ərazj bütövlüyünü qorumağa hazır vəziyyətdədir:

 

"Daha doğrusu öz nüfuzunu itirib.İndi o nüfuzu geri qaytarmaq üçün Ermənistandan vasitə kimi istifadə olunur. Bundan öncə Ermənistan Hindistanla da silah almaq üçün müəyyən müqavilələr bağlamışdı. Proseslər davam edəcək. Fransanın Gürcüstanda, Azərbaycanda siyasəti fiaskoya uğrayıb, ona görə də birmənalı şəkildə məhz Ermənistandan istifadə etməyə çalışır. Maraqlı məsələdir ki, NATO-nun üzvü, Avropa Birliyinin aparıcı ölkəsi olan Fransa İranın sərhədlərinə bu qədər silah-sursat yığır, lakin İran susur. Bu məsələlər Fransanın Avropadakı son seçkilərdə də məğlubiyyəti, digər məslələrdə əsas istiqamət kimi götürülür. Qarşı tərəfin döyüş hazırlığına biz hər tərəfli şəkildə hazırıq. Öz suverenliyimizi, ərazi bütövlüyümüzü daim qorumağa hərtərəli hazırlığımız var".

 

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, başqa ölkələrə də "Sezar" silahı verilib:

 

"Azərbaycana qarşı düşmənçilik siyasəti yeridən Fransanın 30 illik işğal tarixinə malik olan, hələ də 4 kəndimizi işğal altında saxlayan Ermənistanı silahla dəstəkləməsi məni heç də təəccübləndirmir. Xatırladıram ki, "Sezar" özüyeriyən artileriya qurğuları daha əvvəl də bir neçə ölkəyə verilib. Məsələn bu gün sözügedən hərbi texnikadan Ukraynada istifadə olunur. Lakin 155 millimetrlik özüyeriyən artileriya qurğuları heç də Ukrayna ordusunun imkan və potensialını daha üstün səviyyəyə daşımağa yardım etmədi. Bunlar döyüş əməliyyatları zamanı düşmənin atəş vasitələrini, döyüş texnikalarını, canlı qüvvələrini, hərbi obyektlərini məhv etmək üçün istifadə olunur".

Ədalət Verdiyev bu silahı daha əvvəl Fransanin NEXTER şirkətinin Azərbaycana satmaq istədiyini söyləyib:

Azərbaycanda keçirilən ADEX 2018 sərgisi zamanı bu artileriya qurğularını istehsal edən şirkətin rəhbərliyi ilə görüşlərimiz olmuşdu. NEXTER "Sezar" özüyeriyən artileriya qurğularını Azərbaycana satmaq istıyirdil. Onların bütün səylərinə baxmayaraq, Azərbaycan tərəfi doğru qərar qəbul edərək, bu şirkətin Mərkəzi Asiya “Nexter Systems” şirkətinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Filip Devid ilə heç bir münasibət qumadı. Bu vasitələrdən Azərbaycan tərəfi tamamilə imtina etdi".

Whatsapp
Bizə yazın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı