Kriptovalyuta əsaslı proqnoz platforması Polymarketdə naməlum investor Rusiya Prezidenti Vladimir Putinin 2026-cı il dekabrın 31-dək vəzifəsini tərk edəcəyinə 370 min dollar mərc edib.
Modern.az xəbər verir ki, söhbət Putinin göstərilən tarixədək prezident postunu tərk edib-etməyəcəyi ilə bağlı açılmış proqnoz bazarından gedir.
Məlumata görə, investor bu ssenarinin baş verəcəyinə böyük məbləğdə vəsait yatırıb. Hazırda proqnoz bazarında Putinin 2026-cı ilin sonunadək prezident postundan gedəcəyinə verilən ehtimal aşağı səviyyədə qiymətləndirilir.
Qeyd edək ki, Polymarket istifadəçilərin siyasi hadisələr, seçkilər, iqtisadi göstəricilər və digər aktual mövzular üzrə proqnozlar verməsinə və pul mərc etməsinə imkan yaradan platformadır. Burada formalaşan ehtimallar rəsmi sorğu və ya proqnoz deyil, istifadəçilərin mərc davranışına əsaslanır.
