Arxiv
26 Dekabr 2011, 13:35 | MÜSAHİBƏ
Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”

Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. Azərbaycan Milli Məclisinin sabiq sədri. Nüfuzlu beynəlxalq tibb cəmiyyətlərinin üzvü, yüzlərlə elmi əsərin müəllifi, Azərbaycan Respublikasının Əməkdar həkimi, Əməkdar elm xadimi... Siyahını çox uzatmaq olar. Amma oxucunu çox intizarda saxlamamaq üçün elə buradaca xatırlatma edirik ki, söhbət Azərbaycan ictimaiyyətində eks-spiker kimi tanınan Yaqub Məmmədovdan gedir.
Yaqub Məmmədov Modern.az saytının başladığı “Karyera” layihəsinin ilk qonağıdır.

Rubrikamızın qayəsinə uyğun olaraq Y.Məmmədovun əmək fəaliyyətini hərtərəfli təqdim edəcəyik. Onu da qeyd edək ki, Yaqub müəllimin elmi fəaliyyəti ilə geniş ictimaiyyət o qədər də tanış deyil. Halbuki o...

1966-ci ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında Azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyur. "Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür. 370-dən artıq elmi əsərin müəllifidir. Onun elmi-tədqiqat işləri nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın bütün şöbələrində funksiyada vəhdətliyi haqqında yeni elmi konsepsiya irəli sürülüb. O, Azərbaycanda "Limfoloqlar" məktəbinin banisidir.

Onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılıb və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilib. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

Yaqub Məmmədovu 2003-cü ildə Kembric Bioqrafiya Mərkəzi 21-ci əsrə qədəm qoyan dünyanın 2000 tanınmış alimi sırasına salıb.

2004-cü ildə isə ABŞ Bioqrafiya İnstitutu 500 tanınmış alim sırasında görüb onu.     

Bəs bütün bu nailiyyətlər, uğurlar necə əldə olunub. Y,Məmmədov öz karyerasını qurmaq üçün hansı çətinliklərdən keçib? Bunları Modern.az-a Y.Məmmədov özü danışır.

- İnsan karyerasını qurmağa haradan başlamalıdır?

- Mənə elə gəlir ki, hər şey lap kiçik yaşlarından başlamalıdır. Məsələn, mənim atam uşaqlıqdan bizə oxumağı, çalışqan olmağı təbliğ edib və tələbkar olub. Mən orta məktəbdə oxuyarkən məktəbin ictimai içlərində fəal içtirak etmişəm. Bütün oxuduğum müddətdə əla qiymətlərlə oxumuşam. Məktəbi qurtaran vaxtı Politexnik İnstitutunda arxitektura fakültəsinə getmək istəyirdim. O zaman mənim qardaşım Tibb İnstitutunda oxuyurdu, tələbə idi. Həm onun, həm də atamın məsləhəti ilə sənədlərimi Tibb İnstitutuna verdim və qəbul olundum.

- Bəs qardaşınız indi haradadır?

- Qardaşım çox cavan rəhmətə getdi. O da elmi işlə məşğul idi, doktorluq müdafiə etmişdi. Diplomunu ala bilmədi. Qırx iki yaşında vəfat etdi.

- Bildiyimizə görə, valideynləriniz savadlı adamlar olmayıblar.

- Bəli, atam, anam sadə kəndli olublar. Atam dülgər olub, anamsa kolxozda işləyib, sonra da evdar qadın olub. Savadsız adamlar olublar. Amma məndən böyük qardaşlarım hamısı oxuyub. Ali təhsil alıblar. Bir qardaşım İqtisadiyyat universitetini bitirib. O universitetdə də uzun müddət kafedra müdiri olub. Hazırda da orda dərs deyir. Mənim atam savadsız olmağına baxmayaraq, çox mütərəqqi fikirli adam olub. O həmişə bizə tövsiyyə edərdi ki, oxumaq savadlı olmaq lazımdır. Həm də sovet hakimiyyəti dövründə bilirsiniz ki, təhsilə çox böyük diqqət yetirilirdi. Hətta vaxtilə ucqar kəndlərdən gedib camaatı zorla gətirib ali məktəblərdə oxudurmuşlar. Atam həm də tələbkar olub. Və hər şeyin nicat yolunu da oxumaqda, təhsildə görüb. Bizi də belə istiqamətləndirib.

- Müsahibələrinizin birində demisiniz ki, Bakıya ilk dəfə yük maşınının arxasında gəlmisiniz...

- Bəli, o vaxtlar nəqliyyat vasitəsi də tapmaq çətin idi, avtobus yox idi. Gərək gələydin Şamxor rayonunda qatar stansiyasına, o da böyük bir problem idi, şətin idi. Ona görə mən də Gədəbəy rayonundan yük maşınının üstündə, acıq havada gəlmişəm Bakıya ilk dəfə.

- Tələbəlik illərinizdə maddi çətinlik çəkmisinizmi?

- Tələbəlik illərində əlbəttə ki, əksər tələbələr kimi bizim də maddi çətinliyimiz olub. Ancaq mən elə birinci kursdan əlaçı olduğuma görə təqaüd almışam. Bu da bir tərəfdən maddi vəziyyətimizə müsbət təsir edib. Digər tərəfdən də qardaşlarım işləyib, bizə həmişə kömək edib. Ona görə də o qədər də ciddi maddi çətinliyim olmayıb.

- “Dayınız” da olmayıb?

- Mən həyatımın bütün dövrlərində nə əldə etmişəmsə, öz zəhmətimlə, öz çalışqanlığımla əldə etmişəm. Heç vaxt “dayım” olmayıb. İnstituta qəbul olanda elə birinci kursdan məni fakültənin həmkarlar ittifaqına sədr seçiblər. Bu da taledir. Heç özüm də gözləmirdim. Sonra institut komsomol təşkilatının katibi seçiblər. Sonra partiya katibi və ilaxır. Mənim bütün bu proseslərdə heç bir dayım, əmim başqa heç bir köməkçim olmayıb. Ola bilsin bu tale yazısıdır. Amma müəllimlərim mənə kömək edib. Mənim o vaxt dekanım var idi - Səfiyar Məmmədzadə. Çox ədalətli bir insan idi. Mənim ictimai-elmi fəaliyyətimdə onun böyük köməyi olub. Bunu mən heç vaxt unuda bilmərəm.

- Siyasətə gəlişiniz də taleyin işi olub, yoxsa əvvəlcədən belə bir arzunuz var idi?

- Kommunist Partiyasının üzvü idim. İnstitutu fərqlənmə diplomu ilə qurtardım. Onda artıq 13 elmi işim dərc olunmuşdu. Bunların hamısını nəzərə alaraq elmi şura qərar verdi ki, məni aspiranturada saxlasınlar. Ondan sonra da kafedrada partiya təşkilat katibi seçildim. Yəni məndən müəyyən mənada asılı olmayaraq, bütün həyatım paralel olaraq həm elmi, həm də ictimai fəaliyyətim bax belə, qoşa qanad kimi inkişaf etdi. İctimai fəaliyyətdə mən qarşıma elə bir məqsəd qoymamışdım. Ancaq elmi fəaliyyətdə qarşıma məqsəd qoymuşdum ki, elmlər doktoru, professor olana qədər çalışım. Tale elə gətirdi ki, mən həm ictimai fəaliyyətdə həm elmi fəaliyyətdə qoşa qanad kimi irəlilədim, inkişaf elədim. Pis-yaxşı uğurlarım oldu. Elmdə professor, institutun rektoru, prorektoru və ilaxır dərəcələrə çatdım. Sonra Ali Sovetin deputatı, Ali Sovetin sədri, prezident səlahiyyətlərini icra etməyə qədər yüksələ bildim. 

- Tibb İnstitutunun rektoru olmusunuz. Heç rüşvət almısınız?

-
Heç vaxt rüşvət almamışam. Heç kim deyə bilməz ki, Yaqub Məmmədova mən nəyinsə müqabilində rüşvət vermişəm. Heç vaxt ola bilməz elə şey.

- Amma kimlərəsə “dayılıq” eləmisinizmi?

- Təmənnasız olaraq çoxlu insanlara “dayılıq” eləmişəm. Saysız-hesabsız insanlara kömək eləmişəm.

- İndi dəb düşüb.. Gənclər ailə quranda qohum olacaqları ailəni elə seçirlər ki, karyeralarına da kömək eləsin bu izdivac. Sizdə necə olub?

- Mənim çoxlu imkanlarım da olub, elə təkliflər də olub. Çox böyük ailələrlə qohum olmaq üçün təkliflər olub mənə. Ancaq mən o yolu tutmamışam. Necə elmdə, ictimai-siyasi həyatda hər şeyi özüm qazanmışam, eləcə də ailə məsələsində hər şeyi özüm qurub yaratmışam. Evimizin çəngəl-bıçağına qədər də hər şeyi özüm almışam. Özüm ayaq üstdə durandan sonra ailə qurmuşam və özümün tanıdığım bir ailə ilə qohum olmuşam.

- Karyera qazanmaq üçün insanda başlıca keyfiyyət nə olmalıdır?

- Birinci növbədə insan zəhmətkeş olmalıdır. Çalışqan olmalıdır, işdən çəkinməməlidir. Gecəni-gündüzə qatmalıdır, zəhmət çəkməlidir. Sədaqətli, səmimi olmalıdır. Özünə qarşı da, ətrafına qarşı da tələbkar olmalıdır.

- Bundan sonra hansı mərtəbəyə yüksəlmək istəyərdiniz?

- O haqda heç nə düşünmürəm. Mən bütün mərtəbələri keçmişəm. Bundan sonra da taleyimdə nə yazılıbsa, o olacaq.

- Siyasi karyeranızı uğurlu hesab edirsiniz?

- Müəyyən dərəcədə edirəm, müəyyən dərəcədə etmirəm. Yəni tam müsbət ya tam mənfi qiymət vermək olmaz. Hər halda mənim kimi heç bir arxası, dayağı olmayan olmayan, uzaq kənddən gəlmiş bir insanın o səviyyələrə gəlib çıxmasını mən uğurlu hesab edirəm.

- Həyatda səhvləriniz olub?

- Ölkəyə rəhbərlik etdiyim dövrdə səhvim olub. Kadr təyinatlarında düşünürəm ki,  səhvlərə yol vermişəm. Məsələn, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi kimi iki güc strukturunun rəhbərliyini müxalifət təmsilçilərinə vermişəm. Onlar da etimadı doğrultmayıblar. 

- O dövr üçün darıxırsınızmı?

- Darıxmıram xeyr, olan olub, keçən keçib. O da bir tale yazısı idi. Qismət oldu, işlədim, sonra da qayıtdım öz sənətimlə, işimlə məşğul olmağa.

- Vəzifədən gedəndən sonra dostlardan, qohumlardan soyuqluq hiss etdinizmi özünüzə qarşı?

- Təbii ki... Həm elə yaxın qohum-əqrəbanın, həm də kənarda olan dostlarımızın çoxları itdi-batdı. Bu nə isə bizim xalqın adətindədir. Vəzifədə olanda başına çox toplanırlar, vəzifədən gedəndən sonra dağılışırlar. Bu tək mənim başıma gələn əhvalat deyil, elə mənim tanıdığım çoxlu insanların başına gələn işdir. Nə isə bizim xalqın mentalitetində belə bir xüsusiyyət var.

- Siyasi karyeranızı bitmiş hesab etmək olar, yoxsa?...

- Hər şey şəraitdən asılıdır. Onsuz da həyatımız o qədər siyasiləşib ki, istər-istəməz  siyasətin içindəyik. Ancaq böyük siyasətə qayıtmaq, o mənlik deyil. İşlərin gedişatı göstərər...

Qızılgül Abdinova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47