Arxiv
2 Avqust 2019, 15:40 | REPORTAJ
Rusiya azərbaycanlılarını qorxuda saxlayan “desantçılar günü” - “Bazarlara hücum edirdilər”

Hər il avqustun 2-si Rusiyada Hava Desant Qüvvələri Günü kimi qeyd edilir.

 

Bir neçə il bundan qabaq Rusiyada yaşayan azərbaycanlılar ilin bu günü qəribə mənzərə ilə qarşılaşdıqlarını deyirdilər. Səbəb isə desant gününü bayram edənlərin Qafqaz və Mərkəzi Asiyadan gələn miqrantalara qarşı aqressiya nümayiş etdirməsidir. Çünki ənənəvi olaraq küçələrə çıxan desantçılar bazarlara, o cümlədən, azərbaycanlılara məxsus ticarət pavilyonlarına hücum edirdilər.

 

Maraqlıdır, bu gün də Rusiyada desantçıların günüdür. Hazırda Rusiyada yaşayan azərbaycanlılar hər hansı narahatlıqla üz-üzə qalıblarmı?

 

Rusiyanın Surqut vilayətində yaşayan və Xanti-Mansiysk Muxtar Dairəsi Yuqra üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Azad Seyidov Modern.az-a açıqlamasında məhz bu gün desantçıların artıq hücum etmədiklərini söyləyib.

 

“1990-cı illərin əvvəlində desantçılar günü küçəyə çıxmaq Rusiyada yaşayan azərbaycanlılar və dağıstanlılar üçün yaxşı nəticələnmirdi. Azərbaycanlıların çoxu bazarlarda meyvə-tərəvəz satmaqla məşğul olduqlarından desantçılar həmin gün bazarlara hücum edib “qaraları əzməklə” məşğul olurdular. Son illərdə isə bu “ənənə” aradan qalxıb. Çünki polis bu gün gücləndirilmiş iş rejimində çalışır. Küçələrə səpələnmiş desantçılar hər hansı neqativ hallara yol verə bilmirlər. Həmçinin, əvvəllər qeyri-millətlərdən olanlara hücum çəkənlər əsasən içkili vəziyyətdə olanlar idi”.

 

Azad Seyidovun sözlərinə görə, bir neçə il əvvəl aidiyyatı qurumlara bu cür neqativ hallarla bağlı müraciət etdiyini də bildirib:

“Bir neçə il bundan qabaq  hər hansı formada narahatlıq yaranmasın deyə güc strukturlarına müraciət etmişdim. Çünki qeyri-millətlərdən olanları bu formada aşağılamaq olmaz. İndi isə belə hallar baş vermir. Əvvəla, bu gün insanlar işə çıxmırlar. Çalışırlar ki, ictimaiyyət arasına çıxmasınlar. İkincisi isə  küçələrə çıxıb qaydaları pozanlar sərt cəzalandırılır. Hər tərəfdə polis dəstəsinə rast gəlmək mümkündür. Ona görə də kimsə cəza almasın deyə, qeyri-millətlərdən olanlara qarşı təhlükə yoxdur”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31