Arxiv
30 Oktyabr 2019, 13:51 | ANALİTİKA
Fərid Şəfiyev: “Erməni məsələsi xarici siyasətdə alət kimi istifadə edilir” - ŞƏRH 

ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır və beləliklə, tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək.

Modern.az xəbər verir ki, bu fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev söyləyib.

F.Şəfiyev qeyd edib ki, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur. Ümumilikdə bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyyətçi lobbidən asılı vəziyyətə düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular - müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyyətçi amillərin təsiri altına düşüb və bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.

“Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası, ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq. Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”, - deyə F.Şəfiyev qeyd edib.

Mərkəzin sədri deyib ki, Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi, erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampın taleyi həll olunur 22 Yanvar 2020, 00:27 Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı 22 Yanvar 2020, 00:11 ABŞ-da dəhşətli virus aşkarlandı 21 Yanvar 2020, 23:55 Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 23:42 Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı 21 Yanvar 2020, 23:23 Prezident “Naxçıvan” və “Qoşadaş”ın birgə işlənməsinə razılaşdı 21 Yanvar 2020, 23:12 Universitetdə yanğın olmayıb - FHN 21 Yanvar 2020, 22:54 İlham Əliyev AYİB sədri ilə görüşdü 21 Yanvar 2020, 22:37 Şirvanda yaşayan məcburi köçkünlərdən Vüqar Bayramova böyük etimad - FOTO 21 Yanvar 2020, 22:20 Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO 21 Yanvar 2020, 22:06 Azay Quliyev seçicilərin problemlərini dinlədi - FOTOLAR 21 Yanvar 2020, 21:50 Rusiyada yeni hökumətin tərkibi bəlli olub 21 Yanvar 2020, 21:36 İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03
SORĞU Yeni parlamentdə kimlər olsun?