Arxiv
29 Noyabr 2019, 08:24 | REPORTAJ
Ata olmaq niyə çətinləşib? - Kişi sonsuzluğu ilə bağlı MÜSAHİBƏ

Uşaq qığıltısı ailələrin bəzəyidir. Amma bəzən bu qığıltını eşitmək asan olmur. Cütlüklər nə qədər istəsələr də, hər çarəyə baş vursalar da, körpə səsinə, körpə gülüşünə həsrət qalırlar. Bir çox hallarda qadınlar “günahlandırılsalar” da, kişilərdə də sonsuzluq hallarına çox rast gəlinir. Hətta “Medikus” klinikasının androloqu Namiq İsmayılov kişi sonsuzluğunun qadın sonsuzluğuna nisbətən daha çox yayıldığını deyir. Modern.az saytı onunla söhbəti təqdim edir:

 

Kişi sonsuzluğu qadın sonsuzluğundan çoxdur!


“Mən deyərdim ki, süni mayalanma üçün müraciət edən hər 10 cütlükdən 8-9-da problem kişilərdən, sperma ilə bağlı problemlərdən qaynaqlanır. Bu gün cəmiyyətdə qadının üzərinə daha çox yüklənirlər. Halbuki, kişi sonsuzluğu daha çox yayılıb. Amma bir məsələ də var ki, qadın problemi daha çətin həll olunur. Kişidə toxum yoxdursa, azdırsa, bir dənə də olsa, onu tapıb mayalandırmaq mümkündür. Amma qadında turbalıqlar götürülübsə, yumurtalıq yoxdursa, bu zaman nə etmək olar ki?”.

 

İsti yerlərdə işləyən kişilərin sperma göstəriciləri aşağı olur?!

Bəs görəsən, kişi sonsuzluğu nədir? - “Bir il mütəmadi cinsi əlaqə yaşayan kişinin uşağı olmursa və problem kişidən qaynaqlanırsa, bu, kişi sonsuzluğudur. Sonsuzluq diqnozu qoymaq üçün ilk olaraq spermoqramma aparılır. Sperma iki üsulla yoxlanır. Öncəliklə toxumun konsentrasiyası, sayı, sürətli spermatazoidlərin faizi aşkarlanır. Kryuger üsulu ilə spermoqrammada isə neçə faizinin yaralı, neçə faizinin yararsız olduğu, yəni toxumun morfoloji yararlılığı aydınlaşdırılır. Spermoqramma 2-3 günlük cinsi pəhrizdən sonra aparılır. Bu müayinəyə gəlməzdən öncə kişilər buxar hamamına, saunaya getməsələr, spirtli içkidən, siqaretdən, radiasiyadan uzaq olsalar, yaxşı olar. Çünki bu amillər spermanın göstəricilərinə təsir göstərir və düzgün olmayan nəticələr əldə oluna bilər. Həmçinin spermoqramma müayinəsindən öncə stressdən də uzaq olmaq lazımdır. Əgər kişi stressli bir dönəm yaşayırsa, bu zaman analizləri təxirə salsın. Ola bilər ki, yolda gələndə kiminləsə sözü çəp düşür, əsəbləşir, bu da spermaya təsir göstərir, cavablarda  sperma sıfır belə ola bilər. Və ya gedib buxar vannası qəbul edib, səhəri gəlib analiz verir, bu da spermaya təsir edir. Göstəricilər çox aşağı olur. Ümumiyyətlə, kişinin hansı işdə işləməsinin də sperma göstəricilərinə təsiri böyükdür. Məsələn, çörəkbişirmə sexində işləyən, saunada massajist işləyən insanlarda toxum zəif olur. Çünki isti mühitdə çalışırlar. Temperaturun 2-3 dərəcə qalxmağı belə spermatogenezi pozur”.

 

Vaxtında diaqnoz qoyulmazsa...



Namiq İsmayılov kişi sonsuzluğunun səbəbləri arasında ilk növbədə damar genişlənməsinin olduğunu söyləyir:

“Kişi spermasına ən böyük zərbə vuran amillərdən biri damar genişlənməsidir. 99 faiz hallarda bu, sol tərəfdə olur. Çünki kişi cinsiyyət orqanı venoz baxımından simmetrik deyil. Sol tərəfdə xayadan qalxan venalar qanı birbaşa böyrək venasına verdiyinə görə, orada təzyiq yuxarı olur və qanı geri qaytarır, bu zaman xayada sperma istehsal edən hüceyrələrdə daim oksigen çatışmazlığı olur. Bunu skratal doppler müayinəsində aşkar edirik. Xəstəni ayaq üstə və oturaq vəziyyətdə gücəndiririk. Bu zaman qanın geri atması reflüks adlanır. Qanın neçə saniyəyə geri atılmasına baxırıq. 2 və 3-cü dərəcəli reflükslər varsa, 2-3-cü varikoz genişlənmələr var, məsləhət olunur ki, elə insanlar əməliyyat olsunlar. Ümumiyyətlə, son vaxtlarda damar genişlənməsi çox yayılıb. Son bir neçə ayda 20-30 yeniyetmə oğlanı bu diaqnozla əməliyyat etmişik. Damar genişlənməsi nə qədər tez aşkarlanarsa, o qədər effekt əldə etmək olar. Çünki 2 və 3-cü dərəcəli damar genişlənmələri xayanın inkişafını dayandıra, toxumu sıfıra endirə bilər, onu isə sonra demək olar ki, bərpa etmək olmur”.

 

Fast-fud qidalar sonsuzluq yaradır!

Uroloq-androloq kişi sonsuzluğuna səbəb olan ikinci ən böyük amil kimi infeksion xəstəlikləri göstərir:

“Xüsusən də çoxpartnyorluluq, müxtəlif infeksiyalara yoluxma da kişilərin ata olmaq şansını azaldır. Üçüncü yerdə hormonal faktorlardır. Prolaktinin yüksək olması, testesteronun aşağı düşməsi, TSH, T4, tiroid vəzinin problemləri də spermatogenizi zəiflədə bilər. Metabolik sindromlar, qidada həddən artıq şəkərdən, hidrokarbonatlardan istifadə də testesteronun miqdarını azaldır. Digər bir səbəb isə düzgün olmayan həyat tərzi, oturaq mühit, idmanla məşğul olmamaq, zərərli vərdişlər, düzgün olmayan qidalanma, artıq çəki, yuxusuzluq və sairdir. Günü-gündən açılan fast-fudlar birbaşa təsir edir. Özü də tək kişilərə yox, elə qadınlara da mənfi təsir edir. Fast-fudla yanaşı, qazlı içkilər də sağlamlığın düşmənidir və hər iki cinsdə nəsilartırma qabiliyyətini zəiflədir. Bir də görürsən, gənc bir xanım 5-6 yaşlı uşaqlarını götürüb aparır fast-fud yedizdirməyə. Bu uşaqların gələcək sağlamlığını  düşünmək dəhşətlidir.  Ümumiyyətlə, normal qidalarda belə keyfiyyət o qədər aşağı düşüb ki... Hələ mən istifadə etdiyimiz yağların keyfiyyətindən heç danışmaq istəmirəm. Şəkər də bizim düşmənizmidir. Qəndi, ümumiyyətlə, rasiondan çıxarmaq lazımdır. Ən yaxşı halda baldan istifadə etmək olar. Amma onu da həddən çox qəbul etmək düzgün deyil. Yaxşı olar ki, kişilər, ümumiyyətlə cinsindən asılı olmayaraq bütün gənclərimiz qış aylarında D vitamini qəbul etsinlər”.

 

“Svinka” sonsuzluğa səbəb olur!


Uroloq-androloq sonsuzluq səbəbləri arsında uşaq vaxtı edilməyən peyvəndləri və nəticədə keçirilən xəstəliklərin fəsadını da bildirir:

“Uşaq vaxtı keçirilən Parotit A xəstəliyi sonsuzluğa səbəb olan çox ciddi bir xəstəlikdir. El arasında bu xəstəliyə “svinka” və ya “qulaqdibi” də deyirik. 1,5 və 6 yaşlı uşaqlar bu xəstəliyə qarşı peyvənd olmalıdırlar. Amma bugün sonsuzluqla bağlı müraciətləri araşdıranda bəzən görürük ki, uşaq vaxtı peyvənd olunmayıb, “svinka” xəstəliyini keçirib və bu gün də nəticə göz önündədir. Çünki bu xəstəlik birbaşa xayalara vurur. Həmçinin “svinka” qədər olmasa da, uşaq vaxtı keçirilən digər xəstəliklər də önəmlidir. Ona görə peyvəndlərə barmaqarası baxmaq olmaz”.

 

“Qaragünlü” olmaq da sonsuzluğa təsir edir...


Hansı xəstəliyi, hansı problemi qaldırırsan, altından stress çıxır. Heç ola bilər ki, sonsuzluğa səbəb olan amillər arasında stress olmasın?

“Stressin olması bədənə kortizol ifrazını artırır, bu da öz növbəsində testesteronun miqdarını azaldır. Nəticədə, mayalandırma qabiliyyətinin aşağı düşməsi ilə sonlanır. Problem içində yaşayan insanlar var ki, el arasında onlara “qaragünlü” də deyirik. Onlarda xoşbəxtlik hormonu ifraz olunmur, maddələr mübadiləsi getmir, belə insanlarda qocalma da sürətli baş verir. Təbii ki, onlarda sperma göstəriciləri də aşağı olur. Müxtəlif texnologiya nümunələri, hətta bəh-bəhlə istifadə etdiyimiz “wi-fi” belə spermanın keyfiyyətinə təsir edən amillərdəndir”.

 

Bu kişilər ata ola bilməzlər!


Namiq İsmayılov bir çox hallarda kişi sonsuzluğunu aradan qaldırmağın, süni mayalanma yolu ilə olsa belə, onları övlad sahibi etməyin mümkün olduğunu deyir. Amma elə hallar var ki, orada bütün çarələr tükənmiş olur...

“Xayaların hipoplaziyası zamanı artıq heç bir çarə qalmır. Hipoplaziya bir və ya hər iki xayanın inkişafdan qalmasıdır. Normada xayaların həcmi 10 kubdan yuxarı olmalıdır. Hipoplaziya zamanı isə, onlar inkişaf etmir. Ona görə də yeniyetmə oğlan uşaqları daim androloq nəzarətində olmalıdırlar ki, xayaların inkişfında hər hansı problem varsa, vaxtında aradan qaldırılsın.  Bəzən həkimlər olur ki, heç bir şansı olmasa da, belə kişiləri əməliyyat edirlər. Onların həm ümidlərini, həm pullarını alırlar. Ümumiyyətlə, cinsi orqan əyri də olsa, prostarit də olsa, yenə də bu hallarda ümid var, toxum götürüb süni mayalandırma etmək olar. Əsas amil odur ki, toxum olsun. Bəzən də xayanın həcmi normaldır, amma orada toxum yoxdur. Bu, azoosperimiya adlanır. Bu zaman isə süni yolla toxum alırıq”.

 

Qadında cəmi 500, kişilərdə milyonlarla...


Yaş amili qadınlarda ana olmaq şansını azaltsa da, Namiq İsmayılov kişilərdə belə bir problem olmadığını deyir:

“Düzdür, yaş artdıqca, kişilərdə testesteronun miqdarı azalır, bu da toxumun sintezinə mənfi təsir edir. Amma 70-80 yaşlı kişilərin də uşağının olması normal haldırsa, demək ki, yaş amili o qədər də önəmli deyil. Amma qadınlarda vəziyyət fərqlidir, onlarda folikulların sayı məhduddur. Yetkinlik yaşına çatmış bir qadın klimaks dövrünə qədər təxminən 500 dəfə menstruasl sikl keçirir. 500 ovulyasiya baş verir. Daha sonra isə onun yumurtahüceyrə rezervuarı bitir və mayalandırma qabiliyyəti yox olur. Bəzən də polikistoz hallarında bir menstrual sikldə 1 əvəzinə 10-15 folikul xaric oluna bilər. Bu da yumurta rezervuarını azalda bilər. Kişilərdə isə spermanı saymaq mümkün deyil, onlar milyonlarladır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25