Modern.az

Koronavirusun dünyanı dəyişən trendləri - FOTOLAR

Koronavirusun dünyanı dəyişən trendləri - FOTOLAR

18 Mart 2020, 14:00

Koronavirusun pandemiya halı alıb, dünyanın az qala hər yerinə yayılması bütün sahələrə olduğu kimi insanların sosial həyatına da  təsirsiz ötüşmür. Xəstəlik səbəbi ilə görülən tədbirlər, yaranan narahatlıq dünyanın fərqli mənzərə almasına gətirib çıxarıb.

 

Modern.az koronavirus dövründə baş verən və görməyə adət etmədiyimiz hadisələri təqdim edir:

 

Koronavirus səbəbi ilə bütün dünyada maska istifadəsində böyük bir artım oldu. Pandemiyanın moda həftələrinə təsadüf etməsi məşhur markaların da gündəmə uyması ilə müşahidə olundu. Belə ki, təkcə sadə maskalar deyil, bahalı markaların üz maskaları da diqqət cəlb etməyə başladı.

 

Bəzi ölkələrdə marketlərə müştəri axını artıb. Koronavirus panikası insanları gözlənilən karantin vəziyyəti üçün evlərinə qida ehtiyatı almağa sövq edir. Ən son belə hal 2012-ci ilin 21 dekabr tarixinin dünyanın sonu olacağı ilə bağlı yayılan xəbərlər zamanı yaşanmışdı.

 

Virusun arealının genişlənməsi turizm sahəsinin də iflic vəziyyətə gəlməsinə səbəb oldu. İlin bütün fəsillərində ziyarətçilərlə dolub-daşan məşhur yerlər artıq boş qalıb.

 

İtaliya Çindən sonra ən böyük can itkisinə məruz qalan ölkədir. Bu səbəbdən italyanlar bir-birlərinə dəstək məqsədilə mahnı fləşmobu başlatdılar. Karantin səbəbindən evlərindən çıxa bilməyən İtaliya əhalisi koronavirusla psixoloji mübarizə məqsədilə balkon və pəncərələrdə mahnı oxuyaraq, musiqi alətində ifa edərək, oynayaraq pozitivliyi qorumağa çalışır.

 

Koronavirusla mübarizədə ən vacib tədbir əllərin təmiz saxlanmasıdır. Bu səbəbdən insanlar əllə salamlaşmaq əvəzinə alternativ salamlaşma növlərinə yönəlib: ayaqla, dirsəklə, Namaste.

 

Təmassız salamlaşma trendinə qoşulanlar arasında hətta dünya liderləri belə var.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi