Modern.az

Rusiyada 3 qatar toqquşdu - VİDEO

Rusiyada 3 qatar toqquşdu - VİDEO

Dünya

28 İyul 2020, 21:27

Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryol qəzası baş verib. 

 

Modern.az “spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomativin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

 

Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb. 

 

Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryol xətti sıradan çıxıb.

 

Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.

 

“Oktyabrskaya” Dəmir Yolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi