Arxiv
16 Sentyabr 2020, 09:30 | MÜSAHİBƏ
Türkiyənin azərbaycanlı həkimi: “O qədər mürəkkəb bir virusla üz-üzəyik ki…” - MÜSAHİBƏ

Aynur Quliyeva: “Koronavirusun müalicəsində önəmli dəyişiklik gözləyirik”  

 

Bu ilin əvvəlindən dünya COVID-19 adlı virusla mübarizə aparır. Hələ ki dünyanın ən inkişaf etmiş ölkələri və beynəlxalq səhiyyə sisteminin də qarşısında aciz qaldıgı koronavirus hər ay demək olar ki, yeni xüsusiyyətini ortaya çıxarır. Virusun ilk yayıldıgı vaxtlarda daha çox yaşlı insanlar risk kateqoriyasına daxil edilirdisə, indi vəziyyət başqadır. “Virusa gənclər yoluxmur” arxayınlıgı durumu daha agır hala gətirdi. Hətta bu arxayınlıq uşaqlara da aid edilə bilməz.
Bu günlərdə məktəblər və bagçalar mərhələli şəkildə açılmaga başlayır. Türkiyənin Mərmərə Universitetində çalışan uşaq xəstəlikləri həkimi Aynur Quliyeva ilə bu həssas dönəmdə virusun uşaqlar üzərindəki təsirindən danışdıq. Modern.az onunla söhbəti təqdim edir:

- Aynur xanım,  COVID-19 virusu bir neçə aydır dünyanı çənginə alıb. Son zamanlar Türkiyədə yoluxma yenidən artıbn. Öncə ondan başlayaq ki, yoluxmanın artması insanların qaydalara əməl etməməsi ilə bağlıdır, yoxsa koronavirusun xüsusiyyəti budur?  

- Bildirniz kimi, COVID-19 ilk olaraq Çində ortaya çıxdı və qısa müddətdə dünyaya yayıldı. İlk başda bunun qısa müddətli olacağı və ya mövsümlə əlaqədar azalacağı düşünülsə də, sonra əksini gördük. İlk başlanğıcda insanlar bilmədiyi bir xəstəliklə qarşı- qarşıya idi, sonra yavaş yavaş bu xəstəlikə uyğunlaşmağa başladılar, belə desək, virusa adət etdilər. Bir növ virusu qəbul etdilər, qorxuları azaldı. Bu da tədbirsizliyə gətirib çıxardı. Bu hal bütün dünyada eyni cür oldu. İnsanlar artıq qapalı həyat tərzini rədd edirlər.  Bu xəstəliyin daha nə qədər davam edəcəyi bilinmir.  Uzun müddətli karantin rejimi həm cəmiyyətin axınına, həm də insanların psixoloji vəziyyətinə mənfi təsir edir. Durumun iqtisadi zərəri də başqa bir məsələdir. O uzdən artıq həyat normallaşmaga məcbur idi. Amma biz buna kontrollu yaşam deyirik. Təəssüf ki, bəzi insanlar konturolsuz yaşamı seçdikəri üçün virusa yoluxma artır.

İnsanlar bu xəstəliyin ciddiliyinin  fərqində olub qaydalara əməl  etməlidirlər ki, virus ən az ziyanla keçib getsin. Düşünün, silahınız yoxdu və düşmənin önündə müdafəsizik.

- Siz uşaq agciyər xəstəlikləri həkimisiniz. Pandemiya yayılandan belə bir deyim var: uşaqlar koronavirusa yoluxmur. Sizcə koronovirus yaş ayrımı edirmi? 

- Bu xəstəlik hər yaşda insanlarda aşkar oluna bilər. Hətta yeni doğulan körpə uşaqlarda da görülüb. Amma böyüklərə nisbətən uşaqlarda daha az aşkarlanır və yüngül formada keçir. Bu o demək deyil ki, uşaqlarda ağırlaşma yoxdur, bəzən uşaqlar da xəstəliyi ağır keçirir. Xüsusilə yan xəstəliyi olan uşaqlara ciddi təsir edir.  

- Allergiyası, ağciyər xəstəliyi, bronxit və astması olan usaqların digər sağlıqlı uşaqlara nisbətən bu virusa yoluxması daha risklidirmi? 

-
Virus immunitetlə savaşır. İmmuniteti zəif olanlar virusa uduzur. Amma digər viruslardan frqli olaraq COVID-19 ağciyərdə daha fəal çalışır və mübarizə aparır. Ağciyər infeksiyası və ağırlaşma əsas xüsusiyyətidir.  Astma və ağciyərə bağlı xəstəliyi olan uşaqlar ona görə daha həssaslıqla qorunmalıdır. Amma o qədər mürəkkəb bir virusla üz-üzəyik ki, bir də görürsən heç bir xroniki xəstəliyi olmayan insan da ağırlaşır və dünyasını dəyişir.  Ona görə koronovirusla bağlı konkret danışmaq olmur. Hər gün xarakter dəyişən virusla bağlı məsləhət vermək də çətindir. Sadəcə, 14 qayda var ki, hamımız onlara əməl edərək yaşamağa davam etməliyik.  

- Məktəblər və bağcalar açılır. Təbii olaraq ailələr narahatdır. Uşaqlar necə qoruncaq? Maska taxılmalıdırmı?  

- Özümüzü və uşaqları  bu xəstəlikdən qorumaq bizim vəzifəmizdir, Onlara təmizliyə riayət etməyi, əlləri tez-tez yumağı, ağız və buruna maska taxmagı aşılamaq lazımdır. Uşaqlara dərs oxumaq necə vacibdirsə, təmizlik və virusdan qorunma qaydaları da o qədər önəmlidir. Düzdür, məktəblərdə uşaqlara bu qaydalara əməl etmək asan olmayacaq. Amma əməl olunması üçün çalışılmalıdır. Maska taxmaq isə 5 yasından sonra məsləhət görülür. Kiçik uşaqlarda ağciyər tam formalaşmadıgı üçün maska onlara mane olar və ağciyər inkişafına təsir edə bilər.  

- Koronovirus peyvəndi hələ tapılmayəb. Amma digər peyvəndlər var. Bu aralar Türkiyədə pnevmaniya peyvəndinə tələb artıb. Qrip peyvədi isə oktyabr ayında başlayacaq. İndidən əczaxanalar tələbin bir neçə dəfə artdığını deyir. Sizcə, bu peyvəndlər  vurulmalıdırmı?

- Peyvənd mövzusuna gəldikdə, bu, çox önəmli bir nüansdır. İndiyə kimi görülən ağır xəstəliklərin bəzilərinə qarşı peyvənd tapılmış və bunun nəticəsində qarşısı alınmışdı. Əgər COVID-19 infeksiyası bəzi digər xəstliklərlə birlikdə olarsa, sağalmaq ehtimalı çox-çox azalır. Ona görə xroniki bronxit, diabet və başqa ciddi xəstəliyi olan insanlar pnevmaniya peyvəndi vurdursa, həyati önəm qazanar. Onu da qeyd edim ki, hal-hazırda Türkiyədə COVID-19-a qarşı peyvənd axtarışları aparılır. Qısa müddətdə xəstəliyin  gedişatında önəmli dəyişiklik  gözləyirik. 


Məhsəti Şərif,
Türkiyə  

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ" "Neftçi"yə məğlub oldu 20 Sentyabr 2020, 22:13 COVID-19 pandemiyasının bitəcəyi tarix açıqlandı 20 Sentyabr 2020, 21:53 Türkiyədə son sutkada 61 nəfər koronavirusdan öldü 20 Sentyabr 2020, 21:30 “Məğlubiyyətlər qaçılmazdır” - Rəşad Sadıqov 20 Sentyabr 2020, 21:16 Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlandı 20 Sentyabr 2020, 21:04 Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR 20 Sentyabr 2020, 20:54 ABŞ nüvə silahlarını Avropadan çıxarmaq istəmir 20 Sentyabr 2020, 20:39 Yol qəzası mərkəzi prospektdə tıxaca səbəb olub 20 Sentyabr 2020, 20:16 Ali məktəblərə ixtisas seçiminin MÜDDƏTİ uzadıldı 20 Sentyabr 2020, 20:01 “Siyasətlə bağlı fikirlərimiz çox haçalandı” - Deputat 20 Sentyabr 2020, 19:21 Azərbaycan Premyer Liqasının TƏQVİMİ 20 Sentyabr 2020, 18:36 Yeznə ov zamanı qaynını güllələyib 20 Sentyabr 2020, 18:01 Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” - Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR 20 Sentyabr 2020, 17:36 İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli HADİSƏ 20 Sentyabr 2020, 16:50 Bakıda tozun miqdarı normadan artıqdır - RƏSMİ 20 Sentyabr 2020, 16:29 Məşhur teleaparıcı vəfat etdi 20 Sentyabr 2020, 16:15 İlham Əliyevdən neftçilərə TƏBRİK 20 Sentyabr 2020, 15:44 Baş nazir müavini koronavirusdan öldü 20 Sentyabr 2020, 15:34 Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil” 20 Sentyabr 2020, 15:31 Gürcüstanda və Ermənistanda da koronaviruslu xəstələrin sayı artıb 20 Sentyabr 2020, 15:27 Azərbaycanda koronavirusla bağlı son statistika: 146 yoluxma, 154 sağalma 20 Sentyabr 2020, 15:16 Etibar Əliyev xanım deputatı müdafiə etdi 20 Sentyabr 2020, 14:36 Bakcell neftçiləri təbrik etdi 20 Sentyabr 2020, 13:53 Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI 20 Sentyabr 2020, 13:45 Qarabağ icmasının sədri: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 20 Sentyabr 2020, 13:08 Qaret Beyl yenidən “Tottenhem”də 20 Sentyabr 2020, 12:51 Koronavirusla Mübarizə Fonduna yığılan vəsait artıb - Ən çox pul KÖÇÜRƏNLƏR 20 Sentyabr 2020, 12:46 Sabahın hava PROQNOZU 20 Sentyabr 2020, 12:45 Sosial şəbəkələrdə böyük izləyici kütləsi toplayan qazaxlı uşaq - FOTO 20 Sentyabr 2020, 11:45 Bakıda yoluxmaya görə öndə gedən rayonlar... - SİYAHI 20 Sentyabr 2020, 11:36 Koronavirusla bağlı 8 peyvənd sınaqların sonuncu mərhələsindədir   20 Sentyabr 2020, 11:15 Azərbaycanda yaş, cins bölgüsü üzrə virusa yoluxma, sağalma və ölüm... 20 Sentyabr 2020, 10:52 Bir şəklin tarixçəsi - Azərbaycanın 3 prezidenti və Ramiz Mehdiyev... 20 Sentyabr 2020, 10:43 Bölgələr üzrə koronavirusa yoluxma - Birinci yerdə Bakı, sonuncu yerdə... 20 Sentyabr 2020, 10:34 Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR 20 Sentyabr 2020, 10:15