Arxiv
24 Sentyabr 2020, 17:59 | MÜSAHİBƏ
Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, görkəmli ictimai-siyasi xadim Vurğun Əyyubun ölümündən 1 il ötür.


Ötən il sentyabrın 24-də son mənzilə yola salınan Vurğun Əyyubun dəfn mərasimində onun vəsiyyətinə uyğun olaraq cənazəsi üzərində “Ruhani” havası ifa olunub, sonra isə vidalaşmağa gələnlərin alqışları ilə qəbiristanlığa yola salınıb. Əlbəttə ki, bu, Vurğun Əyyubun saz, aşıq sənətinə olan vurğunluğundan irəli gəlirdi.


Vurğun Əyyubun dəfnində “Ruhani” ifa edən aşıq Şəhriyar Qaraxanlı Modern.az-a müsahibəsində dəfndə saz çalmağın böyük məsuliyyət tələb etdiyini deyib. Şəhriyar Qaraxanlının əməkdaşımızla söhbətini təqdim edirik: 


- Şəhriyar bəy, neçə ildir aşıqlıq sənəti ilə məşğulsunuz?

- Mən 8 yaşımdan saz çalmağı öyrənmişəm. İlk olaraq öz kəndçim, Tovuz rayonu Qaraxanlı kəndindən olan aşıq Ramin Qaraxanlı bu sənəti mənə öyrədib. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə Aşıq sənəti ixtisasına qəbul olundum. Buranı bitirdikdən sonra düşündüm ki, mütləq bir ustada qulluq etmək lazımdır. 5 il aşıq Əli Quliyevin şagirdi olmuşam.

Saz sənəti ustaddan gələn sənətdir. Bu gün şagird öyrədən ustadlar demək olar, yoxdur, olanlar da rəhmətə getdi. Mənim özümün bir neçə şagirdim olub. Gələcəkdə istedadlı uşaqlar görsəm, bildiyimdən onlara da öyrətməyi böyük zövqlə edərəm.


- Bilirik ki, Vurğun Əyyub sazla dəfn olunmağı özü vəsiyyət etmişdi. Necə oldu ki, onun son arzusu olan “Ruhani”ni siz ifa edəsi oldunuz?


- Vurğun bəyin ölümündən bir həftə əvvəl ziyarətinə getmişdik. Mən, dostumuz Mehman Əhməd və digər dostumuzla birlikdə onun görüşündə idik. Xəbərsiz getmişdik. Vurğun bəy yuxulayırdı, birdən oyandı və məni başının üstündə görəndə, dərhal saz havası çalmağı xahiş etdi. Biz onunla əvvəldən tanış idik. Dəfələrlə dərs dediyi universitetə dəvət edib, ifamı dinləyib, hətta sazla əlaqədar dərslərində qonaq olmuşam. Rəhmətliklə əlaqələrimiz çox yaxşı idi.

Elə həmin gün 1-2 saz havasını dinləyən kimi Mehman Əhmədə tapşırdı ki, mənim başıma bir iş gəlsə, sazla götürərsiniz. Onun bu vəsiyyətini ailəsi də bildi, hər kəsə agah oldu. Onun son əhdini yerinə yetirdik.



- Amma bu cür dəfndə saz çalınması hər kəs tərəfindən birmənalı qarşılanmadı. Bununla bağlı sizə irad bildirənlər oldumu?


- Əlbəttə. Bəzi insanlar sazla dəfn mərasimi keçirilməsini başqa cür qarşıladılar. Amma inanın ki, əsas Vurğun bəyin ruhunun şad olmasıdır. Son mənzilə yola salınan Vurğun Əyyub idi, hər birimizin sevimlisi, dərin hörmət bəslədiyimiz ziyalımız. Biz onun son arzusunu necə yerinə yetirməyə bilərdik. Onun istəyinə görə, “Ruhani” ifa etdik.


- Buna qədər başqa dəfn mərasimində saz çaldığınız hal olubmu?


- Bəli. Rəhmətlik aşıq Xanların oğlu, mərhum Aşıq Azər Xanlaroğlunun dəfnində saz çalmışam. O da vəsiyyət etmişdi. Həmişə deyirdi ki, “mən öləndə, başımın üstündə bir saz havası çalarsan”. Onu son mənzilə yola salanda aşıq Roman Azaflı və mən - hərəmiz bir hava çaldıq. İlk dəfə elə onun dəfnində saz çalmışam.


- Adətən, saz şən məclislərin, toy-düyünlərin musiqi aləti kimi yadda qalır. Ona görə düşünmək olar ki, dəfndə saz çalmaq, həm də böyük məsuliyyət, ürək tələb edir. Siz hansı hissləri keçirdiniz?


- Saz hər zaman şənlik məclislərində əlimizdə olub. Saz xoş günlərimizin yada düşəni olub. Amma saz həm qəmimiz, həm də dəmimizdir. Saz bizə dəmli – yaxşı günümüzdə də, qəmli – pis günümüzdə də lazımdır. Dəyərimizdir.

Bir aşıq üçün təbii ki, dəfn mərasimində saz çalmaq çətindir. Üstəlik ölən şəxs sənin yaxının, sevdiyin, dəyər verdiyin, hörmət etdiyin insandırsa, lap ağırdır. Gözünün qarşısına gətirirsən ki, ölən adam bu cür insan olub. Xatirələrini yadına salırsan. Bir tərəfdə də insanların ağlaşması, ah-naləsi qulaqlarında, gözünün qabağındadır. Mən Vurğun bəyin dəfnində sazı, “Ruhani”ni  - təranəni çəkəndə xanımlar elə ağrılı, yanğılı səs qopardılar ki... Tələbələrinin naləsi göyə qalxdı. Təbii ki, o zaman adamın əl-ayağı əsir, içindən onlara qoşulub, ah çəkmək gəlir. Amma özünü toplamağa məcbur olursan. Mərhumun istəyi, son arzusu sənin əlindədir, reallaşdırmaq lazımdır. Çox çətindir, biz bunu yerinə yetirməliyik.



-  Vurğun Əyyubdan əvvəl Aşıq Azər Xanlaroğlunun, Aşıq Ədalətin saz havası ilə dəfn edildiyini bilirik. Ümumiyyətlə, bu ənənə nə zamandan var?


- Bizim aşıqlarımızın böyük əksəriyyəti sazla dəfn edilib. Məsələn, Aşıq Əkbər Cəfərovu Tovuzda dəfn edəndə ustadım Əli Quliyev saz çalıb. Zəlimxan Yaqubun da dəfni aşıqların xor “Layla” ifası ilə keçirilib. Aşıq Xanların da dəfni sazla olub. Bu nümunələr çoxdur. Sazla dəfn olunma köhnə hadisədir. Yeni bir şey deyil. Son zamanlar isə əsasən aşıqların formalaşdırdığı bu ənənəni ziyalılar, yazarlar, şairlər də, saz sevən hər kəs vəsiyyət edir.


- Bunun ənənə halına gəlməsini saza verilən dəyər kimi qəbul edə bilərikmi?


- Əlbəttə, saza verilən dəyər kimi də qəbul etmək olar. Sazla yaşayan insanlar ürəyindən keçir ki, öləndə də sazla dəfn edilsinlər. Hər adam deməz axı, məni saz havası ilə dəfn edin. Hər adam istəməz ki, öləndə dəfnində çal-çağır olsun. Deməli, o adamlar fərqli, seçilən insanlardır.

Allah bütün ölən ustadlarımıza, ziyalılarımıza rəhmət eləsin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin 25 Oktyabr 2020, 15:38 Yəmənli alimlər Qarabağla bağlı çağırış etdilər 25 Oktyabr 2020, 15:27 Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini  qoruyacaq 25 Oktyabr 2020, 15:15 Bakıda 554 küçə dezinfeksiya edildi 25 Oktyabr 2020, 15:06 Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO 25 Oktyabr 2020, 14:59 İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30