Arxiv
17 Dekabr 2020, 13:22 | MÜSAHİBƏ
“Vəziyyətin lap pisləşməsini istəmirlərsə, testi və dərmanları əlçatan etsinlər” - Həkimlə MÜSAHİBƏ

Tibb mütəxəssisləri COVID-19-la mübarizədə ən effektiv üsul olaraq vaksinasiyanı göstərirlər. Elə Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində də koronavirusla mübarizədə ən effektiv yolun vaksinasiya olduğu vurğulandı. Cəmiyyətdə isə vakinlərlə bağlı fikirlər birmənalı deyil.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, həkim Qalib Əsədovun fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:

 

- Doktor, ilkin olaraq insanların anlaya biləcəyi bir dildə vaksinin nə olduğunu izah etmənizi istərdik.

- Ümumiyyətlə, yoluxucu xəstəliklərin müalicəsində vaksinasiya geniş tətbiq olunan metoddur. Xüsusilə dayanıqlı immunitet əmələ gətirən xəstəliklərlə - çiçək, qızılca ilə bir dəfə xəstələndinsə, qanda antitellər yaranır və ömrünün sonuna qədər həmin virus sənin üçün təhlükəli olmur.


- Bəs COVID-19-la bağlı vaksinlər?

- Konkret olaraq, COVID-19 virusunun vaksininə gəldikdə, bu virusun maddələrilə orqanizmi xəstələndirirlər ki, qanda antitellər yaransın və sən növbəti dəfə koronavirusa yoluxmayasan. Biz yay fəslindən deyirdik sərt karantin rejimi götürülsün, rayonlara gediş-gəliş bərpa olunsun, insanlar havaya çıxsın, bir-birilə təmasda olsun ki, hamının bədəninə az miqadarda virus dozası daxil olsun və kollektiv immunitet yaransın. Çində, Cənubi Koreyada yoluxma sayı azalıb, çünki sərt karatin yoxdur. Bu elə vaksinasiyanın bir növüdür.


- Bir neçə gün əvvəl TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı vaksinin vacibliyini vurğulasa da, sosial şəbəkələrdə bəzi insanların vaksinlərə inanmadığı və bundan imtina edəcəyilə bağlı fikirlər müzakirə edilir...

- TƏBİB-in həyata keçirmək istədiyi vaksinasiyaya gəldikdə, insanların narahatlığı başadüşüləndir. Çünki virusun ölkəmizdə yayıldığı 9 ay boyunca Azərbaycanda mövcud olan səhiyyə qurumları virusla mübarizəni düzgün təşkil etmədi. İlkin olaraq testləşmə, apteklərin dərmanlarla təchizatı yaxşılaşdırılmalı idi. Əvvəldən yaranan narazılıqlar da məhz indiki situasiyada insanların inamsızlığına gətirib çıxarıb. Biz 9 aydır sərt karantin rejimində yaşayırıq. Azərbaycan dünyanın ən uzun və sərt karantin tətbiq edən ölkəsidir. Dünyanın 220 ölkəsi arasında isə yoluxmanın yayılmasına görə 45-ciyik. Evdə müalicə alanlar, xəstəliyi asimptom keçirənlər, özəl klinikalarda test verənlər bu saya daxil deyil. Bunlar da daxil edilsəydi, bəlkə də birinci yerdə olardıq.

 

- Artıq bir neçə ölkənin istehsalı olan vaksinlər 3-cü sınaq mərhələsindədir. Sizcə hansı daha effektli ola bilər?

- Bu gün dünyada ABŞ-ın “Modera”, İngiltərənin Oxford şirkətinin hazırladığı vaksinlər 3-c sınaq mərhələsindədir. Bu o deməkdir ki, artıq vaksinlər insanlar üzərində sınanıb və uğurlu nəticələr qeydə alınıb. Rusiyanın hazırladığı “Sputnik” vaksini 3-cü mərhələdən keçmədi, çünki ağırlaşmalar oldu.

İnsan xəstələnir və sən ona dərman verib müalicə edirsən. Vaksin isə tam sağlam adama vurulmalıdır ki, fəsadlaşma olmasın, həm də əlavə təsirlərinin olub-olmadığı yoxlanılsın. Yəni yoxlamaq lazımdır ki, həmin insanın qaraciyərində, böyrəyində, ürəyində hansısa xəstəliklər varmı, başqa orqanlara hansı fəsadlar verə bilər. İndiyə kimi ümumiyyətlə mövcud olan vaksinlər əsasən uşaqlara vurulub. Amma uşaq kəllə-beyin travması alıbsa, doğuşdan hansısa qüsurları varsa, ona peyvənd vurulmur. Amma indiki COVID-19-la bağlı vaksini ilkin olaraq kimlərə vuracaqlar? Yaşı 65-dən yuxarı olanlara, hansı ki, biri infarkt keçirib, birinin şəkəri var, birinin təzyiqi var. Yəni yaşı 65-in üzərində tam sağlam olan insan demək olar ki, yoxdur. Bu vaksin həmin insanlar üzərində sınananda hansı nəticələr olacaq, bu bəlli deyil.


- Belə anlaşılır ki, vaksinin təhlükəsiz olmasına əmin deyilik...

- Əlbəttə, vaksinlərin tam təhlükəsiz, yəni 3-cü sınaqdan neçə insan üzərində müsbət keçməsi barədə məlumat olmasa, insanlar təbii ki, inamsız yanaşacaqlar.


- Vaksinasiyaqabağı “vaksinasiya olunum-olunmayım” sualı qarşısında, çaşqınlıq içərisində olan vətəndaşlarımıza bir həkim olaraq, məsləhətiniz nədir?

 

- Əslində mən özüm də o insanlardan biriyəm. Mən özüm də bu çaşqınlıq içərisindəyəm. Çünki koronavirus ailəsinə daxil olan viruslarda dayanıqlı immunitet yaranmır. Onda belə çıxır ki, hər altı aydan bir vaksin vurduraq. Biz hələ yaydan deyirdik ki, karantin rejimini aradan götürüb, insanları havaya çıxmağa, dənizə getməyə icazə verilməlidir. Dünya ölkələrinin bir çoxu bunu başa düşdü və karantini götürdü. Bu gün dünyanın heç bir yerində küçəyə SMS-lə çıxmaq yoxdur. Maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək bütün dünyada tələb edilən qaydalardır. Amma bu şəkildə sərt karantin orqanizmin immunitetinin aşağı düşməsinə, antitellər yaratmaq qabiliyyətinin zəifləməsinə, virusun çoxalmasına gətirib çıxarır. Biz çox dedik, amma eşitmədilər.


- Doktor, rəsmilər də etiraf edir ki, sərt karantin rejiminin tətbiqi əslində yüklənmiş səhiyyənin yükünü azaltmaq, çarpayı sayını artırmaq üçün vaxt qazanmağa hesablanıb.

- Yüklənən səhiyyə sistemi deyəndə, yayda bizim gündəlik yoluxma sayımız 500-600 idi. O vaxt da deyirdilər səhiyyə sistemi yüklənib, yoluxma 4 mini keçib, yenə deyirlər səhiyyə sistemi yüklənib. Bu gün insanlar xəstəxanaya daha çox niyə getmək istəyir, çünki onlara dərman verilir. Əgər apteklərdə dərmanlar olsa, xəstəxanaya gedənlərin yarısı evdə müalicə alar. Bu gün hətta yüngül simptomlu xəstələr belə, özlərini xəstəxanaya çatdırmağa çalışırlar ki, heç olmasa dərmanları olacaq. Bu gün apteklərdə adicə vitamin “C” yoxdursa, biz hansı koronavirusla mübarizədən danışırıq. Yüklənməni istəməyənlər Cənubi Koreyadakı, Çindəki “3T” metodundan istifdə etsin.


- Nədir “3T” metodu?

- “3T” metodu odur ki, küçələrdə, hər yanda polis postları deyil, test postları qoyublar. Hamı bir nəfər kimi işinin-gücünün arxasınca gedərkən, test verir. Testin cavabı bizdəki kimi 7 günə yox, 7 dəqiqəyə hazır olur. Kimdə nəticə pozitiv çıxırsa, dərhal dərman verilir. Cənubi Koreyada 51 milyon insan yaşayır və ümumi yoluxanların sayı 30 mindir. Bizdə isə 10 milyon insan var və yoluxanların sayı 200 minə yaxınlaşır. Cənubi Koreyada cəmi 526 nəfər öldüyü halda, bizdə ölənlərin sayı 2 mini keçib. Vəziyyətin pisləşməsini istəməyən adam testi və dərmanları əlçatan etməli idi. Daha 9 ay karantin rejimi olar? Təsəvvür edin, bu gün Azərbaycanda toy etmək az qala ağır cinayət sayılır. Gənclər neyləsinlər, qoşulub qaçsınlar, yoxsa elə nikaha girib bir-birinin evinə getsinlər? İnsan həyatında bir dəfə olan xoşbəxt gün az qala terrorizmə bərabər qiymətləndirilir. 14 dekabra qədər restoranda yad adamlarla bir yerdə yemək yeməyə icazə verilirdi, indinin özündə avtobuslarda insanlar üst-üstə gedir, amma 10 nəfərin toplaşıb şənlənməsi cinayət hesab edilir. Bu absurddur, insanları bu qədər də neqativə kökləmək olmaz. Biri açıq havada meyvə-tərvəz satır, yaxud ayaqqabı təmir edir, ailə üzvü ilə ad günü qeyd edir, ona cərimə yazırlar. Mənə elə gəlir ki, bu qərarları verən bəzi adamlar insanların sevinməsinin əleyhinədirlər. Biz qələbə sevincimizi belə, illərdir gözlədiyimiz qələbə paradını belə, sevinclə yaşaya bilmədik. Azərbaycanın böyük problemi həll edildi və biz koronavirus səbəbindən ürəkdən sevinə bilmədik. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17 Əli Əsədov Erkan Özoralla görüşdü 14 Aprel 2021, 19:10 Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR 14 Aprel 2021, 19:03 Fransanın Qənimətlər parkı ilə bağlı açıqlamasına - XİN-dən CAVAB 14 Aprel 2021, 18:56