Arxiv
7 Yanvar 2021, 10:31 | REPORTAJ
Vətəni yaşadanlar: Şəhid Ramil Yusifzadənin HƏYAT HEKAYƏSİ

Şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur, xalqın dilində dastana çevrilir. Həmin dastan nəsildən-nəslə keçib, dillər əzbəri olur.

Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.

Bu dəfə şəhid Ramil Yusifzadənin qısa həyat yolundan danışacığıq.


Ramil Adəm oğlu Yusifzadə 1998-ci ilin 22 may tarixində Bakı şəhərində anadan olub. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 sayılı gimnaziyada 1-ci sinifə gedib. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəlliməliyi fakültəsinə daxil olub. 2019-cu ildə akademiyanı bitirib, Qazax rayonuna həqiqi hərbi xidmətə yollanıb. Müharibə başlayanda onu cəbhənin Füzuli istiqamətinə göndəriblər.

Şəhidimizin qısa ömür yolu haqqında daha ətraflı ailə üzvləri danışıb.


Ramilin atası Adəm Yusifzadə:

“Ramili çox əzab-əziyyətlə böyütmüşdük. Nadinc, qorxu bilməz uşaq idi.

Ramil peşəkar futbolçu, gözəl rəqqas olub. Böyüyəndən sonra mehriban, qayğıkeş, zəhmətkeş insan olub. Onun necə övlad olduğunu desəm, bəlkə də inanmarsınız.

Ramil həqiqi hərbi xidməti Qazax rayonunda keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman oktyabrın 11-də onları Füzuli rayonuna aparıblar. Füzuli istiqamətində gedən döyüşlərdə Ramil şücaətlər göstərib.

Son danışığımız oktyabrın 12-si olub. Mənə “Ata, narahat olma, Füzulidəyik döyüşlər gedir. Elə yerdəyik ki, işıq yoxdur, telefonum sönəcək” dedi. Mənə son sözü “Ata, haqqını halal elə, anama bunları demə” oldu.

Oktyabrın 15-i oğlumu yuxuda gördüm, məndən kömək istəyirdi. “Ata, məni gəl buradan çıxart” dedi. Mən artıq oğlumu itirdiyimi anlamışdım. Ramildən danışacaq sözlərim çoxdur, amma, danışa bilmirəm” (ata qəhərlənərək sözünü kəsir).


Ramil ailəsinə hər zaman kömək olub. Xidmətə gedənə qədər 5 müəsissədə  işləyib.

Tabor komandirinin müavini Asim Quliyev:

“Xidməti müddətində Ramildən hər zaman razı olmuşam. Nizamlı, hörmətli əsgər olub. Təlimlərdə yaxşı cəhətdən hər zaman digərlərindən fərqlənirdi. Onun fərqlənməyinin başlıca səbəbi ailəsinin verdiyi tərbiyədən asılı idi.

Döyüş sahəsinə daxil olub, düşmən müdafiəsini yardıqdan sonra Ramil yaralandı. Buna baxmayaraq, döyüşə davam edirdi. 2-ci dəfə Ramil ayağından ağır yaralandı. İlkin tibbi yardım göstərdik, amma Ramil yenə irəli getmək, döyüşə davam etmək istəyirdi. Bir müddət sonra düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində Ramil qəhrəmancasına şəhid oldu.

Birgə vuruşduğumuz döyüşdə sadəcə 6 əsgər sağ qaldı”.



Söhbətimizə Ramilin anası Reyhan Yusifzadə ilə davam edirik:

“Ramilin vətənə sevgisi uşaqlıqdan formalaşmışdı. Onun qəhrəmanlığından nə qədər danışsaq, yetməz. Oğlum hər şeyin yerini bilirdi.

Heç vaxt Ramilə nəsə olacağını düşünmürdüm, qəlbim məni yanıltdı...

Bir neçə gün bundan qabaq mən Qazaxa getdim. Oğlumun sonuncu dəfə yatdığı yeri görmək istədim. Oğlumun silahına toxundum.

Cavad müəllimə, Sahib müəllimə, Eşqin müəllimə oğlumun hərbi xidmət keçdiyi yeri görməyimə şərait yaratığı üçün təşəkkür edirəm.

Mən bir ana kimi onunla qürur duyuram, onun gələcəyi üçün həyat yoldaşım Adəmlə birgə çox arzularımız var idi. O arzuların hamısı Ramillə birgə torpağa basdırdıq.

Ramil xidmətə gedəndə telefonunu mənə verib getmişdi. Ona “moe serdse” adlı nömrədən çoxlu zəng gəlmişdi. Qızım dedi ki, “ana aç görək kimin nömrəsidir”. Açdım, gördüm ki, mənim nömrəmdi”. (ana qəhərləndiyindən söhbəti davam etdirə bilmir).

Qeyd edək ki, Reyhan xanım oğlunun şəhid xəbərini eşidən zaman sarsıntı keçirib və danışığında problem yaranıb. Hazırda müalicə alır.

Şəhidin bacısı Arzu Quliyeva:

“Oktyabrın 11-i yuxuma girdi. Mənə yaşıl və qırmızı rəngdə şar gördüyünü, yaşıl rəngi aldığını, qırmızıya isə pulunun çamadığını dedi. Yuxudan oyananda böyüklərə danışdım, qırmızı rəngin bayrağa işarət olduğunu söylədilər.

O mənə dayaq idi, sirdaşım, dostum idi”.

Şəhidin dostu Amin Kazımzadə:

“Ramil mənə dost-qardaş idi, uşaqlıqdan bir yerdə böyümüşdük. Son danışığımızda mənə “gələcəm, narhat olma” dedi. O hər zaman verdiyi sözün üzərində durardı. Amma, bu dəfə sözünə əməl edə bilmədi”.


Atası Adəm Yusifzadə:

“Noyabrın 2-si yoldaşım dözə bilmədi, hərbi hissəyə getdi. O gedəndən sonra Ramilin itkin düşdüyünü öyrəndik. Reyhan bütün hospitalları gəzmiş, amma, heç bir şey əldə etməyərək geri qayıtmışdı".

Atası deyir ki, Ramil şəhid olmuşdu, amma nəşi tapılmırdı. Müharibə dayanandan sonra axtarış aparılıb və Ramilin meyitini çətinliklə də olsa, tapmaq mümkün olub.

"Oğlum son mənzilə düşmən səngərini ələ keçirərək, yollanıb". 

Ata oğlunu barmağındakı izdən tanıyıb. 

"Sevincim onda oldu ki, müharibə bitdi və mən oğlumun nəşini tapdım”.
 

Qeyd edək ki, Ramil 2 gün döyüşdə olduğu müddətdə təxminən 20 erməni öldürüb.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15