Modern.az

Türk dövlətlərinin üçtərəfli Ankara görüşü – Moskva niyə narahatdır?

Türk dövlətlərinin üçtərəfli Ankara görüşü – Moskva niyə narahatdır?

Analitika

24 Fevral 2021, 11:56

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dünən Ankarada keçirilən üçtərəfli görüşü Rusiyada narahatlıq doğurub.

Modern.az xəbər verir ki, Mövlud Çavuşoğlu, Ceyhun Bayramov və Rəşid Meredov iqtisadi sahədə birgə layihələrin icrasını müzakirə edib.

 

“Üç ölkə arasında əməkdaşlıq bütün sahələrdə, o cümlədən nəqliyyat və energetika sahəsində də genişlənəcək”-deyə Çavuşğolu bildirib.

Ceyhun Bayramov isə ticarət, energetika, gömrük, nəqliyyat, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində dialoq apardıqlarını əlavə edib.

 

“Türkmənistan və Azərbaycanın “Dostluq” yatağında birgə kəşfiyyat və hasilat aparması barədə əldə etdiyi razılaşma Türkiyənin və bütövlükdə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayacaq”- deyə Azərbaycan XİN rəhbəri söyləyib.

Türkmənistan XİN rəhbəri Rəşid Mederov isə Ankara görüşünün tarixi önəmindən danışaraq, Ankara və Bakının həmişə ölkəsini beynəlxalq arenada dəstəklədiyini diqqətə çatdırıb.

 

Üçtərəfli görüşdə əsas diqqətin Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə Türkiyəyə və oradan Avropa çatdırılması olub. Məsələyə Rusiya tərəfinin qısqanclığı isə layihənin icra olunması halında “Qazprom”un Avropa bazarında qaz inhisarına son qoyulması ehtimalıdır.

“Şimal axını 2” qaz kəmərinin çəkilişində ABŞ-ın və bəzi Avropa ölkələrinin müqaviməti ilə üzləşən Moskva Türkmənistanın TANAP layihəsinə qoşulmasından ehtiyat edir.

 

Rusiyanın dövlət KİV-nin Ankaradakı üçtərəfli görüşə geniş yer verməsi və şərhi məhz həmin qorxunun göstəricisidir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi